35
kiçik ölçülü qrafiki obyekt nəzərdə tutulur. Yəni, Windows əməliyyat sistemindəki
piktoqramlar ən müxtəlif obyektləri-qurğuları, faylları, qovluqları, shortcut(ярлык/qısayol)-
ları işarələmək üçün istifadə edilir.
Hər bir piktoqram yalnız bir fayla-proqrama və ya sənədə aiddir. Piktoqram faylın adının
genişlənməsini əvəz edir, yəni faylın tipini təyin edir. Odur ki, çox vaxt faylların
piktoqramlarda verilmiş adları genişlənməsiz görünür. Windows 7 əməliyyat sistemində
faylların tipindən asılı olaraq onların piktoqramları üzərində bir-birindən fərqli rəsmlər olur.
Həmçinin müəyyən bir proqram vasitəsilə yaradılmış sənədin piktoqramı üzərində həmin
proqramın öz işarəsi, ya da həmin proqramın müəyyən bir əlaməti bu və ya digər dərəcədə
iştirak edir. Bu isə sənədin işarəsinə baxarkən onun hansı tip fayla aid olduğunu və hansı
tətbiqi sistemdə yaradıldığını müəyyən etməyə imkan verir.
Dostları ilə paylaş: