Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


 Mobil kompüterlər və smartfonlar üçün



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   46   47   48   49   50   51   52   53   54
24. Mobil kompüterlər və smartfonlar üçün 
yaradılmış əməliyyat sistemləri 
Android smartfonlar, planşetlər, kompüterlər, elektron kitablar, televizorlar və digər 
cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli açıq qaynaq kodlu əməliyyat sistemidir. 
Google və Open Handset Allience ortaqlığı ilə hazırlanmışdır. 
Android 2003-cü ildə 
Android Inc. şirkəti tərəfindən yaradılıb
, daha sonralar Google tərəfindən alınmışdır. Google-
un bu təşəbbüsü Open Handset Alliancenın yaranmasına səbəb olmuşdur və hal- hazırda 
platformanın sonrakı inkişafı ilə məşğuldur. Android, cihazların funkionallığını artıran 


52 
proqramlar yazan böyük bir mühəndis (developper) qrupuna sahibdir. Android üçün hal-
hazırda 1 milyondan çox proqram vardır. Android əməliyyat sitemi ilə işləyən proqramlar 
müxtəlif yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından 
da də yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android 
əməliyyat sistemi ilə təchiz olunmuşdur. 2014-cil boyunca 1 milyarddan çox android cihaz 
satılmışdır. 
2005-ci ilin iyulunda Google korporasiyası Android Inc şirkətini aldı. 5 noyabr 
2007- ci il şirkət rəsmən Open Handset Alliance (OHA) yaradılmasını və Android açıq 
mobil platformasını elan etdi. 12 noyabr 2007-ci ildə isə İttifaq paketin birinci versiyası 
olan Android "Early Look" SDK və Android emulyatorunu təqdim etdi. 23 sentyabr 
2008- ci il rəsmən əməliyyat sisteminin birinci versiyası və həmçinin ilk tam mühəndis 
paketi SDK 1.0 çıxdı. Platformanın birinci versiyasının çıxış anından etibarən sistemin bir 
neçə yeniləməsi oldu. Bu yeniləmələr, bir qayda olaraq, aşkar edilmiş səhvlərin 
düzəldilməsi və sistemə yeni funksionallığın əlavə edilməsi ilə əlaqədar idi. 
2009- cu ildə platforma üçün 4 tam yeniləmə (update) təqdim olundu. Nəhayət 
fevral ayında müxtəlif səhvlərin aradan qaldırılması üçün 1.1 versiya versiya çıxdı. Aprel 
və sentyabr aylarında isə daha iki yeniləmə 1.5 «Cupcake»və 1.6 «Donut» təqdim edildi. 
«Cupcake» yeniləməsi əhəmiyyətli dəyişiklikləri əlavə etdi. Bunlar - virtual klaviatura, 
videoların oynadılması və qeydə alınması,brauzer və s. idi. «Donut»da isə ilk dəfə olaraq 
müxtəlif ölçülü və müxtəlif sıxlııqlı ekranların və CDMA şəbəkələrinin dəstəklənməsi 
mümkün oldu. Həmin ilin oktyabr ayında Android 2.0 «Eclair» versiyası təqdim olundu. 
Bu versiya bir neçə Google hesabının dəstəklənməsi, HTML5brauzerin dəstəklənməsi və 
həmçinin bir neçə yenilənmədən sonra canlı divar kağızlarının istifadəsi ilə əlamətdar 
oldu. 
2010- cu ilin ortalarında Google, Android 2.2 versiyasını «Froyo», 2010-cu ilin 
sonlarında Android 2.3 versiyasını «Gingerbread» adları altında təqdim etdi. «Froyo» 
yeniləməsindən sonra smartfonu giriş nöqtəsi (acces point) kimi istifadə etmək, ekran 
kilidinin şifrəsini həm rəqəm həm də hərf-rəqəm kombinasiyaları ilə şifrələmək mümkün 
oldu. «Gingerbread» yeniləməsi isə kopyalama və yapışdırma üzərində tam nəzarət, 
cihazda bir-neçə kameranın dəstəklənməsi və s. digər yenilikləri özü ilə gətirdi. 
22 fevral 2011-ci ildə Planşetlər üçün uyğunlaşdırılmış Android 3.0 «Honeycomb» 
rəsmən təqdim edildi. Android 4.0 «Ice Cream Sandwich» 19 oktyabr 2011ci ildə çıxan ilk 
universal platforma idi hansı ki həm planşetlər üçün həm də smartfonlar üçün nəzərdə 
tutulmuşdu.Həmçinin bu versiya özü ilə yeni «Holo» interfeysini gətirmişdi . 
2012-ci il iyun ayında yeni versiya olan Android 4.1 «Jelly Bean» təqdim olundu. 
Bu versiyaya həmin ilin oktyabr ayında 4.2 və 2013-cü ilin iyul ayında 4.3 yeniləmələri 
gəldi. 
31 oktyabr 2013-cü ildə Google, əməliyyat sisteminin növbəti versiyası olan 
Android 4.4 təqdim etdi hansı ki, adını Nestle kompaniyası ilə olan müqailəyə əsasən 
«KitKat» şokoladından götürmüşdü. İlk olaraq Kitkat Nexus 5 cihazlarında görülmüşdür. 
25 iyun 2014-cü ildə Google Android Lollipop-u mühəndislər üçün elan etdi. 
2014-cü ildə geyilə bilən cihazlar üçün Android Wear əməliyyat sistemi təqdim 
olunmuşdur. Həmçinin maşınlar üçün Android Auto və televizorlar üçün Android TV 
təqdim olunmuşdur.Bununla da Android yalnız mobil cihazlar üçün əməliyyat sistem 
olmadığını sübut etmişdir. 
15 oktyabr 2014-cü ildə rəsmi şəkildə Android 5.0 Lollipop versiyası təqdim 


53 
olundu. Sistemin əsas yeniliyi yeni Material Design inerfeysi oldu. 
Androidlə işləyən ilk qurğu 23 sentyabr 2008-ci ildə nümayiş olunmuş HTC ream 
smartfonu olmuşdur. Tezliklə digər smartfon istehsalçıları da Android siteminə 
keçəcəklərini bəyan etdi. Androidin 3-cü versiyası olan planşetlər üçün uyğunlaşdırılmış 
«Honeycomb»un çıxışından sonra Android sisteminə keçən smartfon istehsalçılarının sayı 
daha da artdı. Bundan başqa mobil sənayenin müxtəlif nəhəngləri ilə əməkdaşlıq edən 
Google şirkəti öz «Google Nexus» seriyasında şəxsi qurğularını istehsal edir. Məhz bu 
qurğular Android üçün olan yeniləmələri birinci alır. Google Nexus seriyasında nəinki 
yalnız smartfon və planşetlər həmçinin Android sistemi ilə işləyən Nexus Q mediaplayer 
də var. Smartfonlar və planşetlərdən başqa android əməliyyat sistemi digər qurğularda da 
istifadə olunnur. 2011-ci ilin iyun ayında italyan şirkəti Blue Sky android əməliyyat 
sistemi ilə işləyən intelektual qol saatı I’m Watch-I təqdim etdi. 2012-ci ilin avqustunda 
Nikon şirkəti dünyada ilk olaraq Android sistemi ilə işləyən fotoaparatını təqdim etdi. 
Bundan başqa Android həvəskarları digər məhşur qurğulara da Android sistemini tətbiq 
etməyi (port etmək) başarmışlar. Məsələn, Windows Mobile platformasında olan HTC 
Touch Dual və HTC TyTN II smartfonları emulyator rejimində Android əməliyyat 
sistemində işləyə bilir. Həmçinin Maemo platformasıyla işləyən Nokia N810 planşeti, 
Nokia platformasında işləyən Nokia N9 və Windows Mobile platformasında işləyən HTC 
HD2 smartfonlarına tamamilə android əməliyyat sitemi tətbiq olunmuşdur.Androidi bu 
qurğularda həm microSD kartdan həm də daxili NAND yaddaşdan çalışdırmaq olar.Bu cür 
Android digər androidlərdən heç bir cəhətinə görə fərqlənmr.Bundan basqa iphone,İpod 
touch,İpad kimi apple cihazlarına da android sisteminin təbiqi təcrübəsi mövcuddur. 2012-
ci ilin oktyabrında Google-un icraçı direktoru Larri Peyc artıq 500 milyondan çox 
smartfonun Android sistemində aktivləşdirildiyini və həmçinin bu sayınhər gün 1.3 milyon 
daha artdığını bildirdi. 2013-cü il sentyabrın əvvlində isə artıqdünyada 1 milyarddan çox 
android cihazın aktivləşdirildiyi elan olundu. 
22 oktyabr 2008-ci ildə Google şirkəti Android ƏS üçün “Android Market” adlı 
onlayn mağazanın açılışını elan etdi. Razılaşmaya əsasən istehsalçılar gəlirin 70%-ni 
mobil operatorlar isə 30%ni alırlar. 2009-cu ilin fevralında ABŞ-dan və Böyük 
Britaniyadan olan istehsalçilar üçün mağazaya ödənişli proqramların qoyulması aktiv oldu. 
İlk dəfə olaraq Sony Ericson şirkəti Android Market onlayn mağazasında kanal açaraq öz 
oyunlarını,proqramlarını nümayiş etdirmişdir. Yaradıldığı 2011 dekabr ayından etibarən 
Android Marketdən 10 milyarddan çox proqram yüklənilib. 2012-ci ilin mart ayında 
Google «Google Books», Android Market, Google Music və digər servislərin vahid bir 
servisdə - Google Playdə birləşdirdi. Google Play internet mağazası 190 ölkədə fəaliyyət 
göstərir və 700 mindən çox proqramdan ibarətdir. Yarandığı gündən bu günə kimi 
mağazadan 25 milyard yükləmə edilmişdir. 
Bəzi həvəskar cəmiyyətlər vardır ki, bunlar Androidin modifikasıyası ilə məşğul 
olurlar. Bu modifikasiyalara CyanogenMod, MIUI, AOKP (Android Open Kang Project) 
və s. göstərmək olar. Modifikasiya Androidə yeni funksiyalar, seçimlər, tənzimləmələr 
əlavə etmək üçün edilir. Modifikasiya olunmuş Android yükləmək üçün smartfon Root 
(Superuser) səlahiyyətlərinə malik olmalıdır. Qeyd etmək lazımdır ki düzgün şəkildə 
yerinə yetirilməyən root əməliyyatı bir çox problemlərə, həmçinin qurğunun zəmanətinin 
itirilməsinə səbəb ola bilər. 


54 
Ədəbiyyat: 
1. 
https://az.wikipedia.org/wiki/%C6%8Fm%C9%99liyyat_sistemi
 
2. 
https://devdoping.az/emeliyyat-sistemleri/
 
3. 
https://www.gadirov.com/kqies/emeliyyat-sistemlerinin-novleri/
 
https://kayzen.az/blog/informatika/5785/%C9%99m%C9%99liyyat-sistemi.html 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin