Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Burjua islahatları. 1870-ci il 14 may islahatı



Yüklə 393,13 Kb.
səhifə92/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   88   89   90   91   92   93   94   95   ...   153
C fakepathmuhazire tarix (3)

Burjua islahatları. 1870-ci il 14 may islahatı. Rusiya höküməti Şimali Azərbaycan iqtisadiyyatını müstəmləkə sisteminə uyğunlaşdırmaq üçün Cənubi Qafqazda kəndli islahatı keçirməyə məcbur oldu. 1861-ci ildə Cənubi Qafqaz Mərkəzi İslahat Komitəsi yaradıldı. 1861-ci ilin iyununda təsdiq edilmiş Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında “Əsasnamə” əsasında dövlət, sahibkar torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi islahatın hazırlanması yolunda ilk addım idi. 1866-cı ildə Bakı, Şuşa, Tiflis və İrəvan bəy komissiyalarının yaradılması islahatın hazırlanmasında ikinci addım idi. Nəticədə 1870-ci il mayın 14-də II Aleksandr “Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları “ali müsəlman silki”ndən olan şəxslərin torpaqlarında sakin olan kəndlilərin torpaq quruluşu haqqında Əsasnamə”ni imzaladı. “Əsas-namə”də kəndlilərin feodal asılılığının ləğv edilməsi, torpaq və vergilər məsələsinə toxunulurdu. Onun əsas müddəaları: 1)Şimali Azərbaycanda sahibkar kəndliləri feodal asılılığından azad edilirdilər. 2)1847-ci il “Əsasnaməsi”ndə olduğu kimi, 15 yaşına çatmış kişilərə 5 desyatin əkinəyararlı torpaq verilirdi. 3)1847-ci il “Əsasnamə”sindən fərqli olaraq kəndlinin 5 desyatindən artıq torpaq sahəsi mülkədarın xeyrinə kəsib götürülür, torpağı 5 desyatindən az olan kəndliyə əlavə torpaq sahəsi verilməsi nəzərdə tutulmurdu. 4)Torpaq sahiblərinə bütün torpağın üçdəbir hissəsini öz əlində saxlamaq hüququ verilirdi. “Əsasnamə”də kəndliyə pay torpağını satın alıb, mülkiyyətinə çevirmək hüququ verilsə də, Rusiyadan fərqli olaraq kəndliyə torpağı almaq üçün vəsait verilmir, həm də o, pay torpağını satın almağa məcbur edilmirdi. Torpağın satış qiyməti də Rusiyadakından baha idi. Bu məhdudiyyət özü Rusiyanın milli müstəmləkə siyasətinin təzahürü idi. 1870-ci il 14 may islahatının məhdud cəhətlərindən biri də onun yalnız sahibkar kəndlilərinə aid edilməsi idi. Kəndlilərin əksəriyyətini təşkil edən dövlət kəndliləri həmin islahatdan kənarda qalırdı. Məhdud cəhətlərinə baxmayaraq kəndlilərə torpaq əldə etmək hüququnun verilməsi burjua xarakteri daşıyırdı. “Əsasnamə”yə görə, kəndli hüquqi cəhətdən şəxsən azad olub, sərbəst şəkildə istədiyi yerə köçə bilərdi. O, sahibkardan yalnız iqtisadi cəhətdən asılı idi. Kəndlilər əvvəlki kimi yenə də öz məhsulunun 1/10 hissəsini malcəhət kimi torpaq sahibinə verirdi. Əvvəllər meşələrdən pulsuz istifadə edildiyi halda, indi kəndlilər pul ödəməli idilər. “Əsasnamə”yə görə biyar ləğv olunurdu. Bu islahat Quba qəzasında 1877-ci ildə, Zaqatala dairəsində isə çox gec-1913-cü ildə keçirildi. 1870-ci il 14 may islahatı Şimali Azərbaycanda feodal-asılı münasibətlərinə güclü zərbə endirərək kapitalist münasibətlərinin sonrakı inkişafına şərait yaratdı.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin