Taskbar (Məsələlər paneli). Eyni anda bir neçə proqram işləyərsə, masaüstü bir az
qarışıq ola bilər. Ancaq proqramların işləməsi halında, işləyən hər proqrama aid bir
düymə Taskbar (Məsələlər paneli) üzərində görünəcəkdir. Taskbar normal halda ekranın
ən aşağı hissəsində uzununa yerləşmiş çubuq şəklində bir sahədir. Açıq olan başqa bir
proqrama keçmək üçün həmin proqramın Taskbar üzərindəki düyməsinə sıxmaq
kifayətdir. Taskbar-ın xüsusiyyətlərini dəyişmək üçün tapşırıq çubuğu üzərində maus
qurğusunun sağ düyməsini sıxmaq lazımdır. Açılacaq menyudan Properties
(Xüsusiyyətlər) əmrini seçmək lazımdır. Bu zaman Taskbar and Start Menu Properties
(Tapşırıq panelinin və Start menyusunun xüsusiyyətləri) dialoq pəncərəsi açılacaqdır.
Dialoq pəncərəsində Taskbar səhifəni açmaqla aşağıdakı parametrlər görünəcək:
1. Lock the taskbar(Закрепить панель задач -Tapşırıq panelini kilidlə)
parametri seçdikdə panel ekranda durduğu mövqeyə bərkidilir və bundan sonra
onun yerini dəyişmək və ya ölçüsünü böyütmək mümkün olmur.
2. Auto-hide the taskbar(Автоматически скрывать панель задач - Tapşırıq
panelini avtomatik gizlət) parametri seçildikdə tapşırıq paneli görünməz olur və
ekranda ən böyük ölçüdə açılan pəncərələr bütün ekranı tutur.
3. Use small icons(Использовать маленькие значки - Kiçik piktoqramlardan
istifadə et) parametri seçildikdə tapşırıq paneli üzərindəki düymələrin ölçüsü
kiçilir.
4. Taskbar location on screen (Положение панели задач на экране - Ekranda
tapşırıq panelinin yeri) sətrində açılan siyahıdan panelin ekranda yerləşməsi
vəziyyətini təyin etmək üçün təklif olunan Botton (Aşağı), Top (Yuxarı), Left (Sol), Right (Sağ) variantlarından birini seçmək olar.
5. Taskbar buttons (Кнопки панели задач - Tapşırıq paneli düymələri) sətrində
acilan siyahıdan düymələrin panel üzərində əksolunma qaydasını seçmək olar.
6. Notification area(Область Уведомлений - Bildiriş) sahəsində hansı
piktoqramların və bildirişlərin göstərilməsini fərdiləşdirmək üçün Customize (Fərdiləşdir) düyməsi kiliklənir bu zaman ekrana çıxan növbəti pəncərədə hər
bir proqram işarəsi üçün müvafik sətirdə açılan üç mümkün Show ocon and