Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə137/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   133   134   135   136   137   138   139   140   ...   153
C fakepathmuhazire tarix (3)

İqtisadi və sosial həyat. Müharibə Azərbaycana, onun təsərrüfatına ciddi ziyan vurmuşdu. İndi vəzifə təsərrüfatı bərpa və inkişaf etdirməkdən ibarətdir. Son 10 ildə 108 yeni sənaye müəssisəsi tikildi. 1948-ci ildə dünyada ilk dəfə açıq dənizə neft-mədən estakadaları quruldu. Neft daşlarında 1949-cu il noyabrın 7-də ilk dəniz neft quyusu fontan vurdu. 50-60-cı illərdə Yeni Bakı Neftayırma, 1961-ci ildə Qaz emalı zavodları isə salındı. Sumqayıtda kimya, boru prokatı, sintetik kauçuk zavodları istifadəyə verildi. 1945-1950-ci illərdə ölkədə 7 istilik və su-elektrik stansiyaları inşa olundu. 1954-cü ildə Abşeron DRES (Dövlət rayon elektrik stansiyası) və Mingəçevir su-elektrik stansiyası, Daşkəsəndə dəmir filizi üçün saflaşdırma kombinatı istifadəyə verildi. 1951-ci ildə Qaradağ sement zavodu işə düşdü. 1958-1966-cı illərdə Mingəçevirdə kabel, Bakıda poladəritmə, soyuducu və şin, Sumqayıtda super fosfat və kimya kombinatı, Gəncədə alüminium zavodları işə salındı. 60-cı illərdə Əli Bayramlı istilik-elektrik stansiyası işə düşdü. 1964-cü ildə Naxçıvanda Bakı radio zavodunun filialı açıldı. 50-60-cı illərdə Azərbaycanda onlarla yeni yüngül sənaye müəssisələri yaradıldı. 1962-ci ildə Bakı-Krasnovodsk gəmi-bərə yolu istifadəyə verilmişdi. 1967-ci ildə Yevlax-Bərdə-Ağdam dəmir yolu işə salındı.

Bu dövrdə Yuxarı Qarabağ, Samur-Abşeron kanalları işə salındı. 1947-ci ildə kartoçka sistemi ləğv edildi. 1947-1952-ci illərdə istehlak mallarının satış qiyməti aşağı endirilsə də, əhalinin alıcılıq qabiliyyəti aşağı idi. Kəndlilərin maddi vəziyyəti daha pis, kənd təsərrüfatı məhsullarının qiyməti ucuz, kənddə satılan malların qiyməti isə baha idi.

50-ci illərin sonlarında respublikada əhalinin sayı müharibədən əvvəlki səviyyəyə çatmışdı. 60-cı illərin sonunda isə 5 milyonu ötüb keçmişdi. 1961-ci ildə növbəti pul islahatı keçirildi. 50-60-cı illərdə respublika əhalisinin məişət şəraitində müəyyən dəyişiklik baş verdi. Mənzil tikintisi xeyli genişləndirildi. Bakıda indiki Şəhriyar adına klub, Hökumət evi, Respublika stadionu, Akademiya şəhərciyi, Bakı hava limanı, Dövlət sirki və s. tikildi. 1956-cı il fevralın 14-də Azərbaycan televiziyası fəaliyyətə başladı. 1967-ci ildə Bakı metropoliteninin 6 stansiyası istifadəyə verildi.

1945-ci ildə ümumtəhsil məktəblərində buraxılış imtahanları müəyyən olundu. Ən yaxşı şagirdlərə qızıl və gümüş medalları təsis edildi. 1959-cu ildən icbari səkkizillik təhsil müəyyən edildi. 1966-cı ildə məcburi onillik təhsilə keçildi. Texniki peşə məktəblərinin şəbəkəsi genişləndirildi. Teatr, Xarici dillər, Politexnik və Rus Dili və Ədəbiyyatı institutları bu dövrdə açılmışdı. Akademiyada onun ilk prezidenti M.Mirqasımov, M.Topçubaşov, Y.Məmmmədəliyev kimi görkəmli alimlər çalışırdı. Ü.Hacıbayovun, H.Hüseynovun, Ə.Dəmirçizadənin, F.Qasımzadənin, H.Araslının, Z.Bünyadovun tariximizə dair qiymətli tədqiqatları xalqın mənəvi sərvətinə çevrildi. Qobustan qayaüstü təsvirlərinin, Azıx mağarasında qədim insan izlərinin aşkar və tətdiq edilməsi tarix elminə ən dəyərli töhfə idi. Müharibədən sonrakı illərdə Respublikada 100-dən çox qəzet və jurnal nəşr edilirdi. Bu illərdə Azərbaycan musiqisi də xeyli inkişaf etmişdi. Ü.Hacıbəyovun, Q.Qarayevin, A.Məlikovun, C.Cahangirovun, Niyazinin musiqimizin inkişafında mühüm rolu olmuşdu. Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Sara Qədimovanın, Şövkət Ələkbərovanın ifaçılıq sənətinin yüksəlməsində boyük rolu olmuşdur. Teatr sənəti, Azərbaycan kinosu, rəs-samlıq, heykəltəraşlıq və s. yüksəliş dövrünü keçirirdi. Görkəmli aktyorlardan Ələsgər Ələkbərov, Mərziyə Davudova, Leyla Bədirbəyli, Möhsün Sənani, Nəsibə Zeynalova və b. Azərbaycan səhnəsində yadda qalan obrazlar yaratmışlar. 1945-ci ildə çəkilmiş “Arşın mal alan”, 1956-cı ildə “O olmasın, bu olsun”, 1958-ci ildə “Uzaq sahillərdə” filmləri kino sənətimizin uğurlu əsərləri idi. Məşhur rəssamlardan Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, xalçaçı rəssam Lətif Kərimov və b., heykəltəraşlardan Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı oğlu, Ömər Eldarov və Tokay Məmmədov öz möhtəşəm əsərlərini yaratmışlar.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin