Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə103/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   99   100   101   102   103   104   105   106   ...   153
C fakepathmuhazire tarix (3)

Kənd təsərrüfatı. XX əsrin əvvəllərində kənd təsərrüfatında kapitalizmin inkişafı əkinçilikdə təkmil alətlərin tətbiqini xeyli genişləndirmişdi. Kapitalistcəsinə təşkil edilmiş qolçomaq və mülkədar təsərrüfatlarında taxılın müəyyən bir hissəsi bazar üçün istehsal edilirdi. Kəndlilərin bir hissəsinin torpağı yox idi, əksəriyyəti isə az torpaqlı idi. Kənd təsərrüfatında texnika ləng tətbiq edilirdi. Əsas səbəbləri aşağıdakılardır: 1)Azərbaycanın özündə kənd təsərrüfatı alətləri və maşınları istehsal edən zavodların olmaması; 2)ixtisaslı mütəxəssislərin az olması. Taxıl və texniki bitkilərə tələbatın artması suvarılan torpaq sahələrinin genişləndirilməsini tələb edirdi. Əsrin əvvəllərində Kür və Araz çayları sahilində 150-yə qədər suvuran qurğu qurulmuşdu. Taxılçılıq sahəsində Lənkəran, Gəncə, Nuxa, Ərəş, Şuşa qəzaları daha çox fərqlənirdi. Azərbaycanda texniki bitkilər əkini xeyli genişlənmişdi. Onların içərisində pambıqçılıq sənayesi xüsusilə fərqlənirdi. Pambıq əkinində kotanla bərabər traktordan da istifadə olunurdu. 1913-cü ildə Rusiyada əkinçilikdə istifadə edilən 152 traktordan 6-sı Azərbaycanda idi. Cənubi Qafqazdakı pambıq əkin sahələrinin 70%-dən çoxu Azərbaycanın payına düşürdü. 1913-cü ildə burada 129-dan artıq kredit şirkəti və borc-əmanət kassaları fəaliyyət göstərirdi. Bunlar kəndlilərə əlverişli şərtlərlə kredit verirdilər. XX əsrin əvvəllərində Azərbaycanda ipəkçılıklə-kümdarlıqla məşğul olan kəndlilərin sayı artır, çəkil plantasiyalarının ümumi sahələri genişlənirdi. İpəkçılık kapitalist əmtəə istehsalının inkişaf etdiyi kənd təsərrüfatı sahələrindən birinə çevrilmişdi. 1914-cü ildə Cənubi Qafqazda əldə edilən baramanın 81%-i Azərbaycanın payına düşürdü. İpək fabriklərindəki mövcud texnika aşağı növ baramanı emal etməyə imkan vermədiyinə görə onu İtaliya və Fransanın Milan, Marsel, Lion şəhərlərinə ixrac edirdilər. Tütünçülük ən çox Zaqatala dairəsində, Nuxa, Cavanşir, Şuşa, Quba və Şamaxı qəzalarında intişar tapmışdı. Zaqatalada sarı Trabzon və Samsun tütün növləri yetişdirilirdi. Cənubi Qafqazda ən böyük tütün plantasiyası (40 desyatin) Zaqatalada yerləşirdi. Azərbaycanda yığılan tütün yarpağı əsasən yerli fabriklərdə emal edilir, az bir qismi İrana ixrac olunurdu. 1902-ci ildə ixraca göndərilən tütünə yüksək gömrük haqqının tətbiq edilməsi və istehsal üzərinə yüksək aksiz vergisi qoyulması tütünçülüyün inkişafına əngəl törədirdi. Azərbaycanda üzümçülüyün böyük hissəsi mülkədarların, qolçomaqların və ayrı-ayrı şirkətlərin əlində cəmlənmişdi. İri şirkətlər üzüm və şərab istehsalında həlledici rol oynayırdılar. Məhsulun bir hissəsi yeyinti məhsulu kimi satışa çıxarılır, digər hissəsi isə ölkədəki çoxsaylı şərab zavodlarına satılırdı. Azərbaycan ərazilərində maldarlıq da inkişaf etmişdi. Maldarlıqla müntəzəm məşğul olanlar üçün əmtəə maldarlığı xüsusi əhəmiyyətə malik idi. İri maldarlıq təsərrüfatında əmtəə südçülüyü və əmtəə mal-qara bəslənməsi geniş miqyas almışdı. Yenə də köçmə maldarlığı maldarların əsas məşğuliyyəti olaraq qalırdı. Yundan toxunan Azərbaycan xalçaları, gəbələri dünya bazarlarında məşhur idi. Azərbaycanda meyvəçilik də inkişaf etmişdi. Rusiyanın daxili bazarlarında quru meyvəyə olan tələbat bu sahənin inkişafına şərait yaradırdı.

Azərbaycanda kəndlilərin aztorpaqlı olmasına baxmayaraq Rusiyadan buraya köçürülənlərin sayı getdikcə artırdı. 1905-ci ildən etibarən ruslar Muğanda məskunlaşmağa başladılar. Hesablamalara görə, XX əsrin əvvəllərində təkcə Bakı quberniyasına köçürülənlər üçün 44 min desyatin yararlı torpaq sahəsi ayrılmışdı. 1908-1910-cu illərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana 3 mindən artıq kəndli ailəsi köçürülmüşdü. 1912-ci ildə Bakı quber-niyasında 60, Gəncə quberniyasında 29 rus kəndi salınmışdı.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin