Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri. Kütləvi siyasi represiyalar



Yüklə 393,13 Kb.
səhifə125/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   121   122   123   124   125   126   127   128   ...   153
C fakepathmuhazire tarix (3)

3. Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri. Kütləvi siyasi represiyalar. 1920-ci ilin yayında Azərbaycanda hərbi kommunizm siyasəti tətbiq olundu. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 26 avqust tarixli fərmanı ilə taxıl ticarəti inhisara alındı, sentyabrda ərzaq sapalağı tətbiq olundu, bunun üçün ərzaq dəstələri kəndlərə göndərildi, “İşləməyən dişləməz” prinsipi həyata keçirilməyə başladı, kartoçka sistemi yaradıldı. Sovet ordusu hissələrinin ərzaqla təmin edilməsi kəndlilərin vəziyyətini ağırlaşdırdığına görə hökumət Quba və Cavad qəzaları müstəsna olmaqla, Azərbaycanın bütün bölgələrində taxıl tədarükünü dayandırdı. “Bütün növ ərzaq inhisarının ləğv edilməsi haqqında” 1921-ci il 17 may tarixli dekreti ilə ərzaq sapalağı ləğv olundu. Onun əvəzinə könüllü məhsul rüsumu -“çanaq” (20 girvənkə) vergisi qoyuldu. 1922-ci ilin yazından etibarən ərzaq vergisi tətbiq olunmağa başlandı. Yeni iqtisadi siyasət dövründə neft sənayesini öz himayəsində saxlayan mərkəz onun inkişafı naminə respublika orqanlarına xarici şirkətlər ilə əlaqə yaratmaq səlahiyyətləri vermişdi. Bu, neft sənayesini yeni texnika ilə təmin olunmasına kömək edirdi. ABŞ-ın “Standart-Oyl” şirkəti ilə bağlanmış müqaviləyə görə “Azərneft” texniki avadanlıq və s., “Gikkers Limited” ingilis firması ilə bağlanmış müqaviləyə görə Azərbaycan ilk krekinq qurğuşununun texniki avadanlığını istehsal etmək üçün lisenziya aldı. “Azərneft” London, Paris, Berlin, Nyu-York və s. şəhərlərdə öz nümayəndəliklərini açdı. 1924-cü ildə Suraxanıda turbobur vasitəsilə ilk quyu qazıldı. Balaxanı-Sabunçu, Bayıl buxtasında neft mədənləri aşkar edildi və işə salındı. 1925-ci ildə neft hasilatı 1921-ci ilə nisbətən 2 dəfə artdı. Neftmaşınqayırma sənayesi inkişaf etməyə başladı (leytenant Şmidt-indiki Səttarxan zavodu).

1925-ci ildə Bakıda və Tovuzda sement, Gədəbəydə misəritmə zavodları, Gəncədə mahud favriki işə salındı, Şərur və Yevlaxda yeni pambıqtəmizləmə zavodları tikildi, Şəkidə, Ordubadda və Dağlıq Qarabağda baramaaçan fabrikləri fəaliyyətə başladı. Kənd təsərrüfatında da əkin sahələri artdı, sosial təbəqələşmə gücləndi, 1925-ci ildə ortabablar 54% təşkil edirdi. 1925-ci ildə Azərbaycanın iqtisadiyyatında canlanma başlanmışdı, lakin 1926-cı ildən etibarən YİS prinsiplərindən imtina etməyə başlandı və iqtisadiyyatda inzibati amirlik metodlarının tətbiq edilməsinə keçildi.



XX əsrin 20-ci illərinin ikinci yarısından etibarən Azərbaycanda da xalq təsərrüfatının bütün sahələrinin sosialistcəsinə yenidən qurulmasına başlanıldı. Onun əsas istiqamətləri: sosialist sənayeləşdirilməsi, kənd təsərrüfatlarının kollektivləşdirilməsi, bolşevik ideologiyasına xidmət edən mədəni quruculuq, kommunist parti-yasının bölünməz və şəriksiz ağalığının təmin olunması, planlaşmada və idarəçilikdə sərt mərkəzləşmə təşkil edirdi. 1925-ci ilin dekabrında ölkənin sosialist sənayeləşdirilməsi xətti irəli sürüldü. Azərbaycanda əsas üstünlük neft sənayesinin inkişafına və elektrik istehsalına yönəldilmişdi. Yüngül sənaye müəssisələrinin və ilkin xammal emalı (pambıqtəmizləmə, ipəkçilik və s.) obyektlərinin yaradılması da Azərbaycanda sənayeləşdirmənin tərkib hissələrindən idi. Sənayeləşdirmə xalqın, xüsusən o zaman əhalinin əksəriyyətini təşkil edən kəndlilərin istismarı, ağır vergilər qoymaq, müsadirələr, “sənayeləşdirmə istiqrazları” yolu ilə toplanan kapitalı hesabına aparılırdı. Sənayeləşdirmə illərində Bakıda neftayırma və neftmaşınqayırma zavodları (İ.Şmidt, Suraxanı mexaniki zavodu), ilk krekinq qurğusu, sürtkü yağları, ağ neft, benzin, gəmi təmiri, karbid zavodları, Gəncədə əyirici-toxuculuq kombinatı, Gəncə, Ucar və Yevlaxda pambıqtəmizləmə zavodları, Lənkəranda və Ordubadda konserv zavodları, Şəkidə, Xankəndində, Zaqatalada, Salyanda və Füzulidə istilik və su-elektrik stansiyaları tikilib işə salındı. 1937-ci ildə SSRİ-də hasil edilən neftin 76%-ni Azərbaycan verirdi və dünyada 2-ci yerə çıxmışdı. Bu illərdə 822 km. Bakı-Batum neft kəmərinin, Ələt-Culfa dəmiryol xəttinin çəkilməsi başa çatdırıldı. İlk dəfə Azərbaycanda elektrik dəmir yolu xətti istifadəyə verildi. Sənayeləşdirmə öz çətinlikləri və mənfi nəticələri ilə bərabər Azərbaycanın ümumi inkişafına xeyli təkan verdi. Onun həyata keçirilməsi sayəsində Azərbaycan aqrar-sənaye ölkəsinə çevrildi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin