Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış



Yüklə 112,92 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix17.03.2022
ölçüsü112,92 Kb.
#53922
1   2   3   4   5
cixish-16.10.09

Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  -  təhsil  sistemi  iştirakçılarının  sosial 

müdafiəsi  proqramının  hazırlanmasında  iştirak,  pedaqoji  kadrlar,  rəhbər  işçilərin  yeni 

attestasiya  mexanizminin  təkmilləşdirilməsi  ilə  bağlı  təkliflərin  verilməsi.  Təhsil  sistemi 

işçilərinin  sosial  müdafiəsinin  təmin  edilməsi  ilə  bağlı  normativ-hüquqi  sənədlərin 

hazırlanmasında,  əmək  bazarının  dəyişən  tələbatının  təşkili  nöqteyi-nəzərindən  yeni 

hazırlanacaq  ixtisasartırma  və  yenidənhazırlanma  proqramının  yaradılmasında  iştirak  etmək.  I 

mərhələdə 3 strateji tədbir, II mərhələnin birinci ilində 2 stareji tədbir.  

Maliyyə  Nazirliyi  və  Milli  Bank  -  təhsil  sisteminin  mövcud  maliyyələşmə  mexanizminin 

təhlili, yeni iqtisadi modelin yaradılması ilə bağlı təkliflərin, beynəlxalq fondların köməyinin və 

dövlət  əhəmiyyətli  investisiya  qoyuluşunun,  eləcə  də  beynəlxalq  kreditləşmənin  proqram  və 


layihələrinin  hazırlanması.  Peşə  və  ixtisas  üzrə  təhsilalanlara,  məzunlara  sosial  güzəştlərin, 

adambaşına 

maliyyələşmə 

prinsiplərinə 

keçidlə 

bağlı 

müvafiq 

normativlərin 

müəyyənləşdirilməsi, təhsilin inkişafı fondunun fəaliyyətinin gücləndirilməsi və genişləndirilməsi 

işinin  müasir  tələbata  uyğunlaşdırılması.  Müəssisədaxili  maliyyə  sərbəstliyi  verilməsi 

mexanizminin,  peşə-ixtisas  təhsili  müəssisələrinə  muxtariyyət  verilməsi  ilə  əlaqədar  yeni 

maliyyələşmə  mexanizminin  hazırlanması.  I  mərhələdə  17  strateji  tədbir,  II  mərhələnin  birinci 

ilində 11 strateji tədbir.  

İqtisadiyyat  Nazirliyi  -  təhsil  sisteminin  yeni  iqtisadi  modelinin  yaradılması  ilə  bağlı 

konkret 

mexanizmin 

müəyyənləşdirilməsi. 

Peşə 

təhsili 

müəssisələri 

şəbəkəsinin 

optimallaşdırılması barədə təkliflərin hazırlanması. Respublikada iqtisadiyyatın yeni sahələri və 

dövlətin  strateji  məqsədlərini  həyata  keçirən  ixtisaslı  kadrların,  o  cümlədən  idarəedənlərin-

menecerlərin,  hazırlığı  aparılmayan  ixtisasların  müəyyənləşdirilməsi  və  həmin  ixtisaslar  üzrə 

kadr  hazırlığı  üçün  xüsusi  proqramların  yaradılması.  Vəsaitlərin  xəzinədarlıq  sistemi 

çərçivəsində  müstəqil  maliyyə  istifadəsi  mexanizminin  yaradılmasına  dair  təkliflərin  və  peşə-

ixtisas təhsili sahəsində yeni ixtisas və ixtisaslaşma klassifikatorunun hazırlanması. İşçi qüvvəsi 

resurslarına  tələbatın  proqnozlaşdırılmasının  elmi  əsaslarının  yaradılması  üçün  konkret 

təkliflərin verilməsi. 2000-ci və sonrakı perspektiv illər üçün respublika iqtisadiyyatının və onun 

sahələrinin inkişafının kadr tələbatı proqnozlarının hazırlanması. Mütəxəssis hazırlığının cari və 

perspektiv  strukturu  və  həcminin  müəyyənləşdirilməsi.  İşğal  olunmuş  ərazilərdə  dağıdılmış 

təlim-tərbiyə müəssisələrinin bərpası və təchiz olunması proqramının hazırlanması. I mərhələdə 

12 strateji tədbir, II mərhələnin birinci ilində 1 strateji tədbir.  

Mətbuat  və  İnformasiya  Nazirliyi  -  tədris-əyani  vəsaitlərin,  təlimin  texniki  vəsaitlərini 

istehsal  edən  xüsusi  sahələrin  və  vahid  Nəşriyyat-Poliqrafiya  Birliyinin  yaradılması  işinin 


Yüklə 112,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin