1905-ci il yanvarın 3-də Peterburqda Putilov zavodu fəhlələri, yanvarın 8-də isə bütün Peterburq tətil etdi. Yanvarın 9-da öz tələbləri ilə Qış Sarayına doğru gedən tətilçilər çarın əmri ilə gülləbaran edildilər. Bu qanlı hadisə Bakıda fəhlələri ayağa qaldırdı, müəssisələrin çoxu, nəqliyyat öz işini dayandırdı. Bakıda zəhmətkeşlərin çıxışlarının böyük vüsət aldığını görən çar hökuməti dairələri təşkil etdikləri milli qırğın nəticəsində 158 müsəlman kəndi dağıdılmışdı. Ermənilərin törətdikləri cinayətlər: 1.Fevralın 6-dan 10-dək davam edən qırğında Bakıda 2 mindən çox azərbaycanlı öldürüldü. 2. Mayın 24-də İrəvanda 11 nəfər qətlə yeti-rildi. 3. Yayda Məngüş, Güllücə, Şeyxəli, Xırmancıq kəndlərində erməni quldur dəstələrinin hücumlarının qarşısı alınmış, əhali onları geri çəkilməyə məcbur etmişdi. Avqust ayında Şuşada törədilən milli qırğının qarşısı alındı və döyüş azərbaycanlıların qələbəsi ilə başa çatdı. Bakıda fevralın 6-dan 9-na kimi davam etmiş milli qırğının qarşısını almaqda “Hümmət” təşkilatının, H.Z.Tağıyevin rolunu xüsusi qeyd etmək olar. Çarizm qırğınla bərabər, inzibati tədbirlərə də əl atdı. Fevralın 15-də Bakıda general-qubernator vəzifəsi təsis edildi. Fevralın 18-də isə Bakı quberniyasında hərbi vəziyyət elan edildi. Fevralın 26-da Qafqazın baş rəisi vəzifəsi ləğv edildi və hələ 1883-cü ildə ləğv edilmiş Qafqaz canişinliyi bərpa olundu və qraf Vorontsov-Daşkov fövqəladə səlahiyyətlə canişin təyin edildi. Vorontsov-Daşkov yerli burjuaziya ilə itttifaq bağlamağı qət etdi. Azərbaycan burjuaziyası nümayəndələri bir sıra tələblər, o cümlədən Zemstvo idarələrinin yaradılması, məhkəmə iclasçıları hüququnun Azərbaycana tətbiq edilməsi, azərbay-canlıların bütün qulluq işlərinə qəbul edilməsi, uşaqlara məktəblərdə ana dilində təhsil almasına icazə verilməsini, kəndlilərin torpaqla təmin olunmasını və s. irəli sürdülər. Oktyabrın 17-də çarın bəyənnaməsi elan edildi. Bəyənnamədə əhalinin bütün təbəqələrinin iştirakı ilə seçiləcək Dövlət Dumasını çağırmaq vəd olundu.
İnqilabi çıxışların gedişində fəhlə deputatları Sovetləri yarandı. Bakı Soveti noyabrın 25-də fəaliyyətə başladı. 1906-cı il mayın 31-də Azərbaycanda I Dövlət Dumasına seçkilər keçirildi, apreldən iyulun 7-dək fəaliyyətdə oldu. 1907-ci il yanvarın 14-dən iyulun 3-dək II Duma fəaliyyətdə oldu. Bakı Dumaya müstəqil nümayəndə seçmək hüququndan məhrum edildi. Okyabrın 14-də keçirilmiş seçkilərdə müsəlman əhalisindən Xəlil bəy Xasməmmədov III Dumaya deputat seçildi. 1912-ci ilin sentyabr-oktyabr aylarında IV Dövlət Dumasına seçkilər keçirildi.
Dostları ilə paylaş: |