Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Cənubi Azərbaycanda Ş.M.Xiyabani başçılığı ilə demokratik və milli-azadlıq hərəkatı



Yüklə 393,13 Kb.
səhifə112/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   108   109   110   111   112   113   114   115   ...   153
C fakepathmuhazire tarix (3)

Cənubi Azərbaycanda Ş.M.Xiyabani başçılığı ilə demokratik və milli-azadlıq hərəkatı. İran Məşrutə inqilabı məğlub edildikdən sonra, 1912-ci ilin əvv. imperialistlər 1907-ci il ingilis-rus sazişinin İran hökuməti tərəfindən rəsmən qəbul edilməsinə nail oldular. Sazişə əsasən İranın Qəsri-Şirin-İsfahan-Yəzd-Zülfüqar xəttindən şimaldakı 790 min kv. km sahəsi Rusiyanın nüfuz dairəsi, İranın Bəndər Abbas-Kirman-Bircəd-Qazik xəttindən cənub-şərqindəki 355 min kv. km hissəsi İngiltərənin, İranın bu xətlər arasındakı ərazisi isə “bitərəf” zona elan edildi. I dünya müharibəsi başlayanda İranın rəsmi surətdə öz bitərəfliyini kobudcasına pozaraq ərazisində hərbi əməliyyatlara başladılar. Cənubi Azərbaycan 1914-cü il dekabrın axırlarında türk ordusu, 1915-ci il yanvarın 15-də Rusiya qoşunları tərəfindən işğal edilərək hərb və zorakılıq meydanına çevrildi, yerli əhalinin 15% həlak oldu. Bu zaman İran Demokrat Partiyasının Təbriz təşkilatı xalq kütlələrinin mübarizəsinə başçılıq edirdi. Azərbaycan demokratları ölkədə bir sıra dəyişikliklərin yerinə yetirilməsini, o cümlədən məclisə seçkilər keçirilməsini, Azərbaycan əyalətinin irticaçı valisi Sərdar Rəşidin işdən götürülməsini, xarici qoşunların İrandan çıxarılmasını tələb edirdilər, Azərbaycana muxtariyyət almaq uğrunda mübarizəyə çağırırdı. Təbrizdə “Azərbaycan himni” yaradılmışdı. Müharibənin Cənubi Azərbaycanda yaratdığı qarışıqlıqdan istifadə edən erməni silahlı dəstələri aysorlarla birlikdə Xoy, Salmas, Urmiya, Soucbulaq və s. şəhərlərdə azərbaycanlı əhaliyə qarşı görünməmiş vəhşiliklər etdilər. Yalnız türk ordusunun bölgəyə daxil olması Azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin qarşısını aldı. Lakin türk qoşunları bölgəni tərk etdikdən sonra erməni, aysor və kurd hərbi dəstələri azərbaycanlıları yenidən qırmağa başladılar. Bu qırğınlar rus hərbi hissələrinin 1918-ci ilin əvvəllərində İrandan çıxarıldığı vaxt daha faciəli şəkil aldı. 1917-ci ilin mayından başlayaraq Cənubi Azərbaycan Əyalət Komitəsi müstəqil hərəkət etməyi və bir partiya (İran Demokratik Partiyası) halında birləşməyi qərara aldı. 1917-ci il avqust ayının 24-də Əyalət Komitəsinin konfransında Azərbaycan Demokratik Firqəsi (ADF) müstəqil elan edildi və Şeyx Məhəmməd Xiyabani başda olmaqla ADF-nin MK-sı seçildi, qətnamələr qəbul edildi. 1917-ci il dekabrın 15-də Brestdə Rusiya hökuməti, Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan xarici qoşunların çıxarılması barədə danışıqlar başlandı. 1918-ci il yanvarın 5-də rus qoşunlarının İrandan çıxarılması barədə proqram elan edildi. Bununla belə, 1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi Azərbaycanın Zəncan, Miyane, Urmiya və Xoy şəhərlərinə daxil oldu. Bu vaxt Cənubi Azərbaycanın şimal-qərbində erməni, aysor və kürd quldur dəstələri azərbaycanlılara qarşı əsl soyqırım törətdilər. Cənubi Azərbaycanın çox hissəsi osmanlı Türkiyəsinin qoşunları tərəfindən işğal edildi. ADF-nin rəhbərləri, o cümlədən Xiyabani silahlı üsyana başladılar. 1917-ci ilin payızında əhali hökumətin istefa verməsini, İranda demokratik hökumət təşkil olunmasını tələb edirdi. 1917-ci ilin sonunda Vüsuqüddövlə hökuməti istefa verməyə məcbur oldu, lakin o, tezliklə ingilislərin köməyi ilə hakimiyyətə gətirildi. 1919-cu il avqustun 9-da ingilislərin İran hökuməti ilə imzaladıqları saziş İranı siyasi və iqtisadi cəhətdən Böyük Britaniyadan asılı vəziyyətə salırdı. Çıxışlar 1920-ci ilin əvvəllərinədək davam etdi. Təbrizdəki ingilis komandanlığı nümayişçilərin tələbi ilə hərbi hissələri Təbrizdən çıxarmalı oldu. 1920-ci il aprelin 7-də Təbrizdə üsyanın başlanması ilə Cənubi Azərbaycan milli-azadlıq hərəkatı silahlı üsyan xarakteri aldı. Üsyana rəhbərlik etmək üçün Xiyabaninin başçılığı ilə İctimai İdarə Heyəti (İİH) təşkil olundu. 2 gün müddətində bütün dövlət idarələrini ələ keçirdilər, polis dəstələri şəhəri tərk etməyə məcbur oldular. Üsyan dinc yolla qələbə çaldı. Aprelin 7-də Xiyabani Təbriz əhalisi qarşısında söylədiyi nitqində bildirdi ki, “Azərbaycanın adını Azadıstana dəyişərək, bu gündən bu adı rəsmi ad kimi elan edirik”. O, bu adın rəsmən tanınmasını İran dövlətindən tələb etdi. Azərbaycan əyalətinə vali göndərilən Eynüddövlə, İİH-nin 8 maddədən ibarət tələblərini qəbul etdikdən sonra, ona Təbrizə daxil olmağa icazə verildi. Xoy mahalında, Ərdəbildə, Astarada, Marağada, Əhərdə, Zəncanda da üsyanlar baş verdi. 1920-ci ilin iyunun 23-də ADF İİH əsasında Milli Hökumət (MH) yaratdı. MH–in tələbi ilə vali Eynuddövlə və onun aparatı Təbrizi tərk etdi. Hərəkat rəhbərləri İranda şahlığın ləğvinə və respublika yaradılmasına çalışırdılar. Milli hökumət sənaye, kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, və s. sahələrdə islahatlar həyata keçirməyə başladı. MH-in bir sıra sahələr üzrə idarə və nazirlikləri yaradılmışdı. Təbrizdə pulsuz qız məktəbi açıldı. Milli müdafiə qüvvələrinin təşkili üçün də layihə hazırlandı. Bu layihəyə əsasən şəhər əhalisindən və Təbrizə gəlmiş kəndlilərdən ümumi sayı 12 minə çatdırılacaq milli qvardiyanın təşkilinə başlanıldı, eyni zamanda şəhər əhalisindən yeni jandarm və polis dəstələri təşkil etdi. Təlim üçün xüsusi polis məktəbləri açıldı. İranın yeni Baş naziri Müşirüddövlə ingilislərin köməyi ilə üsyançılara hücum etmək üçün hazırlığa başladı. Hidayət Müxbirüssəltənə sentyabrın ilk günlərində vali sifətilə Təbrizə gəldi və Baş nazirin məktubunu Xiyabaniyə çatdırıb onunla “danışığa” başladı. Sentyabrın 12-də əksinqilabi qüvvələr üsyançılar üzərinə hücuma keçdilər. Üsyançılar sentyabrın 14-dək son damla qanlarına qədər vuruşdular, Xiyabani öldürüldü, üsyançılara divan tutuldu. Beləliklə, bütün Cənubi Azərbaycandakı azadlıq hərəkatı ingilis qüvvələrinin köməyi ilə İran irticası tərəfindən yatırıldı. Təbriz üsyanının nəticəsi olaraq 1920-ci il iyunun 25-də Vüsuquddövlə istefaya çıxdı, 1919-cu ildə imzalanan İngiltərə-İran sazişi 1921-ci ildə ləğv edildi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin