33
ekrana çıxarılır. İstifadəçi öz seçdiyi əməliyyatları dəqiqləşdirmək istədikdə, bu məlumat
ya tətbiqi proqram vasitəsilə ,ya da WINDOWS əməliyyat sistemi vasitəsilə ekrana
çıxarılır.
Dialoq pəncərəsi idarəetmə məqsədilə istifadə edilən tipik obyektlərin
(elementlırin) toplusundan ibarətdir. Bunlara aşağıdakıları aid etmək olar:
-
Əmrlər düymələri. Bunlar düzbucaq formasında olub, onlar üzərində yazılan
əmrləri yerinə
yetirmək üçündür. Bunun üçün həmin əmrin düyməsi üzərində
mausun düyməsini basmaq lazımdır:
-
Seçmə düyməsi. Bu dairə formasında olur və onun vasitəsilə mümkün olan
variantlardan biri seçilir. Bunun üçün həmin düymənin üzərində mausun düyməsini
basmaq lazımdır.
-
Çeviricilər (bayraqlar). Bunlar kvadrat formada olub, istənilən rejimi qoşmaq
və ya qoşmamaq üçündür. Həmin çeviricinin üzərində mausun düyməsini basdıqda onun
sahəsində xüsusi işarə ya əmələ gəlir, ya da tamamilə yox olur.
-
Siyahılar sahəsi. Verilmiş siyahıdan müəyyən bir variantı seçməyə imkan verir.
Siyahı oxu üzərində mausun düyməsini basmaqla, siyahının elementlərini pəncərədə
görmək olar.
-
Mətn sahələri. Buraya mətn və ya rəqəm verilənləri daxildir.
-
Əvvəlcədən baxış keçirmək pəncərəsi. Burada obyekt-sənəd təsvir edilir.
Dostları ilə paylaş: