Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


Sistemin əvvəlki vəziyyətinə bərpası (System Restore, Восстановление



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə48/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   44   45   46   47   48   49   50   51   ...   54
Sistemin əvvəlki vəziyyətinə bərpası (System Restore, Восстановление 
системы) - Bu əmr verildikdən sonra yeni açılan pəncərənin sağ hissəsində iki rejim 
verilir. Bunlardan biri kompüter tərəfindən qeyd olunmuş və hansısa dəyişikliyə və ya 
proqram təminatının əlavəsinə uyğun bərpa nöqtələrinə keçidə imkan verir. İkinci isə 
istifadəçinin özü tərəfindən bərpa nöqtəsinin yaradılması imkanını yaradır. Birinci imkan 
seçildikdə növbəti addımda ekrana təqvim verilir. Həmin təqvimdə xüsusi rənglənmiş 
xanada olan tarix bərpa tarixləridir. Təqvim pəncərəsinin başlığında verilən 
hərəkətetdiricilərlə daha əvvəlki bərpa nöqtələrinə keçmək mümkündür. Bu nöqtə 
seçildikdən sonra kompüter sistemi həmin tarixdəki vəziyyətə qaytarır. 
Diskin təmizlənməsi (Disk Cleanup, Очистка диска) - Lazımsız faylların 
pozulmasına xidmət edir. 
Sistem haqqında məlumat (System information) - Sistem haqqında məlumatları 
verir. Bu əmrin köməyi ilə kompüterin aparat resursları, müxtəlif komponentlər, qurğular, 
proqramlar haqqında məlumat və onların mövcud vəziyyətlərinin səviyyəsini əldə etmək 
olar. 
Təyin olunmuş tapşırıqlar (Sheduled Tasks, Назначенные задания) 
- 
Avtomatik yerinə yetirilən xidməti proqramların siyahısına baxmağa, yerinə yetirilmə 
vaxtını dəyişməyə və yeni tapşırıq müəyyənləşdirməyə xidmət edir. Əmr verildikdən sonra 
açılan pəncərədən Add Tasks (Добавить задания) rejiminin üzərində düyməni sıxaraq 
yeni pəncərəyə keçib lazımi proqram seçmək lazımdır. Növbəti addıma keçilir. Bu 
addımda tapşırığa ad verilir. Bu ad proqramın öz adı da ola bilər. Həmin pəncərədə 
tapşırığın yerinə yetirilməsi və ya proqramın işə salınması parametri seçilir (hər gün, hər 
həftə, kompüter yüklənən kimi və s.) sonra «Готово» düyməsi ilə prosesin başa çatdığı 
bildirilir. Sonrakı mərhələlərdə tapşırıqla əlaqədar parametrlər sorğulara cavab şəklində 
müəyyənləşdirilir. 


46 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin