Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə83/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   79   80   81   82   83   84   85   86   ...   153
C fakepathmuhazire tarix (3)

1808-ci ilin mayında İran qoşunu İrəvana doğru çəkilirdi. Sentyabrın 4-də Soğanlıq düşərgəsindən rus qoşunları Pəmbəkə döğru yeridi. Sentyabrın 26-da Qudoviç irəvanlı Hüseyn xan üzərində qə­ləbə çaldı. Rus qoşunları yolüstü Eçmiədzini ələ keçirdi. General Nebolsin Naxçıvana doğru irəliləyərək, oktyabrın sonunda Qa­rababa kəndi yanında İran qoşunlarını dağıtdı və Naxçıvanı tutdu. Rus qoşunlarının birləşmiş qüvvələri İrəvanın mühasirəsinə başladı və mayın ortalarında qalaya hücuma keçdi. Lakin müvəffəqiy­yətsizliyə uğrayaraq geri çəkilən rus qoşunları Naxçıvanı da tərk etməyə məcbur oldular. Abbas Mirzə Naxçıvanı tutdu, Qarababa kəndində döyüşdə Qudoviç yenidən məğlubiyyətə uğradı. 1808-ci il kampaniyası uğursuz başa çatdı və Qudoviç istefaya getdi. 1809-cu ilin əvvəllərindən Rusiyanın Cənubi Qafqazdakı vəziyyəti daha da ağırlaşdı. Sarıqamışda 14 min sərbaz cəmləşdirilmişdir. Qafqazda rus qoşunlarının sayı isə 43,5 min nəfərə çatdığı halda İran 150 min nəfərlik ordu çıxarmaq niyyətində idi. Yeni baş komandan Tormosov İranla münasibətləri danışıqlarla nizama salmağa ümid edirdi. Lakin 1809-cu ilin iyununda şahın özü Qarabağ və İrəvanla kifayətlənməmək və qüvvələrini Osmanlı Türkiyəsi ilə birləşdirmək üçün Qərbdə hərbi əməliy­yatlar cəbhəsini genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana gəldi. 1809-cu ilin hərbi əməliyyatları iyulda 2 İran qoşununun Qarabağ və Pəmbəkə yürüşləri ilə eyni zamanda başladı. 3-cü qoşun hissəsi Göyçə (Sevan) gölünün yanında dayandı. Onun əməliyyat meydanı Gəncə, Qazax və Şəmşəddil olmalı idi. Lakin İran qoşunları öz planlarını həyata keçirə bilmədilər. Avqustda İran da və Rus qoşunları da Gəncəyə hücum etdi. Abbas Mirzə yenidən döyüşə girmədən, bir neçə yaşayış məntəqəsini talan edərək, Arazın o tayına çəkildi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin