“Computer” qovluğu. Windows 7 əməliyyat sisteminin əsas obyektlərindən olan
Компьютер (Computer (Kompüter)) qovluğunu açmaq üçün Tapşırıq (Məsələlər) panelində
(Taskbar)-da Start (Пуск (Başlat)) düyməsindən sağda yerləşən düyməsinə siçanla sıxmaq
lazımdır və ya Win və E klavişlərini birlikdə sıxmaq lazımdır. “Computer” (Компьютер)
pəncərəsi vasitəsilə kompüterdə olan hər hansı bir mənbəyə (disklərə, disketlərə) asanlıqla
müraciət etmək olar. Bu pəncərəyə aşağıdakılar daxildir:
❖
Sabit disklər - C: hərfindən başlayaraq adlandırılır. Hər əlavə sabit disk sürücüsünə D:,
E: kimi sonrakı hərflər ad olaraq verilir.
❖ CD-ROM sürücüləri dairəvi disk simvolları ilə göstərilir. Yalnız bir sabit disk və ya bir
CD-ROM sürücüsü varsa, CD-ROM sürücüsü D: drive (D: sürücüsü) adlandırılacaqdır. Iki
sabit disk varsa, CD-ROM sürücüsü E: drive (E: sürücüsü) adlandırılacaq.
“Computer” (Компьютер) pəncərəsi kompüterdə olan yaddaş qurğularını, kompüterin
yazı tipləri və bağlı olan printerlər haqqında məlumatların saxlandığı qovluqları seçə bilər
və idarəetmə panelini işlədərək WINDOWS-un xüsusiyyətlərini dəyişdirə bilər.
Windows 7-də Libraries (Библиотеки/Kitabxanalar) qovluğu.Windows 7 əməliyyat
sisteminin əvvəlki versiyalarından fərqli xüsusiyyətlərindən biri də Libraries
(Библиотеки/Kitabxanalar) qovluğudur. Bu qovluq sənədlərin musiqinin şəkillərin,
videoların və. s faylların idarə olunması üçün nəzərdə tutulan bir yerdir. Kitabxanalar fiziki
olaraq biz bildiyimiz mənada qovluq deyildir. Kitabxanada sadəcə olaraq faylların
yerləşməsi haqqında məlumat, yəni qovluqlara və bu qovluqlarda yerləşən sənədlərə keçid
əlaqələri yerləşir. Yəni kitabxananın məzmunu əlaqələr qovluğundan ibarətdir və bu
əlaqələrdən istifadə edərək bir andaca zəruri ünvana keçid etmək olur. Kitabxanalarda heç
bir başqa fiziki verilənlər olmur .
Kitabxanalar müəyyən mənada qovluqlara bənzəyir. Məs kitabxana açılarkən bir və ya bir
neçə fayl obyektləri ekranda əks oluna bilər. Lakin qovluqdan fərqli olaraq kitabxana
açılarkən fayl obyektlərini saxlandıqları bir neçə müxtəlif yerlərdən toplayaraq ekranda əks
etdirir.
Kitabxanalar fayl obyektləri saxlanılan qovluqları izləyir və həmin obyektlərə baxmağa və
onları müxtəlif üsullarla nizamlamağa imkan verir.
Windows 7 əməliyyat sistemində susmaya görə Libraries (Библиотеки/Kitabxanalar) adlı
bir əsas kitabxana var və bu kitabxana daxilində öz növbəsində əvvəlcədən quraşdırılmış
dörd kitabxana saxlanılır. Yəni mənim sənədlərim, mənim musiqim, mənim şəkillərim,
mənim videoların qovluqlarını xüsusi qovluqlar əvəz edir: Documents (Документы
/Sənədlər),