45
yetirilən proses (təhlil gedir, defraqmentləşmə gedir və s.) haqqında,
prosesin nəticəsi
haqqında məlumat verilir.
Verilənlərin arxivləşdirilməsi (Backup, Архивация данных) - Kompüterdə olan
verilənlərin təsadüfi itirilməsinin qarşısının alınması məqsədilə onların arxivləşdirilməsini
təmin edir. Əmr verildikdən sonra yeni açılan pəncərədə iki imkan təklif edilir. Bunlardan
birincisi verilənlərin arxivləşdirilməsini, ikincisi isə artıq mövcud olan arxidən verilənlərin
çıxarılaraq lazımi yerə bərpasını təmin etmək imkanıdır. Lazımi imkan seçildikdən sonra
hansı verilənlərin arxivləşdiriləcəyi müəyyənləşdirilir. Bu verilənlər
My Documents (Мои
документы) qovluğundakı fayllar və kompüterin sazlama parametrləri, kompüterdə olan
və bütün istifadəçilərin verilənləri və sazlama parametrləri,
kompüterdə olan bütün
verilənlər, ya da istifadəçi istəyinə uyğun seçilmiş verilənlər ola bilər. Sonuncu variantda
növbəti pəncərəyə kompüter qurğuları və həmin qurğulardakı fayllar və qovluqların
siyahısı verilir. İstifadəçi tərəfindən lazım olanlar seçilir. Arxivləşdiriləcək obyektlər
müəyyənləşdirildikdən sonra növbəti mərhələdə arxivin saxlanacağı
qurğu və arxivə
veriləcək ad daxil edilir. Avtomatik olaraq arxiv yaradılır. Sonuncu pəncərədə proses
haqqında məlumat verilir. Daha geniş hesabat almaq
üçün sonuncu pəncərədəki
Report(Отчет) əmrindən istifadə etmək olar. Əgər arxivləşdirilmiş verilənləri bərpa
etmək lazım gələrsə prosesi analoji ardıcıllıqla, lakin ilkin pəncərədəki ikinci imkanı
seçməklə həyata keçirmək lazımdır.
Dostları ilə paylaş: