27
interfeysin köməyilə başa düşə bilər.
Ekranın əsas sahəsini
İşçi masa təşkil edir. Burada bütün işçi alətləri, məsələn, sənədləri,
qovluqları, lazım olan proqramların nişanlarını və s. yerləşdirmək olar. İşçi masa - Windows
əməliyyat sisteminin obyektləri və Windows-un idarəetmə elementləri əks olunan qrafiki
mühitdir. Windows 7 əməliyyat sistemi yeni quraşdırıldıqda, başlanğıc vəziyyətdə işçi
masada yalnız yüxarı sağ küncdə təkcə Корзина (Recycle Bin (Səbət)) nişanı yerləşir.
Lakin qısa müddətdən sonra İşçi masa çoxlu nişanlar dəstəsi ilə dolur, məsələn,
quraşdırılmış proqramların əksəriyyəti, həmin an İşçi masada öz xüsusi nişanlarını qeyd
edirlər. İşçi masanın aşağı hissəsində Məsələlər paneli (buna bəzən “taskbar”- da deyirlər)
adlı zolaq “lenta” yerləşir. Burada lazım olan proqramların, həm də ən vacib və zəruri
proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq movcud olurlar, qalanlarını
isə sonradan əlavə etmək olur. Məsələlər panelinin sol küncündə - Start (Пуск (Başlat)) adlı
L' 1
düymə yerləşir. Bu düymənin köməyilə kompüterdə quraşdırılmış bütün proqramların
siyahısını, həmçinin, əsas tənzimləmə alətlərini əldə etmək olar.
Məsələlər panelində sağda küncdə Xəbardarlıq etmə, bəzən isə sistem paneli və ya
“trey” adlanan daha bir panel də yerləşmişdir. Burada da həmçinin işə salınmış proqramlara
istinadlar əks olunur, lakin fərqi ondan ibarətdir ki, bunların hamısı kompüterdə daimi “fon”
rejimində işləyirlər.
Dostları ilə paylaş: