Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış



Yüklə 112,92 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix17.03.2022
ölçüsü112,92 Kb.
#53922
1   2   3   4   5
cixish-16.10.09

*  təhsil  sistemində  hər  bir  yeniləşmə  inqilabi  yolla  deyil,  təkamül  yolu  ilə  həyata 

keçirilməlidir;  

* biz heç bir ölkənin təhsil sistemini olduğu kimi Azərbaycanda qurmağa çalışmamalıyıq;  

*  dünyanın  inkişaf  etmiş  ölkələrinin  təhsil  sistemi  ilə,  hazırda  həmin  ölkələrdə  təhsil 

sahəsində aparılmaqda olan islahatlarla yaxından tanış olmalıyıq;  

*  xalqımızın  milli  mənəvi  xüsusiyyətlərindən,  adət-ənənələrindən,  milli  mentalitetindən, 

xüsusən  təhsil  sahəsində  XX  əsrdə  Azərbaycanda  formalaşmış  mütərəqqi  ənənələrdən  səmərəli 

istifadə etməliyik;  

* təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrənməli, prioritet 

sahələri müəyyən etməliyik;  

* müstəqil Azərbaycanın təhsil sistemi milli zəminə söykənərək, ümumbəşəri dəyərlərdən 

bəhrələnməlidir.  

Tarixi  xatırlasaq,  ulu  öndərin  proqram  xarakterli  bu  müddəaları  əsas  tutularaq 

Azərbaycanda təhsil islahatlarının 3 mərhələdə keçirilməsi nəzərdə tutulmuşdu.  

I  mərhələ  hazırlıq  mərhələsi  adlanırdı  və  1999-cu  ili  əhatə  edirdi.  Bu  mərhələdə 

vətəndaşların  təhsil  almaq  hüququnu  təmin  edən,  bazar  iqtisadiyyatının  tələblərinə  uyğun  yeni 

təhsil sisteminin normativ-hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq üçün təşkilati işlər 

aparıldı.  

Qisamüddətli  perspektivi  əhatə  edən  II  mərhələdə  (2000-2003-cü  illər)  təhsil  sahəsinin 

sosial-iqtisadi  sabitliyinin  təmin  edilməsi  üzrə  tədbirlərin  həyata  keçirilməsi,  genişmiqyaslı 

islahatların  aparılması  üçün  təşkilati,  normativ-hüquqi,  kadr,  maliyyə,  maddi-texniki,  elmi, 

tədris-metodiki və informasiya təminatının, yeni idarəetmə modelinin yaradılması istiqamətində 

əhəmiyyətli addımlar atıldı.  

III  mərhələ  2004-cü  ildən  sonrakı  dövrü  əhatə  edirdi  və  bu  mərhələdə  proqramda 

nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsi yolları göstərilmişdi.  

İslahat Proqramında I mərhələdə 50, II mərhələdə 57, III mərhələdə 21 tədbir olmaqla 

bütövlükdə  128  tədbirin  həyata  keçirilməsi  müəyyənləşdirilmişdi.  Təkcə  I  və  II  mərhələlərdə 

müxtəlif nazirlik və komitələrə aşağıdakı tədbirlərin həyata keçirilməsi tapşırılmışdı:  

Ədliyyə  Nazirliyi  -  normativ-hüquqi  aktların,  proqram  xarakterli  sənədlərin,  eləcə  də 

konkret  islahat  mexanizmlərinin  hazırlanmasında  bilavasitə  iştirak  və  onların  vaxtında  təsdiq 

olunması. I mərhələdə 5 strateji tədbir. II mərhələnin birinci ilində 1 strateji tədbir.  

Səhiyyə Nazirliyi - təhsilalanların sağlamlığının qorunması, təlim-tərbiyə üçün təhlükəsiz 

şəraitin yaradılması, eləcə də sanitar-gigiyenaya dair normativ sənədlərin, evdə təhsil, qüsurlu 

olan  uşaqlar  üçün  yeni  tipli  müəssisələrin,  reabilitasiya  mərkəzlərinin  yaradılması  ilə  bağlı 

təkliflərin hazırlanması. I mərhələdə 5 strateji tədbir.  

Gənclər  və  İdman  Nazirliyi  -  tərbiyə proqramının, uşaq  və gənclərin  ictimai  təşkilatları 

ilə iş üzrə proqramın hazırlanması, istedadlı şagird və tələbələrin respublikadaxili və beynəlxalq 

olimpiadalarda,  idman  yarışlarında  iştirakı  işinin  təkmilləşdirilməsi  üçün  proqram  xarakterli 

mexanizmlərin  verilməsi.  I  mərhələdə  4  strateji  tədbir,  II  mərhələnin  birinci  ilində  1  strateji 

tədbir.  


Yüklə 112,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin