Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə106/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   102   103   104   105   106   107   108   109   ...   153
C fakepathmuhazire tarix (3)

Milli hərəkatda “millət və hürriyyət” və s. ideyalar geniş vüsət almışdı. Milli hərəkatın əsas aparıcı qüvvəsi milli burjuaziya və demokratik ziyalılar idi. 1905-ci il avqustun 15-də Nijni-Novqorodda keçirilən Ümumrusiya Müsəlmanlarının I qurultayı “İttifaqi-müslimin” (“Müsəlman ittifaqı”) adlı təşkilat yaratmağı qərara aldı. Çarizmin 1905-ci il 17 Oktyabr manifestindən sonra Ə.Topçubaşov və Ə.Ağayev Əbdürrəşid İbrahimovla birlikdə “Müsəlman ittifaqı”nın nizamnaməsini və proqramını hazırladılar. 1906-cı il yanvarın 15-25-də Peterburqda keçirilən Ümumrusiya müsəlmanlarının II qurultayında bu nizamnamə və proqram bəyənildi. Proqramda Ümumrusiya türklərini birləşdirmək və çarizmə qarşı cəbhədə mübarizə aparmaq vəzifəsi qoyulmuşdu. 1906-cı il avqustun 16-23-də Nijni-Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının III qurultayında “Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün Bakıda Mərkəzi Komitə yaratmaq qərara alındı. Qurultayda siyasi problemlərlə yanaşı, türklər yaşayan bölgələrdə yeni tipli məktəblərin yaradılması, ibtidai icbari təhsilə keçirilməsi, təhsilin ana dilində aparılması, milli kadrların hazırlanması üçün Bakıda, Kazanda, Baxçasarayda pedaqoji institutların açılması qərara alındı.

XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif təşkilat və partiyalar yaradılmışdı:

1. 1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə “Müsəlman gənclik təşkilatı” yaradıldı.

2. 1904-cü ilin payızında Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə “Hümmət” təşkilatı yaradıldı. 1904-1905-ci iilərdə “Hümmət” təşkilatının “Hümmət” adlı qəzeti nəşrə başladı.

3.1906-ci ildə Əhməd bəy Ağayev vahid milli təşkilat-“Difai” (“Müdafiə”) Partiyasını yaratdı.

4.1907-ci ildə Gəncədə İsmayıl xan Ziyadxanlının rəhbərliyi ilə “Müdafifə” təşkilatı yaradıldı.

5.1907-ci ildə Bakıda Şərifzadə və Cuvarlinskinin rəhbərliyi ilə “İttifaq” təşkilatı yaradıldı.

6.1911-ci ildə “Müsavat” (“Bərabərlik”) Partiyası yaradıldı. Partiyanın əsas şüarı “türkləşmək, islamlaşmaq və müasirləşmək” idi. 1913-cü ildə fəaliyyətini dayandıran bu siyasi təşkilat 1917-ci ildə fəaliyyətini bərpa etdi.

Fəhlələrin ağır vəziyyəti 1910-1911-ci illərdə Bakida bir sıra pərakəndə çıxışların baş verməsinə səbəb oldu. Mayın 7-də Nuxada başlayan tətil ayın 12-də ümumi xarakter aldı. Bu tətil mayın 15-də sahibkarlarla fəhlələr arasında müştərək müqavilənin bağlanması ilə nəticələndi. Müqaviləyə görə, iş günü qısaldıldı, əmək haqqı qismən artırıldı.

1913-1914-cü illərdə tətil və nümayişlərin sayı çoxaldı. 1911-1912-ci illərdə Azərbaycan qəzalarında çıxışlar da genişləndi, silahlı qaçaq dəstələrinə Qatır Məmməd, Kərbəlayi Əsgər, Məşədi Yolçu başçılıq edirdi.

1913-cü ilin iyulun 25-də Bakıda tətil hərəkatı ümumi tətilə çevrildi. Azərbaycan burjuaziyası Rusiyanın hakim sinifləri ilə bərabər hüquqlar, müxtəlif məhdudiyyətlərin ləğv olunmasını, ana dilində ibtidai təhsilin hər yerdə həyata keçirilməsini, Zemstvo sistemi yaradılması və şəhər özünüidarəsində islahat keçirilməsi qanunu verilməsini və s. tələb edirdi. Milli azadlıq hərəkatının istiqamətləndirilməsində “Molla Nəsrəddin” jurnalı və onun naşirləri C.Məmmədquluzadə, M.S.Ordubadi, N.B.Vəzirov, Ə.Haqverdiyev, Ə.Rəhimzadə, F.Köçərli, həmçinin M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b. mühüm rol oynayırdılar.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin