Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycan I Dünya müharibəsi illərində



Yüklə 393,13 Kb.
səhifə107/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   103   104   105   106   107   108   109   110   ...   153
C fakepathmuhazire tarix (3)

2.Azərbaycan I Dünya müharibəsi illərində. Dünyanı yenidən bölüşdürmək istəyən “Üçlər ittifaqı” (1879-1882-İtaliya, Almaniya, Avstriya) və “Antanta” (1907-İngiltərə, Rusiya) hərbi-siyasi blokları arasında qarşıdurma I Dünya müharibəsinə gətirib çıxartdı. 1914-cü il iyunun 19-da I Dünya müharibəsi başladı. Müharibəyə qoşulmuş ölkələrin planları: Alman imperializmi Qafqaza can atır, Bakı neftini ələ keçirmək istəyirdi; öz məqsədinə çatmaq üçün Osmanlı imperiyasının iştirakı ilə Qafqazı və Ön Asiyanı nüfuz dairəsinə almaq, türk ordusunun köməyi ilə Hindistana və Əfqanıstana yol açmaqla Rusiyanın və İngiltərənin mövqelərinə zərbə vurmaq niyyətində idi; Rusiyanın müharibədə məğlubiyyətindən sonra Qafqazda Rusiya ilə Osmanlı imperiyası arasında xristian bufer dövləti, habelə imperiyasının sərhədi yaxınlığında bitərəf Qafqaz müsəlman dövləti yaradılmalı idi. Rusiyanın isə əsas məqsədi boğazlara sahib olmaq və Osmanlı imperiyasını bölüşdürmək idi. Ona görə də Rusiyaya qarşı müharibədə Osmanlı imperiyasının Almaniya ilə yaxınlaşması təbii idi.

Oktyabrın 31-də Rusiya Türkiyəyə müharibə elan etdi. Batumdan Cənubi Azərbaycanda Urmiya gölünə qədər uzanan Qafqaz cəbhəsi yarandı. Ənvər paşanın və qərargahının hazırladığı hərbi plana görə, Qafqaz cəbhəsində rus qoşunlarına əsas zərbə Sarıqamış əməliyyatında endirilməli idi. Əməliyyata Ənvər paşanın özü rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-də başlandı və 1915-ci il yanvarın 18-nə kimi davam etdi. Türk qoşunları hücuma keçib Batum vilayətinə, həmçinin Cənubi Azərbaycana soxuldular, müvəffəqiyyət də qazandılar. Lakin canlı qüvvənin və hərbi texnikanın çoxluğu, habelə almanların hazırladığı əməliyyat planındakı nöqsanlar rus ordusuna qələbə qazandırdı. Bu döyüşdən sonra Təbrizi tutan çar qoşunları 1916-cı ildə onları sıxışdırdı.

Çar hökuməti Azərbaycan turklərinin cəbhədə Osmanlı ordusuna qarşı vuruşmayacağından, silahı müstəmləkəçilərin özünə qarşı çevrilməyəcəklərindən ehtiyat edərək I Dünya müharibəsi dövründə onları orduya çağırmamışdı. Rus ordusunda 200 nəfərdən çox ali müsəlman silkinə məxsus olan azərbaycanlı zabit–Teymur Novruzov, Fərrux ağa Qayıbov, Tərlan Əliyarbəyov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Vəkilov qulluq edirdi. I Dünya müharibəsi dövründə azərbaycanlılardan təşkil olunmuş əlahiddə “tatar süvari alayı” çar generalları tərəfindən “vəhşi diviziya” adlandırılırdı. Sonralar bu alay Azərbaycan milli ordusunun təşkilində böyük rol oynadı.

Çar hökuməti müsəlman və türk xalqları nümayəndələrini orduya çağırmasada, müharibə zamanı 1915-ci il iyunun 25-də “Özgə xalqlardan” olan 18 yaşından 43 yaşına kimi şəxslərin (50 mindən çox) müharibə ilə əlaqədar işlərə səfərbərliyə alınması haqqında fərman verildi. Ümumi narazılıqdan ehtiyat edən Qafqaz hökumət orqanları II Nikolaydan “25 iyun” fərmanının ləğv edilməsini xahiş etməyə məcbur oldular. Çar arxa cəbhə işlərinə məcburi səfərbərliyi “könüllü” səfərbərliklə əvəz etməyə razılıq verdi.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin