Milli mətbuatın təşəkkülü. Şimali Azərbaycanda milli mətbuatın əsası görkəmli ziyalı Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrinə başladığı “Əkinçi” qəzeti ilə qoyulmuşdu. 1877-ci ilədək qəzetin 56 sayı çapdan çıxmışdır. Bu qəzetin əsas məqsədi xalqı maarifləndirmək idi. 1879-cu ildə Tiflisdə Azərbaycan türkcəsində “Ziya” qəzeti çıxmağa başladı. 1880-cı ildən 1884-cü ilədək bu qəzet “Ziyayi Qafqaziyyə” adı altında nəşr olundu. 1880-ci ildə Tiflisdə “Kəşkül” qəzeti Cəlal Ünsüzadənin nasirliyi ilə işıq üzü gördü. Qəzet öz ideya istiqamətinə görə “Əkinçi”yə yaxın idi. 1880-1890-cı illərdə Bakıda rus dilində “Kaspi”, “Baku” və b. qəzetlər nəşr olunurdu.