21. WINDOWS əməliyyat sisteminin multimediya vasitələri WINDOWS əməliyyat sistemi xüsusi aparat və proqram vasitələrinin köməyi ilə
yüksək keyfiyyətli səs və video interaktiv işini təmin edə bilir. Multimediyanın əsas
vəzifəsi səs siqnalını rəqəm şəklinə və ya əksinə çevirmək; ikinci element isə -
videoplatadır ki, onun vasitəsilə videoinformasiya rəqəm şəklinə və əksinə çevrilir. Səs
platasına müxtəlif akustik sistemlər qoşulurlar. Səs və video ilə kompüterdə işləmək üçün
çoxlu sayda proqram vasitələri mövcuddur. Bu cür proqramların minimal toplusu
WINDOWS-un tərkibində vardır. Bu proqramlar vasitəsilə audikompakt diskləri
oxutdurmaq, onlara informasiyanı yazmaq və səs fayllarını redaktə etmək, həmçinin
videokliplərə baxmaq olar. Multimediya informasiyası (yəni cizgi, audio və video
informasiya) çox böyük yer tutur. Buna görə də belə informasiya kompakt - disklərdə
yerləşdirilir və həmin disklərdəki informasiyanı oxumaq üçün kompüterlərdə “CD-ROM”
disk qurğusu olmalıdır.
Səsli media.Səs iki şəkildə yazılır, səsdalğası (waveform) və MIDI formatında.
Səsdalğası formatındakı faylların çoxu diskdə daha çox yer tutur, ancaq səs kartı olan hər
kəs bu faylları işlədə bilər. MIDI faylları isə daha az yeri tutur, ancaq bunlar yalnız MIDI
uygunluqlu avadanlıqlarla işləyə bilirlər. Artıq bir çox səs kartlarında MIDI sintezləyisi
olur, bunun sahəsində bir çox multimedia sistemləri MIDI fayllarını işlədə bilirlər.
Waveform Audio (Audio Səs Dalğası) - Audio səs dalğası, səs dalğalarının rəqəm
görünüşüdür. Kompüterdə analoq-rəqəm və rəqəm-analoq çeviricisi olan bir adapter varsa,
səs yazmaq və səsləndirmək olar.
MIDI Audio (Musical Instrument Digital Interface - Musiqi Alətləri Rəqəm
İnterfeysi) faylları səslərin rəqəm kodlarından deyil, əmrlərdən təşkil olunur. Bir MIDI
əmri sintezləyiciyə hansı notu nə qədər müddətə səsləndirməsini bildirir.
CD Audio - WINDOWS adətən musiqi CD-lərinin kompüterin CD-ROM
sürücüsündə səslənməsini təmin edən bir sürücü ilə birlikdə gəlir.