26
kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş
əməliyyat sistemi ilə
daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8
əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın
üzərində olan,
informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur.
Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC (“çip üzərində sistem” -
System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün
nəzərdə tutulmuş hər iki
arxitektura ənənəvi “x86” platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri
ilə fərqlənir.
Microsoft şirkətinin hesablamasına görə, "Windows 8" əməliyyat
sistemi istifadəyə
verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb.
Əməliyyat sistemləri bazarında təxminən 80% istifadə nisbətiylə Windows ailəsi lider
vəziyyətdədir.
11. WINDOWS əməliyyat sisteminin istifadəçi interfeysinin
elementləri
Kompüterdə informasiyanın emal olunma işləri ilə insan
məşğul olduğu sahələrdə
“interfeys” terminindən geniş istifadə edilir. Ingilis dilindən tərcümədə “interface”
sözünün mənası “xarici sifət” deməkdir. Kompüter dünyasında interfeyslərin çoxlu sayda
növləri vardır:
-
istifadəçinin interfeysi;
-
intelektual interfeys;
-
insan-maşın interfeysi;
-
proqram interfeysi və s.
Dostları ilə paylaş: