Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


WINDOWS əməliyyat sistemində tətbiq olunan yeni texnologiyalar



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə23/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   19   20   21   22   23   24   25   26   ...   54
WINDOWS əməliyyat sistemində tətbiq olunan yeni texnologiyalar. 
WINDOWS əməliyyat sistemi aşağıdakı əsas xüsusiyyətlərə malikdir: 
a) Təkmilləşdirilmiş yeni vasitələr kimi çıxış edən Start (Başlat) düyməsi və Taskbar 
(tapşırıq paneli) köməyi ilə lazım olan proqramları və sənədləri daha tez açmaq, açılmış 
proqram pəncərələri arasında asanlıqla keçmək, faylları axtarmaq mümkündür. 
b) WINDOWS Explorer (Bələdçi) - proqramından istifadə etməklə diskdəki kataloqlar 
siyahısına baxmaq, kataloqlardakı fayl sistemini idarə etmək, fayl və kataloqların 
atributlarını dəyişmək olar. 
c) WINDOWS əməliyyat sistemində çeşidləmə və axtarma əməliyyatları asanlaşmışdır, 
çünki fayl adında 256-dək simvoldan istifadə etmək mümkün idi. 
d) CD-ROM - da təkmilləşdirilmiş AutoPlay (avtomatik səsləndir) və AutoRun 
(avtomatik icra et) texnologiyasının köməyilə diskə yazılmış multimediya və proqram 
vasitələrini avtomatik açmaq və işə salmaq mümkün olmuşdur. 
e) Yüksək keyfiyyətli 3D - texnologiyasının köməyilə xüsusi 3D qrafikalı oyunların və 
proqramların yaradılması və geniş yayılması mümkün olmuşdur. 
f) Plug and Play (qoş və işlə) xüsusiyyətini dəstəkləyən qurğuları kompüterə qoşmaq və 
avtomatik sazlamaq imkanı əldə edilmiş və bununla da istifadəçi zəhmət tələb edən işdən 
azad edilmişdir. 
g) Kompüter şəbəkələrinin dəstəklənməsi online-informasiya mübadiləsi aparmaqla 
yaranan problemləri canlı online-rejimdə müzakirə etməyə və aradan qaldırmağa imkan 
vermişdir. 
h) WINDOWS installer müxtəlif qurğuların və proqram məhsullarının sazlanması, iş 
konfiqurasiyasının təyini üçün istifadə edilən xidməti texnologiyadır. 
Windows əməliyyat sistemlərinin üstün cəhətləri: 

Yüksək etibarlılığı və asan idarə olunması. 

Aparat vasitələrinin yoxlanması. 

İnternetə böyük daxili inteqrasiya. 

İstifadənin yüngüllüyü və rahatlığı. 

Eyni zamanda bir-neçə proqramdan istifadə mümkünlüyü. 

Miqyaslaşdırılmış şriftlərin əldə edilməsi. Windows-da istənilən ölçülü şriftlərdən 
istifadə edilir. Bu problemin həllini True-Tupe şriftlər formatından istifadə etməklə aradan 
qaldırılmışdır. Bu problem Windows 3.1 versiyasında olub. Hal-hazırda bir mətndə bir-neçə 
şrifdən istifadə etmək mümkündür və s. 

Multimediya prinsipini saxlaması. Windows vasitəsilə musiqi səsləndirmənin, 
videokameraya baxmanın, animasiyalara baxmanın mümkünlüyü. 

İstifadəçi interfeysinin yaradılması üçün lazım olan funksiyalar (pəncərələr, 
menyular, sorğular, siyahılar). 

Əməli yaddaşdan tam istifadənin mümkünlüyü. DOS-dan fərqli olaraq Windows-da 


24 
kompüterin əməli yaddaşından tam istifadə edilir. 

Proqramlar kitabxanasının dinamik quruluşu. İstifadəçi ona lazım olan proqramı 
proqramlar kitabxanasının köməyilə istifadə edə bilər. İş prosesindən sonra istənilərsə 
kompüterin yaddaşından silinə bilər. 

Vahid istifadəçi interfeysi olması. Windows-da istifadəçi 
interfeysi daima 
təkmilləşir və istənilən proqramlar arasında əlaqə yaratmağa imkan verir. 

Çoxlu sayda məsələlərin eyni anda həllinin mümkünlüyü. Windows-da bir proqramın 
və ya məsələnin həllindən digərinə keçmək mümkündür. Həm də lazim olduqda onlar 
arasında məlumat mübadiləsi yaradılır. 

DOS əlavələri ilə uyğunluğu. Windows elə qurulmuşdur ki, onunla işləyərkən DOS 
proqramlarına müraciət etmək olur, nəticədə DOS-da olan proqram aşağı sürətlə işləyir. 

Əlavə qurğularla əlaqənin sadəliyi. MS-DOS-dan fərqli olaraq istənilən əlavə 
qurğunun onun drayverini kompüterə yazmaqla işi asanlaşdırmanın mümkünlüyü. 

Multimedia imkanlarının olması. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin