Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   38   39   40   41   42   43   44   45   ...   54
Диспетчер устройств düyməsini basmaq lazımdır. Bu zaman ekrana Диспетчер 


39 
устройств pəncərəsi çıxır və onun daxilində qurğuların və drayverlərin adları, versiyaları, 
həmin drayverlərin yararlıq dərəcələri göstərilir. Drayveri yeniləmək üçün Обновить 
драйвер seçmək lazımdır. Əgər hər hansı drayver istifadə edilmirsə, onda Отключить 
düyməsini basmaqla, onu söndürmək, Удалить düyməsini basmaqla isə tamamilə silmək 
olur. 
16. WINDOWS-un əmr sətrinin interfeysi 
Bir neçə il bundan əvvəl kompüterlə əsas işləmə rejimi “əmr sətri” rejimi idi. Burada 
əmrlər kompüterə klaviatura ilə daxil edilirdi. Məsələn, hal hazırda mətn prosessoru olan 
MS Word proqramını yükləmək üçün Windows əməliyyat sisteminin İşçi masasında bu 
proqramın nişanına siçanı sıxmaq kifayyətdir. Əvvəllər isə DOS əməliyyat sistemlərində 
isləyəndə bunun üçün C:\ WORD\ word.exe C:\doc\mybook.doc tipli əmr daxil etmək lazım 
gəlirdi. 
Hal hazırda əmr sətri rejimindən demək olar ki, istifadə olunmur. Lakin əmr sətri 
rejimi bütün müasir əməliyyat sistemlərində məsələn, Mac OS və Linux-dan başlayaraq 
Windows əməliyyat sisteminə qədər hamsında qalmışdır. Bu rejim əsasən mütəxəsislərə 
“gizlin” xidməti proqramları işə salmaq üçün lazımdır. 
Regedit reestr redaktorunu və Windows Msconfig tənzimləmə proqramını işə salmaq 
üçün lazım gəlir, ona görə ki, bunları heç bir standart proqram menyusunda tapmaq olmur. 
Windows 7- də axtarış sətri əmr sətrini nisbətən əvəzləmışdır, lakin bəzi hallarda o 
kömək edə bilmir. Məsələn, müəyyən proqramı hansısa əlavə açarla yükləmək lazım 
gələndə axtarış sətri kömək edə bilmir. Misal kimi Ping əmrini göstərmək olar. Bu əmrin 
köməyilə İnternetdə lazım olan qovşağa daxil olma imkanını yoxlayır, həmçinin ona 
qədər siqnalın keçmə vaxtını yoxlayır. Bu əmr aşağıdakı kimi görünür: 
Pingya.ru və ya Ping-t 213.180.206.1 
Ping proqramını axtarış sətri ilə asanlıqla tapmaq olur, lakin onu əlavə açarla 
yükləmək olmur. Belə məsələləri həll etmək üçün Windows- da “əmr sətri” (Выполнить 
(Run (İcra et))) vasitəsi vardır. Windows 7- də bunu çağırmaq üçün Win və R klavişlərini 
birgə sıxmaq lazımdır. Bu zaman ekrana Выполнить (Run (İcra et)) adlı pəncərə çıxır. Bu 
pəncərədə isə əmr sətri rejiminin bütün imkanlarını istifadə etmək olur. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin