Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


 WINDOWS əməliyyat sisteminin xüsusiyyətlərinin



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   46   47   48   49   50   51   52   53   54
20. WINDOWS əməliyyat sisteminin xüsusiyyətlərinin 
dəyişdirilməsi 
WINDOWS-un xüsusiyyətlərini 
dəyişdirmək üçün Start (Пуск/Başla) 
menyusundan Control Panel (Панель управления/İdarəetmə Paneli) əmrini seçmək 
lazımdır. Control Panel (Панель управления/İdarəetmə Paneli) qurğuların 
xüsusiyyətlərini dəyişdirmək və ya WINDOWS-un qrafik xüsusiyyətlərini istədiyimizə 
uyğun qurmaq üçündür. 
Tarix və zamanı dəyişdirmək. Tarix və zamanı dəyişdirmək lazımdırsa, Control 
Panel (Панель управления/İdarəetmə Paneli)ndən Date and Time (Дата и Время/Tarix 
və Zaman) parametrlərini seçmək lazımdır. Eyniadlı dialoq pəncərəsi açılacaqdır. Month 
(Месяц/Ay) sahəsindən cari ayı, Year (Год/İl) sahəsindən cari ili, təqvimdən günü seçmək 
lazımdır. Time (Дата/Zaman) sahəsinin sağındakı ox düyməsini və ya sahə üzərində 
sıxaraq cari saatı daxil etmək lazımdır. 
Time Zone (Часовой Пояс/Vaxt bölgəsi) səhifəsinə keçib, dünya xəritəsini görmək 
olar. Mətn sahəsinin sağındakı ox düyməsini sıxaraq açılan menyudan olduğumuz yeri 
seçmək lazımdır. Uyğun parametrləri seçdikdən sonra OK düyməsini sıxaraq onları 
aktivləşdirmək olar. 
Mausun xüsusiyyətlərini dəyişdirmək. Mausun xüsusiyyətlərini dəyişdirmək üçün 
Control Panel-dən (Панель управления/İdarəetmə Paneli) Mouse (Мышь/Maus 
Qurğusu) seçərək Mouse Properties (Свойства: Мышь/Maus Qurğusu Xüsusiyyətləri) 
dialoq pəncərəsi açılacaqdır. 
Solaxay istifadəçilər üçün Buttons (Кнопки/Düymələr) səhifəsindən istifadə edərək 
maus düymələrinin funksiyalarını Button configuration (Конфигурация кнопки/Düymə 
konfiqurasiyası) sahəsində Switch primary and secondary buttons (Основная кнопка и 
дополнительная кнопка/Əsas və köməkçi düyməyə çevir) parametrləri seçməklə 
dəyişdirmək olar. 
Ikiqat sıxma sürətini Double-click speed (Скорость двойного нажатия/Ikiqat 
sıxma sürəti) sahəsindəki Slow (Медленно/Asta) və Fast (Быстро/Cəld) arasındakı 

düyməsini uyğun istiqamətdə hərəkət etdirməklə artırıb azaltmaq olar. 
Pointers (Указатели/Göstəricilər) səhifəni seçdikdə WINDOWS-da istifadə olunan 
müxtəlif mausun işarələrini görmək olar. Mausunun göstəricilərini xüsusi göstəriciləri olan 
faylları açaraq dəyişdirmək olar. Mausunun göstəricilərini dəyişdirmək üçün altdakı siyahı 
pəncərəsindən dəyişdirmək istədiyimiz göstərici üzərində sıxmaq lazımdır. Browse 
(Обзор/Gözdən keçir) düyməsini sıxaraq yeni göstəricini axtarmaq olar. Göstərici siyahısı 
tərtib etdikdən sonra Save As (Сохранить как/Yeni adla yaddaşa yaz) düyməsini sıxaraq 
və bir ad verərək bunu sonrakı istifadələr üçün də yaddaşda saxlamaq olar. Standart 
Windows göstəricilərindən istifadə etmək üçün Use Default (Восстановить 
исходную/Standart İşlət) düyməsini sıxmaq lazımdır. 
Mausun göstəricisinin hərəkət xüsusiyyətlərini Pointers Options (Параметры 
указателя/Göstərici xüsusiyyətləri) səhifəsində dəyişdirmək olar. Bu səhifədə Motion 
(Перемещение/Hərəkət) sahəsindəki Slow (Медленно/Asta) və Fast (Быстро/Cəld) 

düyməsini sürüyərək, mausu hərəkət etdirdikcə, göstəricinin hansı sürətlə hərəkət 
edəcəyini təyin etmək olar. Apply (Применить/Tətbiq et) düyməsini sıxaraq seçdiyimiz 
parametrləri saxlamaq olar. 
Dil xüsusiyyətlərini dəyişdirmək. Sistemin dil xüsusiyyətlərini dəyişdirmək üçün 
Control Panel-dən (Панель управления/İdarəetmə Paneli) Region and Language (Язык и 


47 
региональные стандарты/Bölgə və Dil standartları) seçmək lazımdır. Bu zaman eyniadlı 
dialoq pəncərəsi açılacaqdır. Administrative (Дополнительно/Əlavələr

sahəsinə keçib 
Change System language (Изменить язык системы/Sistem dilini dəyişmək) düyməsinə 
basıb açılan siyahıda lazım olan dili seçib OK düyməsinə basmaq lazımdır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin