Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   46   47   48   49   50   51   52   53   54
Sound Recorder (Səs yazan). Sound Recorder (Səs yazan) məhdud səsləri yazan 
bir səs yazıçısıdır. Sənədlərə və e-mail məlumatlarına əlavə etmək üçün səs yazmaqla
sistem hadisələri üçün yeni səslər yaratmaq və ya seçməkdə faydalı ola bilər. Eyni 
zamanda səs dalğası (.WAV) fayllarını dinləməkdə də faydalıdır. Sound Recorder-in File 
(Fayl) menyusundan Open (Aç) əmrini seçməklə Windows kataloqun daxilindəki MEDİA 
qovluğu açmaq olar (C:\WINDOWS\MEDİA). Buradan səs fayllarından hər hansı birini 
seçib, Open (Aç) düyməsini sıxmaq lazımdır. Sound Recorder (Səs yazan)-da bir səs 
faylını açdıqdan sonra, Play (Səsləndir) düyməsinə sıxaraq faylı səsləndirmək olar. 
Bundan başqa növbəti əməliyyatları da yerinə yetirmək olar: 
❖ Stop (Dayandır): səsi müvəqqəti olaraq dayandırmaq. 


48 
❖ 
Seek To Start (Başlanğıcı axtar): səs faylının başlanğıcına (geriyə) getmək. 
❖ 
Seek To End (Sona göndər): səs faylının sonuna (irəliyə) getmək. 
22. Əməliyyat sisteminin təhlükəsizliyinin təmini 
Əksər informasiyanın proqram müdafiə vasitələrinin çoxu tətbiqi proqramlardır. 
Onların yerinə yetirilməsi üçün mütləq əməliyyat sistemindən (ƏS) dəstək lazımdır. 
Əməliyyat sistemlərinə məxsus olan funksiyaların yerinə yetirilməsinin əhatə dairəsi 
etibarlı hesablama bazası (EHB) adlanır. Etibarlı hesablama bazası informasiya 
təhlükəsizliyini təmin edən elementlər toplumundan ibarətdir. Bura proqramlar, şəbəkə 
avadanlıqları, vəsaitlərin fiziki müdafiəsi və təşkilatı prosedurlar daxildir. Əmələ gələn 
piramidanın əsas müdafiəsi əməliyyat sistemidir. 
Əməliyyat sisteminin effektiv və etibarlı müdafiəsinin təşkili mümkün hədələrin və 
onların təhlükəsizliyinin öncədən təhlili olmadan mümkün deyil. Əməliyyat sistemlərinin 
hədələrdən təhlükəsizliyi sistemin istimar şərtlərindən, hansı informasiyanın yaddaşda 
saxlanılmasından, hansı informasiyanın sistemdə təhlil edilməsindən və buna bənzərlərdən 
hiss ediləcək dərəcədə asılıdır. Məsələn, əgər əməliyyat sistemi müəssisədə elektron sənəd 
dövriyyəsi üçün istifadə edilirsə, onda ən təhlükəli hədə qeyri-qanuni əlçatanlığın fayllara 
vurduğu ziyandır. Əgər əməliyyat sistemi İnternet-xidmətin provayder platformasında 
istifadə edilirsə, onda ən qorxulu hücumlar əməliyyat sisteminin şəbəkə proqram 
təminatına edilən hücumlardır. 
Əməliyyat sistemlərinin hədələrdən təhlükəsizliyini onların istifadə edilmə 
baxımından təsnifləşdirmək olar. 
1. Hücumun məqsədinə görə: 
- İnformasiyanın qeyriqanuni oxunmasına görə; 
- İnformasiyanın qeyriqanuni dəyişdirilməsinə görə; 
- İnformasiyanın qeyriqanuni məhv edilməsinə görə; 
- Əməliyyat sisteminin tam və ya hissə-hissə dağılmasına görə. 
2. Əməliyyat sisteminə təsir prinsipinə görə: 
- İnformasiyanın əldə edilməsi üçün məşhur (leqal) kanallardan istifadə edilməsi, 
məsələn, faylların qeyri-qanuni oxunmasına hədələr və s.; 
- İnformasiyanın əldə edilməsi üçün gizli kanalların istifadə olunması, məsələn, 
bədniyyətli insanın əməliyyat sisteminin sənədləşdirilməmiş imkanlarından istifadə etmək 
üçün hədələrdən istifadə etməsi; 
- Proqram əlavələrinin köməyilə informasiyanın əldə edilməsi üçün yeni kanalların 
yaradılması. 
3. Bədniyyətli insan tərəfindən müdafiənin pis vəziyyətə salınması növünə görə: 

Uyğun olmayan təhlükəsizlik siyasəti, o cümlədən sistem inzibatçısının 
səhvləri; 

Əməliyyat sisteminin səhvi və proqram təminatı imkanlarının 
sənədləşdirilməməsi, o cümlədən sistemin müdafiəsini yan keçməyə imkan verən, 
təsadüfən və ya düşünülmüş şəkildə qurulan “xidməti giriş” (onu çox vaxt “lyuk - anbar 
ağzı” da adlandırırlar); 

Əvvəllər istifadə olunan proqram əlavələri. 
4. Əməliyyat sisteminə etdiyi təsirin xarakterinə görə: 
- Aktiv təsir - pisniyyətli insanın sistemə qeyriqanuni təsir göstərməsi; 


49 
- Passiv təsir - sistemdə baş verən proseslərin qeyriqanuni şəkildə pisniyyətli insan 
tərəfindən müşahidə edilməsi. 
Əməliyyat sistemi aşağıdakı hücumlara məruz qala bilər: 
- Fayl sisteminin skanerə edilməsi. Bədniyyətli insan kompüterin fayl sisteminə 
nəzər salır və bütün faylları ardıcıl oxumağa (və ya surətini almağa) cəhd göstərir. Gec və 
ya tez inzibatçının heç olmasa bir səhvi aşkar olunur. Nəticədə pisniyyətli insan ona 
qadağa qoyulmuş informasiyaya əlçatanlıq edir; 
- Parolun seçilməsi. Parolun seçilməsində bir neçə üsuldan istifadə edilir: 

Ümumi izafə (izafə - normadan artıq alınmış (götürülmüş) şey anlamını 
verir); 
> Statistikada rast gəlinən simvolların optimallaşdırılması və ya lüğətdan 
istifadə etməklə ümumi izafə; 

İstifadəçini tanımaqla parolun seçilməsi (onun adı, soyadı, doğum günü, 
telefon nömrəsi və s.); 
- Açar informasiyanın oğurlanması. Pisniyyətli insan istifadəçi tərəfindən yığılmış 
parola baxa bilər və yaxud da, istifadəçının klaviatura üzərində əlinin hərəkətini izləməklə 
onun yığdığı parolu bərpa edə bilər. Bununla yanaşı açar informasiya (smartkart, Touch 
Memory və başqaları) pisniyyətli insan tərəfindən sadəcə oğurlana bilər; 
- “Zibil qutu”suna atılmışın toplanması. Bir çox əməliyyat sistemlərində istifadəçi 
tərəfindən ləğv edilmiş informasiya fiziki olaraq ləğv olunmur, sadəcə olaraq “Zibil 
qutusu” adlanan qutuya atılır. Bədniyyətli insan atılmış informasiyanı bərpa edir, ona 
baxış keçirir və ona lazım olan hissələrin (ola bilsin tam faylın) surətini alır; 

Səlahiyyətini aşma. Bədniyyətli insan əməliyyat sistemində proqram 
təminatındakı səhvdən və təhlükəsizlik siyasətindən istifadə etməklə özü üçün səlahiyyət 
əldə edir. Adətən belə hallar proqramı işə salarkən başqa istifadəçinin adından istifadə 
etdikdə baş verir; 
- Proqrama qoşulma. Əməliyyat sistemlərində istifadə olunan proqrama qoşulma 
digər proqrama qoşulmalar sinifindən fərqlənmir; 
- Proqrama acgözlük. Bu proqram kompüterin bəzi resurslarını ələ keçirə bilir, 
nəticədə digər proqramlar ya yerinə yetirilə bilmirlər, ya da ki, ağır sürətlə yerinə 
yetirilirlər. Acgöz proqramın işə salınması məhvə gətirib çıxarır. 
Əməliyyat sistemi o vaxt müdafiə olunan sayılır ki, o kanardan edilən müxtəlif sinif 
hücumları dəff edə biləcək vasitələrdən istifadə edə bilsin. Müdafiə olunan əməliyyat 
sistemi mütləq şəkildə istifadəçinin onun resurslarına əlçatanlıq etməsinə məhdudiyyət 
qoyan vasitələrə malik olmalıdır. Bununla yanaşı əməliyyat sistemində istifadəçinin 
həqiqiliyini yoxlaya biləcək vəsaitdə olmalıdır. Əməliyyat sistemi təsadüfi təsirlərə və ya 
onun işini pozacaq (işdən çıxara biləcək) hallara da hazır olmalıdır. 
Bəzən elə olur ki, əməliyyat sistemi bütün baş verə biləcək hədələrdən deyil, 
onlardan bəzilərindən müdafiə olunur. Belə olan halda əməliyyat sistemi qismən müdafiə 
olunan əməliyyat sistemi adlandırılır. 
Windows Brandmouer - Microsoft Windows əməliyyat sisteminin təqdim etdiyi 
təhkükəsizlik xidmətidir. Brandmouer Windows komplektinə daxildir və sistem təzə 
yükləndikdə aktiv rejimdə olur. İlk dəfə Windows XP SP2 versiyasında buraxılmışdır. 
Brandmauer özündə kompleks şəkildə proqram təminatı cəmləşdirir ki, bu da kompüterə 
internetdən və lokal şəbəkədən daxil olan bütün məlumatları yoxlayır, proqramın 
parametrindən asılı olaraq bəzi məlumatları kompüterə buraxır, bəzilərinə isə qadağa 
qoyur. Brandmouer antivirus proqramlarından fərqli olaraq kompüterə müdaxiləni də 


50 
bloklaşdırır. Brandmouer ilə yanaşı antivirus proqramlarının da olması zəruridir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin