Sistemlərinizi kiber hücumlara qarşı Berqnet ilə təmin edin!
Berqnet, dünyanın ən asan Firewall cihazını quraşdırmaq və idarə etməkdir. Türk mütəxəssisləri tərəfindən hazırlanan Berqnet UTM təhlükəsizlik məhsulları hər ölçülü müəssisələr üçün fərqli kiber təhlükəsizlik həlləri təklif edə bilər.
Gərgin müharibə şəraiti paralel olaraq internet mühitində də davam edir. Mənfur düşmən kiber hücumlar edərək əleyhimizə istifadə edə biləcəkləri məlumatları əldə etməyə, insanlar arasında təşviş yaratmağa cəhd edir. Odur ki, kiber hücumlardan qorunmaq, hərb zamanı istifadə edilə biləcək materialların düşmənin əlinə keçməsinin qarşısını almaq üçün hamı aşağıda qeyd olunanlara əməl etməlidir.
Şifrələr kompüter təhlükəsizliyinin əhəmiyyətli aspektləridir. Zəif seçilmiş şifrələr şəxsə məxsus resurslara icazəsiz girişə və onların istismarına səbəb ola bilər. Şəxslər şifrə seçərkən aşağıdakı qaydalara nəzrət etməlidirlər.
Bütün istifadəçi səviyyəli şifrələr (elektron poçt, veb, domen istifadəçiləri və s.) ən az hər 6 aydan bir yenilənməlidir.
Güclü şifrələr aşağıdakı xüsusiyyətlərə malikdir:
Aşağıdakı tələblərdən ən azı 3-ü yerinə yetirilməlidir:
◦ Kiçik xarakterlər ;
◦ Böyük xarakterlər ;
◦ Rəqəmlər ;
◦ Xüsusi simvollar (məsələn, @ # $% ^ & * () _ + | ~ - = \ `{} []:"; '<> /) ;
◦ Şifrələr ən azı 15 xarakter uzunluğunda və alfanumerik olmalıdır.
Zəif şifrələr aşağıdakı xüsusiyyətlərə malikdir:
◦ Şifrə 15 xarakterdən az uzunluqda olduqda.
◦ Şifrə lüğətdə (milli və ya xarici) rast gəlinə bilən sözlərdən ibarət olduqda.
◦ Şəxsin ailə üzvünün, dostunun, ev heyvanının, iş yoldaşının, film xarakterinin və s. adından ibarət olan şifrələr.
◦ Kompüter firmalarının adları, terminlər, əmrlər, saytlar, şirkətlər, proqram təminatı adları və s. ibarət olan şifrələr.
◦ Şəxsin çalışdığı qurumun adından ibarət olan şifrələr.
◦ Şəxsin fərdi məlumatlarından ibarət şifrələr (ad, soyad, doğum tarixi, ünvan və s.)
◦ Hərf və ya rəqəmlərdən ibarət şifrə modelləri (məsələn: aaabbb, qwerty, 12345 və s.)
◦ Yuxarıda göstərilən parametrlərin tərsindən ibarət şifrələr. (məsələn: test > tset )
◦ Yuxarıda göstərilən parametrlərin əvvəlinə və ya sonuna rəqəm artırmaqla yaradılan şifrələr. (məsələn: test1, 1test və s.)
Şifrələr mail yazışmaları, çat yazışmaları və digər kommunikasiya vasitələri ilə ötürülməməlidir.
◦ Şifrə barədə heç kimə məlumat verilməməlidir.
◦ Şifrə formatı barədə heç kimə ipucu verilməməlidir (məsələn, “mənim soyadım”)
◦ Sorğular və ya təhlükəsizlik yoxlamalarında şifrələr daxil edilməməlidir.
◦ Kimsə şifrə tələb edərsə, şəxs bu tələbi yerinə yetirməməlidir.
◦ “Məni yadda saxla”, ”Şifrəmi xatırla” və s. kimi funksionallıqlardan istifadə etmək məsləhət görülmür.
Fişinq tipli hücumlardan qorunmaq üçün telefona gələn saxta SMS-lərə aldanmamaq, saxta saytlara öz şəxsi məlumatlarınızı daxil etməmək və mənbəyi naməlum olan linklərə klik etməmək tövsiyə edilir.
Fərdi kiber təhlükəsizliyimizi təmin etməklə yanaşı sosial şəbəkədə də dövlətimiz və ordumuza aid məlumatların qorunmasının qeydinə qalmalıyıq. Bunun üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tələb olunan şərtlərə əməl edilməli, sosial şəbəkədə davranış qaydalarına riayət edilməlidir. Unutmamalıyıq ki, Azərbaycan dilini bilən, sosial şəbəkədə Azərbaycan ad və soyadı ilə çox sayda fəaliyyət göstərən ermənilər var.
Cəbhədə baş verən hadisələrlə bağlı məlumat yayarkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:
– Şəhid və yaralılarla bağlı heç bir dəqiq olmayan məlumat yayılmamalıdır;
– Döyüşlər zamanı çəkdiyiniz foto və videoları sosial şəbəkələrdə yaymaq olmaz;
– Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir informasiya paylaşmaq olmaz;
– Mütəmadi olaraq yaxınlarınızla telefon əlaqəsi qurub son məlumatları vermək olmaz;
– Azərbaycan hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmaq olmaz;
– Azərbaycan hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmalarını paylaşmaq olmaz;
– Rəsmi olmayan heç bir məlumata inanmaq və paylaşmaq olmaz.
[ https://nartrade.az ]
Nəticə
Kurs işi yazılarkən xarici mənbələrdən araşdırmalar aparıldı. Nəticə olaraq görünür ki, Kiber hhücumlara qarşı təhlükəsizliyi təmin etmək üçün güclü təhlükəsizlik siyasətlərindən istifadə etməli , hər il yenilənən , müasir Kiber təhlükəsizlik təcrübələri öyrənilməlidir. Korporativ şirkətlərdə işçi heyətinə Kiber təhlükəsizliyə dair xüsusi tapşırıqlar verilməlidir. Ən vacib nüanslardan biri isə böyük korporasiyalarda Kiber təhlükəsizliyə daha çox önəm verilməsi və bunun təmin edilməsi üçün heç bir məsrəfdən qaçınılmamalıdır.
İstinadlar:
[
https://technote.az ]
[
https://technote.az ]
[
https://technote.az ]
[ https://nartrade.az ]
[ https://nartrade.az ]
| Page
Dostları ilə paylaş: |