36
15. WINDOWS əməliyyat sistemində konfiqurasiya faylları və
drayverlərlə iş
Windows əməliyyat sisteminin müxtəlif xarakteristikalarını
idarə edən bir neçə
konfiqurasiya faylları mövcuddur. Əsas konfiqurasiya faylları aşağıdakılardır:
1) SYSTEM.INI
2) WIN.INI
3) CONTROL.INI
4) PROGMAN.INI
5) WINFILE.INI
Bu faylları Windows qovluğunda görmək olar. Windows mühitinin versiyasından asılı
olaraq Windows qovluğunda başqa konfiqurasiya faylları da iştirak edə bilər və bu
faylların da genişlənməsi .INI olacaq. Konfiqurasiya fayllarının əsas vəzifələri bunlardır:
WIN.INI faylında Windows əməliyyat sisteminin şriftlərinin xarakteristikaları,
TRUE
TYPE şriflərinin xüsusiyyətləri və əməliyyat sisteminin digər opsiyalarını idarə edən
əmrlər saxlanır.
SYSTEM.INI faylında əməliyyat sistemi ilə kompüterin aparat təminatının qarşılıqlı
əlaqəsini idarə edən əmrlər yerləşir.
CONTROL.INI faylında Windows mühiti pəncərələrində
və dialoq panellərində
məxsus olan müxtəlif elementlərin rəngləri, kompüterə qoşulmuş printerin və digər
qurğuların parametrlərini təyin edir.
PROGMAN.INI faylında
PROGRAM MANAGER yəni
Proqramlar Dispeçerinin
işini idarə edən əmrlər saxlanılır.
Məlumdur ki,
Xidməti Proqramlar Dispeçerini işə
salmaq üçün kombinasiyasını basmaq kifayətdir. Xidməti Proqramlara
«Ekran
böyüdücüsü» və
«Ekran klaviaturası» aiddirlər.
Bu proqramları işə salmaq üçün
Windows + U kobinasiyasını basdıqdan sonra ekrana
çıxan
Диспетчер служебных программ pəncərəsində lazım olan xidməti proqramın
adını seçib
Запустить düyməsini, dayandırmaq üçün
Остановить düyməsini basmaq
lazımdır.
WINFILE.INI faylında File Manager, yəni Fayllar Dispeçeri proqramın
işini idarə
edən direktivlər öz əksini tapır.
Əksər hallarda istifadəçi bu faylların tərkibini korreksiya etmir və lazım olan
dəyişiklikləri
Control Panel, Program Manager, File Manager və Windows Setup
proqram pəncərələri vasitəsilə yerinə yetirir.
Lakin elə düzəlişlər var ki, onları bu
proqramlar vasitəsilə aparmaq mümkün olmur və bu hallarda konfiqurasiya faylının
tərkibini mətn redaktorunda açıb lazımi korreksiyalar etmək tələb olunur. Düzəlişləri aparıb
37
qurtardıqdan sonra konfiqurasiya faylını yenə də adi mətn formatında saxlamaq lazımdır.
Konfiqurasiya fayllarının redaktəsi üçün ən əlverişli redaktor kimi
NOTEPAD çıxış edir.
NOTEPAD redaktoru yalnız adi mətn formatında sənədləri yadda saxlamaqla yanaşı çox
sadədir və ixtiyari konfiqurasiya faylının redaktəsi üçün yararlıdır.
Bütün konfiqurasiya fayllarının formatı eynidir. Konfiqurasiya fayllarının sətirləri
bölmələr adlanan qruplar şəklində birləşirlər. Faylın tərkibində bölmələrin ardıcıl
gəlmə
nizamının heç bir əhəmiyyəti yoxdur. Hər bölmənin əvvəlində kvadrat mötərizə daxilində
həmin bölmənin adı qeyd edilir. Bölmənin adından sonra
xidmət sözləri siyahısı alt-alta
düzülür. Hər xidmət sözündən sonra birqayda olaraq «=» münasibəti və uyğun parametrlər
sətri yazılır. Konfiqurasiya faylının tərkibinə qeyd daxil etmək
üçün həmin qeyd sətrinin
əvvəlində «;» simvolunu yazmaq lazımdır. Məsələn, aşağıda faylının
COLORS və
FONTS
bölmələrindən ibarət fraqmenti verilir:
[colors]
Background=0 12В 128 AfjpWorkspace=0 128 64 Window=255 255 255 WindowText^O| 0 0 [fonts]
Dostları ilə paylaş: