Məsələlər dispetçeri. Windows 7 əməliyyat sistemində məsələlər dispetçerini yükləmək
üçün Məsələlər panelində istənilən boş yerdə siçanın sağ düyməsini sıxmaq və açılan
kontekst menyusundan Запустить диспетчер задач (Start Task Manager (Tapşırıq
Menecerini Başlat)) əmrini seçmək lazımdır.
Məsələlər dispetçeri əməliyyat sistemində işə salınmış bütün proqramların tam
siyahısını verir. Onlardan hər hansı birində səhv olduqda «не отвечает»
(Not
responding
) yazısı görsənir. Lakin məsələlər dispetçer sadəcə səhvləri aşkar etmək üçün
deyil, həm də inadçı (adi qaydada bağlanmayan) proqramı onun adını siçanı klikləməklə
seçir və Снять задачу (End Task (Tapşırığı sona çatdır)) düyməsini sıxmaqla
Файл Действие Вид
Справка
41
bağlamağa imkan verir.
Bundan başqa, Процессы (Processes (Proseslər)) bölməsində hər bir proqramın
nə qədər prosessorun vaxtını və operativ yaddaşı “zəbt” etdiyini görmək olar. Bununla da
kompüterin resurslarının haraya xərcləndiyini görmək olar.
Windows əməliyyat sisteminin operativ yaddaşını indiki anda da lazımsız
məsələlərdən təmizləmək lazım gəldikdə Məsələlər dispetçerinin köməyinə müraciət
edirlər.
17. Windows 7 əməliyyat sistemində idarəetmə paneli (Control Panel)
və onunla iş prinsipləri
Control Panel (Панель управления/İdarəetmə paneli) ümumilikdə Windows 7
əməliyyat sisteminin ən mühüm komponentlərindən biridir və əməliyyat sistemində əsas
sazlama əməliyyatlarına giriş bu panelin pəncərəsindən başlanır. İdarəetmə panelinin
pəncərəsini açmaq üçün Start (Пуск /Başlat ) menyusundan Control Panel (Панель
управления/İdarəetmə paneli) əmrini icra etmək lazımdır. Bu zaman ekranda eyni adlı
sistem pəncərəsi əks olunur.
Windows 7 əməliyyat sistemində sazlama əməliyyatları üçün nəzərdə tutulmuş bütün
elementlər öz funksiyalarına görə müəyyən
kateqoriyalar üzrə qruplara
bölünmüşdür. Bu elementlər vasitəsilə yeni qurğular əlavə etmək və sazlamaq, proqramları
quraşdırmaq və ya ləğv etmək, istifadəçinin qeydiyyat yazısını yaratmaq, redaktə etmək və
ya ləğv etmək, iş masasının tərtibatını dəyişmək və ümumiyyətlə sistemin sistemin
sazlanması ilə bağlı istənilən əməliyyatı yerinə yetirmək olar .
Windows 7 əməliyyat sistemində İdarəetmə panelinin əsas kateqoriyaları və onların
42
tərkibinə daxil olan elementlər bunlardır:
- System and Security (Система и безопасность/Sistem və Təhlükəsizlik). Bu
kateqoriyaya administrator səlahiyyətlərinə aid olan bütün elementlər, əməliyyat
sisteminin idarə olunması və sistemin təhlükəsizlik vasitələri daxildir. Belə ki bu
elementlər sistemin təhlükəsizlik parametrlərinə baxmaq və redaktə etmək , sistem
haqqında məlumata və kompüterin xarakteristikalarına baxmaq, enerji seçimlərini
sazlamaq, verilənlərin ehtiyyat nüsxələrini yaratmaq və bərpa etmək, sistemin yenilənməsi
və sistem xidmətlərini həyata keçirmək üçün nəzərdə tutulur.
- Network and Internet (САть и Интернет/Şəbəkə və İnternet). Bu kateqoriya qrupuna
şəbəkə qoşulmaları ilə işləmək üçün nəzərdə tutulan elementlər, internet brauzerinin
xüsusiyyətləri və bir sıra digər parametrlər daxildir. Yəni bu qrupa daxil olan elementlər
İnternetə qoşulmanın sazlanması, şəbəkə qovluqları və faylların ümumi girişinin
sazlanması lokal şəbəkənin vəziyyətinin yoxlanması və sazlanması, İnternet Explorer
brauzerinin sazlanma rejiminə keçid , şəbəkəyə kabelsiz qurğuların əlavə edilməsi və. s
əməliyyatların icrasına imkan verir.
- Hardvare and Sound (Оборудование и Звук/Avadanlıq və səs). Bu kateqoriya
qrupundakı elementlər bütün mümkün qurğuların və kompüterin bütün komponentlərinin
sazlanmasını təmin edir. O cümlədən, bu elementlər kompüterə qurğuların qoşulması,
sistem hadisələrinin səs siqnalları ilə müşayiət edilməsinin sazlanması, kompakt disklərin
avtomatik səsləndirilməsinin sazlanması, drayverlərin yenilənməsi, ekran parametrlərinin
sazlanması, qurğuların işi və səs tərtibatı ilə bağlı digər parametrlərin sazlanması üçün
nəzərdə tutulur. Eyni zamanda bu elementlərin köməyilə kompüter qurğuların o cümlədən
printer, maus, monitor, videokart və səs platasının parametrlərinə baxmaq və onları
tənzimləmək olar .
- Proqrams (Программы /Proqramlar). Bu kateqoriya qrupundakı elementlər Windows 7
əməliyyat sistemində quraşdırılmış proqramları və Windows komponentlərini idarə
etməyə imkan verir. Xüsusi halda bu elementlər quraşdırılmış proqramları ləğv etmək,
susmaya görə istifadə olunan proqramları seçmək, Windows komponentlərini quraşdırmaq
və ya ləğv etmək, iş stolunda mini-proqramlarla işləmək, konkret tipli faylların açılması
üçün proqram təyin etmək və s. olar.
- User Accounts and Family Safety (Учетные записи пользователей и семейная
безопасность/İstifadəçi Hesabları və ailəvi təhlükəsizlik). Bu kateqoriya qrupuna
qeydiyyat yazıları ilə bağlı bütün əməliyyatları yerinə yetirməyə və effektli valideyn
nəzarəti yaratmağa imkan verən, həçmçinin digər elementlər daxildir. Belə ki, onlar
istifadəçinin qeydiyyat yazısını yaratmaq və redaktə etmək, valideyn nəzarəti
funksiyalarını sazlamaq, sistemə giriş parolunu dəyişmək və. s əməliyyatlar aparmağa
imkan verir.
- Appearance and Personalization (Оформление и персонализация/Görünüş və
Fərdiləşdirmə). Bu kateqoriya qrupuna Windows 7əməliyyat sisteminin interfeysinin
istifadəçi istəyəninə uyğun əlverişli və gözəl şəkildə sazlanmasını təmin edən elementlər
daxildir. O cümlədən, bu elementlər iş masasının və pəncərələrin xarici görünüşünün
sazlanması, Başlat menyusu və tapşırıq panelinin sazlanması, şriftlərin idarə olunması,
qovluq parametrlərinin sazlanması və.s əməliyyatlar üçün edilir.
- Clock , Language and Region (Часы, язык и регион /Saat, dil və region). Bu
kateqoriya qrupundakı elementlər kompüterdə tarix və vaxtın dəyişdirilməsi, saat
qurşağının dəyişdirilməsi, yeni giriş dilinin daxil edilməsi, klaviaturadan giriş dilinin
sazlanması və. s əməliyyatlar üçün nəzərdə tutulur.
43
- Ease of Acess (Специальные возможности/Müraciətin asanlığı) Bu kateqoriya
qrupuna daxil olan elementlər sistemi məhdud imkanlı insanların kompüterdə işləyə
bilməsi üçün sazlamağa imkan verir.
Dostları ilə paylaş: |