Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə96/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   92   93   94   95   96   97   98   99   ...   153
C fakepathmuhazire tarix (3)

Neft sənayesinin inkişafı. 1860-70-ci illərdə iltizam sistemi neft sənayesinin inkişafına bir növ buxov olmuşdu. Duru yanacağa tələbatın artması hökuməti iltizam sistemini ləğv etməyə məcbur etdi. 1872-ci ilin fevralın 17-də iltizam sistemi ləğv olundu. Qanuna əsasən neft yataqları ayrı-ayrı şəxslərə birdəfəlik satıla bilərdi. 1872-ci ilin dekabrında ilk dəfə neft yataqları müzaidə (hərrac) vasitəsilə açıq satışa qoyuldu. İlk növbədə neft sənayesi böyük kapital qoyuluşu tələb edirdi. Ona görə də neft mədənləri və tərkibində neft olan torpaqlar əsasən rus və xarici kapitalın əlinə keçirdi. 1879-cu ildə İsveç təbəəsi Nobel qardaşları “Nobel qardaşları” şirkətinin əsasını qoydular. 1880-cı illərdə Rotşildin, 90-cı illərdə Vişaunun timsalında fransız və ingilis kapitalı Bakıya nüfuz etdi. 70-80-cı illərdə neftli torpaqlara sahib olmuş neft sənayeçiləri arasında H.Z.Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi azərbaycanlılar da var idi. İltizam sisteminin ləğvi, xarici kapital axını neft hasilatının və emalı texnikasının yaxşılaşmasına, neft məhsullarının daşınma vasitələrinin təkmilləşdirilməsinə səbəb oldu. Hələ 1871-ci ildə Balaxanıda buruqla ilk neft quyusu qazılıb istifadəyə verilmişdi. 1873-cü ildə Balaxanıda ilk neft fontanı vurdu. 1873-cü ildə quyuların qazılmasında ilk dəfə buxar mühərrikindən istifadə olundu. 1878-ci ildə mədənləri neftayırma müəssisələri ilə birləşdirən buxar mühərrikli nasoslarla təchiz olunmuş ilk neft kəməri işə salındı. 1880-ci ildə “Nobel qardaşları” şirkəti tərəfindən mədənlər arasında neft və sərnişin daşımaq üçün ilk darxətli dəmir yolu çəkildi. 1878-ci ildə İsveçdə hazırlanmış dünyada ilk neft tankeri Bakı ilə Həştərxan arasında hərəkətə başladı. XIX əsrlə XX əsrin qovuşuğunda neft hasilatı və neft çıxarılmasına görə Bakı dünyada birinci yerə çıxdı. Neft məhsullarına marağın artması 1873-cü ildə “Qara şəhər” adlanan zavodlar rayonunun yaranmasına səbəb oldu. Bakı şəhəri həm neftçıxarma, həm də neft emalı mərkəzinə çevrildi. 1884-cü ildə Bakıda kapitalistlərin xüsusi təşkilatı-Neft sənayeçiləri qurultayı təşkil edildi. Təşkilatın başında Qurultay Şurası dururdu. 1894-cü ildə neft sənayeçilərinin Peterburqda keçirilən müşavirəsində “Bakı ağ neft zavodçuları ittifaqı”adlı inhisar birliyi yaradıldı. İstehsal olunan neft məhsullarının 98 %-nə bu inhisar birliyi nəzarət edirdi. Lakin bu birlik daxili çəkişmələr üzündən 1897-ci ildə dağıldı. Neft emalı və neft hasilatı mexaniki istehsal, kükürd, kolçedan, kükürd turşusu, soda, gəmiçilik və neftlə bağlı olan bu kimi istehsal sahələrinin inkişafına ciddi təsir göstərdi. 1890-cı ildə H.Z.Tağıyev “Kaspi” gəmiçilik şirkətini yaratdı. 1894-cü ildə Gəncə qəzasında “Naftalan” neft sənayesi və ticarət şirkəti təsis edildi. 1897-ci ildə H.Z.Tağıyev başqa sənaye sahələrinə kapital qoymaq üçün özünün neft mədənlərini müəssisələri ilə birlikdə ingilis kapitalistlərinə 5 milyon manata satdı və iqtisadiyyatın yeni sahələrinə-toxuculuq sənayesinə, gəmiçiliyə və balıqçılığa xeyli kapital qoydu. O, eyni zamanda ingilislərə satdığı müəssisələr əsasında yaradılmış “Oleum” səhmdar cəmiyyətinin 1,6 mln. manatlıq səhmini öz əlində saxladı, bu cəmiyyətin icraçı direktorlarından birinə çevrildi. 1900-cü ildə H.Z.Tağıyevin toxuculuq fabrikinin işə salınması Azərbaycan müstəmləkə iqtisadiyyatına xas olan birtərəfli inkişaf meylini aradan qaldırmaq yolunda ilk addım idi. H.Z.Tağıyev Azərbaycan iqtisadiyyatınin müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk sənayeçi olmuşdur.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin