Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış



Yüklə 112,92 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix17.03.2022
ölçüsü112,92 Kb.
#53922
1   2   3   4   5
cixish-16.10.09

həyata keçirilməsi. II mərhələnin birinci ilində 1 strateji tədbir.  

Azərbaycan  Respublikası  Elmlər  Akademiyası  -  Azərbaycan  Respublikası  Təhsil 

Akademiyasının  yaradılması barədə  təkliflərin  verilməsi.  Tərbiyə  proqramının hazırlanmasında 

iştirak,  humanitar  və  sosial-iqtisadi  fənlərin  tədqiqi  və  onların  tədrisinin  yeni  konsepsiyasının 

hazırlanması. Təhsil sistemi və müəssisələrinin kompüterləşdirilməsi istiqamətində hazırlanacaq 

proqrama  təkliflərin  verilməsi.  Təhsil  sisteminin  informasiya  və  kompüterləşmə  proqramının 

hazırlanmasında  yaxından  iştirak.  Tədris,  elmi-metodik  vəsaitlərin  və  dərsliklərin  nəşri 

proqramının  hazırlanması,  istedadlı  şagird  və  tələbələrin  respublikadaxili  və  beynəlxalq 

olimpiadalarda,  müsabiqələrdə,  konfranslarda  və  digər  tədbirlərdə  iştirakı  proqramının 

hazırlanması. I mərhələdə 10 strateji tədbir, II mərhələnin birinci ilində 10 strateji tədbir.  

Bakı Şəhər İcra Hakimiyyəti - yeni təhsil müəssisələrinin yaradılması prosesində iştirak, 

ayrı-ayrı  proqramların  hazırlığı  dövründə  konkret  təkliflərin  verilməsi.  I  mərhələdə  3  strateji 

tədbir, II mərhələnin birinci ilində 2 strateji tədbir.  

Həmkarlar  İttifaqı  Konfederasiyası,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Fondu  -  təhsil 

sisteminin  bütün  iştirakçılarının  sosial  müdafiəsini  təmin  edən  normativ-hüquqi  aktların 

hazırlanması. Hazırlanacaq yeni attestasiya mexanizminə kadrların maddi stimullaşdırılması ilə 

bağlı  konkret  müddəaların  daxil  edilməsi,  təhsilalanların  qruplarda,  siniflərdə  sıxlığının  yeni 

normativləri barədə təkliflərin hazırlanması. İdarəetmə orqanlarında rəhbər işçilərin attestasiya 

sisteminin yaradılması, təhsil sistemi iştirakçılarının sosial müdafiəsi proqramının hazırlanması. 

I mərhələdə 6 strateji tədbir, II mərhələnin birinci ilində 3 strateji tədbir.  

Dövlət Statistika Komitəsi - hazırlanacaq müvafiq proqramlara təkliflərin verilməsi, kadr 

tələbatı proqnozlarının hazırlanması. I mərhələdə 1 strateji tədbir, II mərhələnin birinci ilində 3 

strateji tədbir.  

Dövlət  Əmlak  Nazirliyi  -  təhsil  müəssisələrinin  sərəncamında  olan  mülkiyyətdən  təhsil 

sistemi  üçün  səmərəli  istifadə  olunması  tədbirlərinin  müəyyənləşdirilməsi  üzrə  təkliflərin 

hazırlanması.  Hazırlanacaq  müvafiq  proqramlara  təkliflərin  verilməsi,  yeni  müəssisələrin 

yaradılması prosesində iştirak etmək. I mərhələdə 1 strateji tədbir, II mərhələnin birinci ilində 2 

strateji tədbir.  


Qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsi  -  təcavüz  nəticəsində 

işğal  olunmuş  ərazilərdə  dağıdılmış  təlim-tərbiyə  müəssisələrinin  bərpası  və  təchiz  olunması 

proqramının hazırlanmasının təmin edilməsi. II mərhələnin birinci ilində 1 strateji tədbir.  

Dövlət Antiinhisar Komitəsi- təhsil sisteminin idarəolunmasının inhisarsızlaşdırılması ilə 

bağlı konkret təkliflərin hazırlanması. I mərhələdə 1 strateji tədbir.  

Dövlət Gömrük Komitəsi və Vergilər  Nazirliyi - respublikada istehsal olunmayan tədris-

əyani  və  digər  avadanlıqlarla  təhsil  sisteminin  təchizatı  proqramının  hazırlanmasında  iştirak 

etmək,  təhsilin  təchizatını  təmin  edən  malların  respublikaya  gətirilməsi  zamanı  istehsalçılar  və 


Yüklə 112,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin