AzərbayCan texnİk



Yüklə 265,29 Kb.
tarix02.01.2022
ölçüsü265,29 Kb.
#43364
Güc elektronikası sb iş5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

azərbayCan texnİkİ unİversİtetİ

Kafedra:Elektrotexnika

Fənn: Güc elektronikası və intiqalın idarə edilməsi






SƏRbəst İş №5

İxtisas:Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Fakültə: EA

Kurs:III


Qrup:678 a2

Tələbə: Məhərrəmli Elşən

Müəllim: Hüseynova Gülnarə


BAKI – 2021

Elektrik intiqalının növləri. Avtomatlaşdırılmış elektrik intiqalının struktur sxemi.Elektrik intiqalının sürətinin tənzim edilməsi.

Elektrik intiqalı elektrik enerjisini mexaniki enerjiyə çevirən və çevrilmiş mexaniki enerjini elektrik yolu ilə idarə edən kompleks qurğulardan ibarətdir.

Avtomatlaşdırılmış elektrik intiqalı elektrik mühərrikindən , çeviricidən, ötürücü vəvə idarəedici qurğudan ibarət olan və işçi maşının icraediciedici orqanını hərəkətə gətirmək və onun hərəkətini idarə etmək vəzifəsini həyata keçirən elektromexaniki sistemdir.

Elektrik intiqalında elektrik enerjisini mexaniki enerjiyə çevirən əsas element elektrik mühərrikidir ki, o uyğun çevirici və idarəedici qurğular vasitəsi ilə idarə olunur.Burada maşına irəliləmə və ya fırlanma hərəkəti verilməklə bərabər eyni zamanda avtomatlaşdırılmış elektrik intiqalının köməyi ilə işçi maşının optimal iş rejimi təmin edilir. Müasir dövrdə avtomatlaşdırılmış elektrik intiqalı ən geniş istifadə edilən intiqaldır.

Belə avtomatlaşdırılmış elektrik intiqalının struktur sxemi şək. 1 –də göstərilmişdir. Bunu üç əsas hissəyə ayırmaq olar:

1) MH (MЧ )- mexaniki hissə. Burada - MR (PM) mühərrikin rotoru, ÖQ ( ПУ) mexaniki hərəkəti elektrik mühərrikindən işçi maşının icra orqanına ötürən ötürücü qurğudur;

2) EM (ЭД )- elektrik mühərriki qurğusu. Bu elektrik enerjisini mexaniki enerjiyə və əksinə çevirmək funksiyasını daşıyır. Sxemdə elektrik mühərriki qurğusu (elektrik mühərriki) iki elementən ibarət olan kimi göstərilmişdir: EMÇ (ЭМП )- elektrik enerjisini mexaniki enerjisinə çevirən elktromexaniki çeviricisi (onun girişinə gərginlik və ya cərəyan formasında elektrik siqnalı verilir), və MR ( РД)- mühərrikin rotoru ( buna sürət olduqda mühərrikin M momenti təsir edir);

3) İS (СУ )- idarəetmə sistemi. Bu sistem Ç ( П)- güc çeviricisindən, İ (У)


Şəkil 1. Avtomatlaşdırılmış elektrik intiqalının struktur sxemi Mexaniki enerjnin paylanma üsuluna görə elektrik intiqalları üç əsas növə ayrılırlar; qruplu elektrik intiqalları, fərdi və qarşılıqlı əlaqəli elektrik intiqalları.

Qruplu elektrik intiqalı bir neçə işçi maşınların icraedici orqanlarını vəya bir işçi maşının bir neçə işçi orqanını hərəkətə gətirir.Burada mexaniki hərəkət bir mühərrikdən bir neçə işçi maşına ötürülməsi və onlar arasında paylanması bir vəya bir neçə transmissiya vasitəsi ilə həyata keçirilir. Ona görə belə intiqallar yransmissiyalı elektrik intiqalı da adlanır (şək.2).


Şəkil 2. Qruplu transmissiyalı elektrk intiqalının struktur sxemi


ELEKTRİK İNTİQALININ SÜRƏTİNİN TƏNZİM EDİLMƏSİ
Elektrik intiqalının sürətinin tənzim edilməsi texnoloji prosesin tələblərindən asılı olaraq onun sürətinin məcburi dəyişdirilməsinə deyilir. Sürətin təzimedilməsi anlayışını elektrik intiqalının valı üzərində yükün dəyişməsi zamanı onun sürətinin təbii olaraq dəyişməsi ilə qarışdırmaq olmaz. Sürətin tənzimedilməsi isə intiqalın mühərrikinə əlavə təsir etməklə həyata keçirilir: bu təsirin san tərəfindən və ya xüsusi idarəedici qurğu tərəfindən edilə bilər.

Elektrik intiqallarının sürətinin tənzmetmə üsulları aşağıdakı keyfiyyət göstəriciləri ilə xarakterizə edilir.

1) tənzimetmə diapozonu;

2) səlistlik;

3) qənaətlilik;

4)sürətins tabilliyi;

5) sürətin təzim edilmə istiqaməti (əsas sürətdən etibarən artma və ya azalma);

6) müxtəlif sürətlərdə buraxılabilən yük.

1. Sürətin tənzimedilmə diapozonu yük momentinin müəyyən dəyişmə intervalında tənzietmənin verilmiş dəqiqliyində mümkün maksimal qərarlaşmış ωmax sürətinin mümkün minimal qərarlaşmış ω min sürətinə nisbəti kimi təyin edilir.

2.Tənzimetmənin səlistliyi sürətin bir qiymətdən ona ən yaxın olan digər qiymətə keçməsi zamanı onun sıçrayışını xarakterizə edir.Bu sıçrayış nə qədər az olarsa səlistlik bir o qədər yüksək olur.Verilmiş diapozonda sürətin aldığı qiymətlər çoxluğu tənzimetmənin səlistliyi ilə xarakterizə edilir.təzimetmənin səlistliyi səlistlik əmsalı ilə qiymətləndirilir.



Harda ki, tənzimetmənini -ci vəi -1-ci pillələrində bucaq sürətləridir. Səlist tənzimetmədə →1 və sürətin qiymətləri sayı z → .


3. Tənzimetmənin qənaətliliyi qurğuya və intiqalın istismarına çəkilən xərclər ilə xarakterizə edilir.
4. Bucaq sürətinin stabilliyi yük momentinin dəyişməsinin verilmiş qiymətində sürətin dəyişməsi ilə xarakterizə edilir və mexaniki xarakteristikanın sərtliyindən asılıdır: sərtlik böyük olduqca o da yüksək olur.
5. Sürətin tənzim edilmə istiqaməti, yəni sürətin onun əsas qiymətinə nəzərən artması və ya azalması tənzimetmə üsulundan asılı olur.
6. Mühərrikin buraxılabilən yükü ,tənzimetmə xarakteristikaları üzərində işlədikdə mühərrikin yarada bildiyi maksimal momentdir və o mühərrikin qızması ilə təyin edilir, müxtəlif tənzimetmə üsulları üçün müxtəlifdir.
Yüklə 265,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin