Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


XX əsrin əvvəllərində Cənubi Azərbaycanda demokratik və milli-azadlıq hərəkatı. 1905-1911-ci illər Məşrutə inqilabı



Yüklə 393,13 Kb.
səhifə111/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   107   108   109   110   111   112   113   114   ...   153
C fakepathmuhazire tarix (3)

4.XX əsrin əvvəllərində Cənubi Azərbaycanda demokratik və milli-azadlıq hərəkatı. 1905-1911-ci illər Məşrutə inqilabı. XX əsrin başlanğıcında kəndlərdə feodal istismarının şiddətlənməsi, o cümlədən vergilərin çoxalması, ölkənin Rusiya və İngiltərənin yarımmüstəmləkəsinə çevrilməsi ilə əlaqədar sosial tarazlığın pozulması, möhtəkirliyin baş alıb getməsi, maliyyə sisteminin böhranı və s. İranda, o cümlədən Cənubi Azərbaycanda hakim dairələrin daxili və xarici siyasətindən narazı qüvvələrin sayını xeyli artırmışdı. 1905-1911-ci illər Məşrutə inqilabı gedişində Cənubi Azərbaycanda sosial ziddiyyətlər, siyasi vəziyyət daha gərgin olmuşdu. Xalq ədalətli quruluş yaradılmasını tələb edirdi. Hərəkatın təzyiqi altında 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında şah fərmanı elan olundu.

1906-cı ilin sonunda Təbrizin gizli siyasi qrup və cəmiyyətləri tərəfindən əsası hələ 1904-cü ildən qoyulmuş “İctimaiyyune-amiyyun”, yəni sosial-demokrat partiyası yarandı. Sentyabrın 20-də Təbriz üsyançıları öz tələblərinə saraydan müsbət cavab aldılar. Hərəkat başçıları içərisindən 20 nəfər ilk rəsmi siyasi əncümənin (şura) “Azərbaycan əyalət əncüməni”nin əsasını qoydu. 1907-ci ilin fevral ayının 8-də Azərbaycan nümayəndələri Tehrana gəldilər və verdikləri tələblərin həyata keçirilməsinə nail oldular. Lakin qorxuya düşmüş şahın silahlı dəstələri əhaliyə qarşı basqınlar etdilər. Bunun qarşısını almağa çalışan demokratik qüvvələr “Konstitusiyaya əlavələr”in qəbul edilməsini tələb etdilər.

1907-ci ilin oktyabrında Konstitusiyaya “Əlavələr” qəbul edildi. Şah və onun tərəfdaşları tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından hazırlanmaqda olan hökumət çevrilişi iyun ayının 23-də həyata keçirildi. Əksinqilab bütün İranda hücuma keçdi. Lakin Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, inqilabi mübarizənin mərkəzi Tehrandan Təbrizə keçdi.

İrticaçılar Əmiraxiz məhəlləsi istisna olmaqla Təbrizin şimali-şərq hissəsini tutdular. Əmiraxiz məhəlləsini Səttar xanın dəstəsi, şəhərin cənub-şərqində yerləşən Xiyaban məhəlləsini isə Bağır xanın başçılıq etdiyi hissələr müdafiə edirdilər. 1909-cu ilin fevralına qədər Cənubi Azərbaycanın bütün qərb vilayətləri Maku istisna olmaqla inqilabçıların əlinə keçdi. 1909-cu il fevral-mart aylarında Təbriz üzərinə əksinqilabın hücumu başladı, lakin məğlub oldular. Aprelin 14-də Səməd xanın qoşunları Təbrizə hücum etdilər və məğlub oldular. Bu halda ingilis və çar Rusiyası açıq müdaxiləyə əl atdılar. Çar Rusiyası 1909-cu il aprelin 29-da öz qoşunlarını Təbrizə yeritdi və Təbriz üsyanı yatırıldı. Təbriz üsyanı Rəşt və İsfahanda üsyanların uğurla başa çatmasına, üsyançıların Tehrana yürüşünə, eyni zamanda Məhəmmədəli şahın hakimiyyətdən devrilməsinə (16 iyul 1909-cu il) və Konstitusiyanın bərpa olunmasına səbəb oldu.



Fədailəri tərk-silah etmək məqsədilə Tehranın rəsmi dairələri tərəfindən Səttar xan və Bağır xan 1910-cu il martın 11-də paytaxta dəvət olundular. Səttar xan və onun ətrafındakılarına Tehranda basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40 nəfər, o cümlədən Səttar xan yaralandı. Səttar xan və Bağır xana Təbrizə qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqını hiddətləndirdi, çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndərməklə, dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırdılar. Beləliklə, 1905-1911-ci illər İran İngilabı xarici müdaxiləçilərin ordusu tərəfindən yatırıldı.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin