Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Ağqoyunlu dövlətinin xarici siyasəti



Yüklə 393,13 Kb.
səhifə49/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   45   46   47   48   49   50   51   52   ...   153
C fakepathmuhazire tarix (3)

Ağqoyunlu dövlətinin xarici siyasəti. Ağqoyunlu dövləti Azərbaycanın bu vaxta qədərki tarixində Avropa ölkələri ilə ən geniş əlaqə yaratmış ilk dövləti idi. Uzun Həsən Qərb ölkələri ilə ticarət əlaqələri, xüsusilə ipək ticarəti yaratmışdı. Digər tərəfdən, o, öz ordusuna müasir silahlar almaq, Azərbaycanda topçuluq sə­nətini inkişaf etdirmək üçün Avropa ölkələrindən artilleriya mütə­xəssisləri də dəvət etmək istəyirdi. Onun xarici siyasətində əsas istiqaməti Osmanlı imperatorluğu ilə münasibətlər təşkil edirdi. XV əsrin 60-70-ci illərində xarici ticarətlə əlaqədar olaraq, Ağ­qoyunlu dövlətinin Osmanlı imperatorluğu ilə münasibəti kəskin­ləşdi. Sultan II Mehmet Osmanlı imperatorluğunu Azərbaycan ipəyinin böyük rol oynadığı Avropa-Şərq ticarətində vasitəçilik edən dövlətə çevirmək istəyirdi. Osmanlı sultanı Qafqazı, xüsusilə Azərbaycanı tutmaq üçün səy göstərirdi. Ağqoyunlu-Osmanlı mü­nasibətlərinin kəskinləşməsində Trabzon məsələsi də az rol oyna­ma­mışdı. Ağqoyunlular hakimiyyətə gəlməmişdən əvvəl Trabzon Yünan imperiyası (1204-1461) ilə dostluq əlaqəsi yaratmışdılar. Uzun Həsən Tabzon imperatorunun qızı Feodora-Dəspinə xatınla evlənmişdi. Trabzonun Ağqoyunlular üçün böyük ticarət əhəmiyyəti vardı. Ağqoyunlu tacirləri bu şəhər vasitəsilə Krımdakı mərkəzləri ilə də əlaqə saxlayırdılar. Buna görə II Mehmet 1461-ci ildə Ağqoyunlu dövləti ilə müharibəyə Trabzon üzərinə hücumla başladı. Uzun Həsən Trabzonu müdafiə etməli oldu. Qoy­luhisar döyüşündə Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da, Uzun Həsən hələlik osmanlılarla sülh bağ­lamaq qərarına gəldi, öz ağıllı və güclü məntiqi ilə tanınan anası Sara xatını Sultanın düşərgəsinə-Bolqar dağına göndərdi. Uzun Həsən onun qarşısına 2 vəzifə qoydu: I, o, Osmanlı sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, çünki Ağqoyunlu dövləti güclü deyildi və onlara arxadan Qaraqoyunlular və Teymurilərin hücumu gözlənirdi. II, Sara xatın sultanı Trabzonu fəth etməkdən döndərməli idi. Sultan 1-yə razı oldu, 2-ci məsələdə isə fikrindən dönmədi. II Mehmet Trabzon üzərinə yeridi və Uzun Həsənin arxadan hücum etməyəcəyinə əmin olmadığı üçün Sara xatını elçilərlə birlikdə özü ilə apardı. Sara xatın yol boyu yenə də sultanı Trabzonu fəth etməkdən çəkindirməyə çalışdı. 30 gün mü­hasirədən sonra, 1461-ci il avqustun 15-də Trabzon osmanlılar tərəfindən zəbt edildi. Ticarət mərkəzi olan Trabzonun əldən çıxdığını görən Sara xatın öz gəlininin-Dəspinə xatının Trabzon taxtına varislik hüququnu irəli sürdü. O, Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı. Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müt­tə­fiqini deyil, həm də Qara dənizə yeganə çıxış yolunu itirdi. Uzun Həsən eyni zamanda bir neçə yerdən Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqə yaratmağa başladı. Avropa dövlətləri 2 türk dövləti arasında ziddiyət salmağa çalışırdılar. Uzun Həsən isə bunu lazımı cəhətdən qiymətləndirə bilmədiyindən Avropa ölkələri ilə ticarət əlaqələrini Osmanlılarsız möhkəmləndirməyə çalışırdı. Azərbaycanın cənub torpaqlarında hasil olunan ipək Şərqlə Qərb arasındakı ticarətdə vasitəçilik edən Venesiyanın toxuculuq manufakturalarını təmin edirdi. 1463-cü ildə Venesiya-Osmanlı müharibəsinin başlanması bu əlaqələri daha müntəzəm etdi. 1464, 1472-ci ildə isə Katerino Zeno da daxil olmaqla bir neçə diplomat Təbrizə Ağqoyunlu sarayına gəldi. Öz növbəsində, Uzun Həsənin elçiləri də Avropa ölkələrinə gedir, danışıqlar aparırdılar. 1475-ci ildə III İvan da­nı­şıqlar üçün Marko Rossonu Uzun Həsənin yanına göndərdi. Lakin Qızıl Ordu xanı onu qabaqlayıb, qiymətli hədiyyələrlə 200 nəfərlik nümayəndə heyəti göndərərək, Qızıl Ordunun cənub sərhədlərinin pozulmaması haqda Uzun Həsəndən təminat almışdı. Venesiya hökuməti ilə danışıqlar nəticəsində 1472-ci ilin yazında Təbrizdə Osmanlı dövləti əleyhinə bağlanan hərbi ittifaqın planına uyğun olaraq həmin vaxtda Uzun Həsən Osmanlılar üzərinə hücuma keçdi. Mirzə Yusif xanın başçılığı ilə ağqoyunlular qələbə çalaraq Aralıq dənizi sahillərinə çıxdılar, lakin burada Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisi gətirən Venesiya gəmiləri yox idi. Venesiya dövləti 2 türk dövlətini qarşı-qarşıya qoyub aradan çıxdı. Müharibənin ağırlığı Ağqoyunlu dövlətinin üzərinə salındı. II Meh­met öz rəqiblərini (Uzun Həsən və Mirzə Yusif xan) bir-birindən ayırdı və müharibədə qazandı. Şah­zadə Mustafanın başçılığı ilə Ağqoyunlulara qarşı 60 min nəfərlik qoşun göndərildi. Ağqoyunlular Beyşehir yaxınlığında məğlub oldular. Qışda hər iki tərəf müharibəni müvəqqəti dayandırdı. Sultan II Mehmet öz elçisi ilə Uzun Həsənə məktub göndərərək, 1473-cü ilin baharında Ağqoyunlulara qarşı hücuma keçəcəyini bildirdi. II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu silahları almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini bildiyinə görə, onları Aralıq dənizi sahilində birləşməyə qoymamaq üçün Uzun Həsəni Anadolunun şərqində qarşılamaq qərarına gəlmişdi. Fəratın sol sahilində Ağqoyunlular, sağ sahilində isə Osmanlı qoşunu duşərgə saldı. 1473-cü il avqustun 1-də Malat­yada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi. Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvari­ləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilərII Mehmet məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən rədd etdi. 1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri II Mehmetin qoşunlarını Ərzincanla Ərzurum arasındakı Otluqbeli adlanan yerdə qabaqladılar, 8 saat davam edən Otluqbeli, bəzən Tərzincan adlanan bu döyüşdə Os­manlı piyadasının, xüsusilə yenicəri alaylarının inadlı əks-hücum­larına davam gətirə bilmədilər və məğlub oldular. 1474-cü ilin aprelində kürdlər Venesiya diplomatı İosafat Barbaronu və onunla Ağqoyunlu elçilərini qarət etdilər. Hacı Məhəmməd başda olmaqla Ağqoyunlu elçiləri öldürüldü. Həmin ilin mayında Şirazda Uzun Həsənin böyük oğlu, Şirazın varisi Uğurlu Məhəmmədin başçılığı ilə iri feodalların qiyamı başladı. Belə feodallardan biri 3000 nəfərlik süvari ilə Təbrizə hücum etdi. Hökmdarın oğlu Maqsud bəy öz süvari dəstəsi ilə köməyə gəldi və Təbrizin təhlükəsizliyi təmin olundu. Uzun Həsən isə Şirazda oğlunu məğlub etdi, ağır yaralanan Uğurlu Məhəmməd Osmanlı dövlətinə qaçdı. Sultan Uğurlu Məhəmmədi təntənə ilə qarşıladı, qızı Gövhərxan Sultanı ona ərə verdi. Onların bir oğlu oldu-Gödək Əhməd. II Mehmet Uğurlu Məhəmmədə hərbi qüvvə verib onu Sivasa-Azər­baycanla Osmanlı sərhədinə hakim təyin etdi. Uzun Həsən isə oğlunu tutub Təbrizdə edam etdirdi. Osmanlı sultanı Sivasda olan qızını və nəvəsini İstanbula gətirdi.

İqtisadi tənəzzül, iri feodalların mərkəzi hakimiyyətə açıq müqaviməti, ümumxalq narazılığı-bütün bunlar Ağqoyunlu dövlə­tinin dağılmasını yaxınlaşdırdı. Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş etdi. 1477-ci ildə Uzün Həsənin gürcü hakimi VI Baqratla bağladığı sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. Uzun Həsəndən sonra onun oğlu Yaqub Mirzə (1478-1490) taxta çıxdı. O, Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək dostluq əlaqələrini daha da möhkəmləndirdi. Lakin Ərdəbil hakimliyinin möhkəm­lənməsi onun üçün təhlükə yaratdığına görə hər iki tərəf arasında ziddiyyət başlandı. Yaqub Mirzənin qəfil ölümündən sonra oğlu Baysunqur (1490-1492) taxta çıxdı. İlk vaxtlar Ağqoyunlu dövlə­tini Baysunqurun adından idarə edən Sufi Xəlil bütün rəqiblərinə qalib gəldi. Az sonra Diyarbəkirdə hökmranlıq edən Süleyman bəy Bicanoğlu Sufi Xəlilin hakimiyyətinə qarşı mübarizəyə başladı. 1491-ci ilin yayında Van yaxınlığındakı döyüşdə Sufi Xəlil məğlub oldu. Bicanoğlu hakimiyyəti ələ aldı, lakin Baysunqura to­xun­mayıb, Ağqoyunlu dövlətini onun adından idarə etməyə başladı. 1492-ci ildə Əbih Sultan Sufi Xəlil tərəfindən dustaq edilən Rüstəm Mirzəni (Uzun Həsənin nəvəsi) Əlincə qalasından xilas etdi, onun namizədliyini irəli sürdü. 1492-ci il mayın əvvəllərində Bərdə yaxınlığında Baysunqurun qoşunu Rüstəm Mirzənin qoşunu ilə döyüşə getdi. Rüstəm Mirzə qalib gəldi. Bicanoğlu Diyarbəkirə çəkildi və orada öldürüldü. Baysunqur Şirvana, Fərrux Yasarın yanına qaçdı. 1492-ci il mayın sonunda Rüstəm Təbrizdə Ağ­qoyunlu taxtında oturdu. Ağqoyunlu dövlətini Əbih Sultan idarə edirdi. 1492-ci ilin sonunda hakimiyyətdən devrilmiş Baysunqur, babası Fərrux Yasarın köməyi ilə Bərdə-Gəncə arasında Rüstəmə qarşı döyüşə girdi, lakin məğlub oldu. Baysunqur və onun müttəfiqləri 1493-cü ildə Əhər yaxınlığında məğlubiyyətə uğradı, özü isə öldürüldü. Rüstəm padşah soyurqal torpaq paylamaqla köçmə əhalini özünə qarşı qaldırdı. Bundan istifadə edən Gödək Əhməd Ərzincana gəldi və Əbih Sultanın başçılığı ilə köçmələrin bir hissəsi onunla birləşdilər. 1496-cı ilin yayında Gödək Əhməd Azərbaycana hücum etdi. Sultaniyyə yaxınlığında Ağqoyunlular məğlub oldu. Gödək Əhməd 1496-cı ilin sonunda Naxçıvan yaxınlığında Rüstəm Mirzənin əsas hərbi qüvvələrini məğlub etdi, özünü də əsir aldı. O, 1497-ci ildə Təbrizə daxil oldu və Ağqoyunlu taxtına çıxdı. Gödək Əhməd Əbih Sultandan ehtiyat etdiyi üçün Kirman mahalını ona bağışladı. O, bir sıra vergi islahatları keçirdi, şəriətdə göstərilməyən 20-yə qədər vergi və mükəlləfiyyəti ləğv etdi. Gödək Əhmədin daxili siyasətinə qarşı bəzi əyanlar İran İraqında və Farsda qiyamlar qaldırdılar. 1497-ci il dekabrın 13-də İsfahan yaxınlığında Gödək Əhməd məğlub oldu və öldürüldü. Təqribən 7 ay hakimiyyətdə olan Gödək Əhməd məqsədinə nail olmadı. Gödək Əhmədin ölümündən sonra Əbih Sultan 1497-ci ilin dekabrında Muradı (1497-1498) Qum şəhərində Ağqoyunlu hökmdarı elan edərək, onun adından pul kəsdirdi. Murad Əbih Sultandan asılı olmaqla Ağqoyunlu dövlətini, qardaşı Məhəmməd Mirzə isə Muradın vassal asılılığını qəbul etməklə Yəzdi idarə etməyə başladılar. 1499-cu ilin sonunda Muradın əmisi oğlu Əlvənd Təbrizi ələ keçirdi. Ağqoyunlu taxtı uğrunda 2 güclü varis-Murad və Əlvənd arasında mübarizə kəskinləşdi. 1500-cü ilin əvv. dərviş Baba Xeyrullahının köməyi ilə Təbriz yaxınlı­ğında Əbhər adlanan yerdə onların arasında sülh sazişi imzalandı. Bu müqaviləyə görə, Qızılüzən çayı sərhəd olmaqla Diyarbəkir, Azərbaycanın Kürdən cənubdakı hissəsi və Qarabağ Əlvəndə, bütün Ərəb İraqı, Fars və Kirman isə Murada çatdı. Bu parçalanma Ağqoyunlu dövlətinin süqutuna gətirib çıxardı.

4.XIII-XVəsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı. XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı. Monqol yürüşləri Azərbaycanın ictimai-siyasi və mədəni həyatına ağır zərbə vurdu. Muğanda çağırılmış qurultayda Cənubi Qafqaz ərazisi 110 monqol noyonu arasında bölündü. XIII əsrin ortalarında Hülakü dövlətinin yaradılması, mərkəzi hakimiy­yətin qüvvətlənməsi təsərrüfatda müəyyən canlanmaya səbəb oldu. HülaküAbaqa xanın zamanında torpaq və vergi siyasəti müəyyənləşdi və mərkəzi idarə sistemi yarandı. 1254-cü ildə Azər­baycanda 10 yaşından 60 yaşınadək bütün kişi qismi siyahıya alındı. İşğal olunmuş torpaqlar incu (hökmdar və xan nəslinə məx­sus) və divan (dövlət) torpaqlarına çevrildi və köçmə feodalların ixtiyarına verildi. Yeni vergilər də (qopçur-otlaq vergisi-tədricən can vergisi, tamğa-sənətkar və tacirlərdən alınan vergi, kalan və s.) toplanırdı. Vergilərin toplanması icarəyə (müqatiəyə) verilirdi. XIII əsrin son rübündə Elxanilər dövlətində iqtisadi və siyasi böhran baş verdi. Keyxatu xan pul islahatı keçirdi, ölkədə kağız pullar-çao tədavülə buraxıldı. Lakin bu, xəzinənin boşalmasının qarşısını ala bilmədi. XIV əsrin 2-ci yarısında siya­si vəziyyət şəhər həyatını acınacaqlı hala gətirdi. Şəhər əhali­sinin sosial tərkibində sənətkarlar və tacirlər üstünlük təşkil edirdi. Toxuculuq, xalçaçılıq, metalişləmə, dulusçuluq, dəri istehsalı, ağac emalı, bədii sənətkarlıq növləri daha da inkişaf etmişdir. Şirvan ipəyi dünyada məşhurlaşmışdı. Beyləqan öz qənnadı məmulatı ilə, Kağızkonan şəhəri kağız istehsalı ilə tanınırdı. Metalişləmə sahə­sində soyuq silah istehsalına xüsusi diqqət yetirilirdi. Hülakü döv­lətinin Asiya, Avropa və Afrikanın bir çox ölkələri ilə ikitərəfli intensiv ticarət əlaqələri var idi. Azərbaycan karvan yollarının kəsiş­diyi məkana çevrilmişdi. Ticarət yolları üzərində karvansaralar tikildi, karvanların təhlükəsizliyi təmin edildi, karvansalar dəstələri yaradıldı. Bakı nefti, Şirvan ipəyi, Təbriz və Şirvan xalçaları, Şəmkirin yun parçaları, Şəkinin dəri məmulatı, Naxçıvanın duzu və s mallar xarici ölkə bazarlarında yük­sək qiymətləndirilirdi. Zərbxanalarda tümən, qızıl və gümüş ba­lış, dinar, danq, fils, dirhəm və s. pul vahidi tədavülə bura­xılırdı.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin