Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının idarəetmə sistemində informasiya-kommunikasiya texnologiyalarının rolu, problemlər və hədəflər


Xülasə— Məqalədə  sağlamlıq  imkanları  məhdud  olan  insanların



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#39900
1   2   3   4   5
Xülasə— Məqalədə  sağlamlıq  imkanları  məhdud  olan  insanların 

yeni  texnologiyalar  vasitəsilə  cəmiyyətə  inteqrasiya  yolları 

araşdırılmış və müəyyən həll yolları müzakirə olunmuşdur.   

Açar  sözlər—  informasiya-kommunikasiya  texnologiyaları;  fiziki 

məhdudiyyətli insanlar; əlillik; assistiv texnologiyalar. 

I. 


GİRİŞ 

Sağlamlıq  imkanlarının  məhdudluğu,  başqa  sözlə  əlillik– 

fiziki və sosial qüsurun olması ilə yanaşı ictimai həyatda digər 

fərdlərlə  bərabər  səviyyədə  iştirak  imkanlarının  itkisi  və  ya 

əskikliyidir  [1].  Əlillik  dedikdə,  orqanizmin  funksiyalarının 

nasazlığı  ilə  bağlı  sağlamlığın  pozulması  nəticəsində  sosial 

çatışmazlıq başa düşülür ki, o da öz növbəsində insanın həyat 

fəaliyyətini  məhdudlaşdırır  və  həmin  şəxs  ehtiyac  duyduğu 

işləri  görməkdə  çətinlik  çəkir  və  ya  bu  imkandan  tamamən 

məhrum  olur.  Belə  vəziyyət  əlilliyi  olan  insanları  öz 

problemlərini  həll  etmək  üçün  müxtəlif  vasitələr  axtarmağa 

vadar edir. Məhz bu məqamda texnoloji vasitələr köməyə gəlir 

və  onların  cəmiyyət  içində  sağlam  şəxslərlə  bərabər  imkanlar 

əldə  etməsinə  şərait  yaradır.  Bu  vasitələrdən  biri  kimi  çıxış 

edən 

informasiya-kommunikasiya 



texnologiyaları  (İKT) 

sağlamlıq  imkanları  məhdud  insanların  müəyyən  məlumatlar 

və  biliklər  əldə  etməsinə  kömək  edərək,  onların  cəmiyyətə 

inteqrasiyasını  asanlaşdırır  və  inkişaf  etməsi  üçün    şərait 

yaradır,    sosial  mühitdə  bir  fərd  kimi  iştirakını  təmin  edir. 

Lakin  tək  İKT  bu  insanların  qarşısında  olan  baryerlərin  məhv 

edilməsində  kifayət  deyil.  Bu  şəxslərin  cəmiyyətdə  müstəqil 

insanlar  kimi  yaşaya  bilmələri  üçün  həm  hökumət 

qurumlarının, həm də özəl şirkətlərin iştirakı zəruridir.  

Müasir  elmi-texniki  inkişaf  sağlamlıq  imkanları  məhdud 

insanların sağlam insanlarla bərabər işləməsi və yaşaması üçün 

geniş  imkanlar  açır.  Bu  kateqoriyadan  olan  insanların  fiziki 

məhdudiyyətlərini  nəzərə  alaraq,  kompüter  avadanlığının  idarə 

olunması,  verilənlərin  daxil  olunması  və  emalının  onlara 

uyğunlaşdırılmasına  imkan  verən  texnologiyalar  yaradılmışdır.  

1998-ci  ildə  ilk  dəfə  sağlamlıq  imkanları  məhdud  olan 

insanların  yenidən  cəmiyyətə  inteqrasiyasına  xidmət  edən  bu 

texnologiyalara 

Assistiv 

Texnologiyalar 

(ing. 

Assistive 

Technologies)  adı  verilmiş  və  bu  istiqamətdə  çoxlu  sayda işlər 

həyata keçirilmişdir [2].  

Assistiv  texnologiyalar,  yardımçı,  adaptiv  və  reabilitasiya 

cihazlarını  özündə  cəmləşdirən  ümumi  bir  termindir  [3]. 

Yardımçı  cihazlar  bütün  fiziki  və  əqli  qüsurları  olan  insanlar 

üçün  nəzərdə  tutulur.  Adaptiv  cihazlar  isə  xüsusi  sifariş 

əsasında  müəyyən  fərdlərin  ehtiyaclarına  görə  hazırlanır  və  

əlillik ünsürlərini aradan qaldıran həm yüksək texnologiya, həm 

də adi texnologiya məhsulları buraya aiddir.  

II. 


ƏL

İ

LL



İ

Y

İ



 OLAN ŞƏXSLƏR 

 

Ümumdünya  Səhiyyə  Təşkilatının  hesabatına  əsasən, 



hazırda dünya əhalisinin 15–16 faizi sağlamlıqla bağlı müəyyən 

məhdudiyyətlərlə  yaşayır.  Bu,  təqribən  1  milyard  insan 

deməkdir [4].   

Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  [5]  hesabatına 

əsasən,  isə  bu  rəqəm  bir  qədər  azdır  –  10  faiz.  Azərbaycanda 

hazırda  əlillər  əhalinin 5,6  faizini təşkil  edir  [6].  BMT  İnkişaf 

Proqramı  tərəfindən  aparılan  araşdırmalar  göstərmişdir  ki, 

dünyada  mövcud  olan  əlillərin  80  faizi  inkişaf  etməkdə  olan 

ölkələrdədir. Bu sahədə maraqlı araşdırmalardan biri də İqtisadi 

Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən aparılmışdır. 

Belə  ki,  onların  araşdırmalarına  əsasən,  təhsil  almamış 

insanların  19  faizi  ahıl  və  sağlamlıq  imkanları  məhdud 

olanlardan ibarətdir. BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı 

(ing.  UNESCO)  tərəfindən  aparılan  araşdırmada  isə  məlum 

olmuşdur ki, inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqların 

90  faizi  hətta  məktəbə  getmir  [7].  Təbii  ki,  qeyd  olunan 

problemlər  həm  də  bu  vəziyyətdə  yaşayan  insanların  maddi 

sıxıntılarının  olmasına  gətirib  çıxarır.  Dünya  Bankının 

məlumatına  əsasən,  bütün  dünyada  kasıb  əhalinin  20  faizini 

əlilliyi olan insanlar təşkil edir. Bu statistik məlumatlara əsasən 

demək  olar  ki,  sağlamlıq  məhdudiyyətləri  olan  insanlar 

həqiqətən də müasir cəmiyyətdə çox əziyyət çəkirlər [7]. 

Bu hesabatların hazırlanması bir sıra problemlərlə  müşayət 

olunur  ki,  bunlardan  biri  əlilliklə  bağlı  vahid  sərhədlərin 

olmamasıdır,  yəni  bəzi  ölkələr  müəyyən  tip  qüsurlara  malik 

insanlara əlil kimi  baxsalar da, digərləri onları bu kateqoriyaya 

aid  etmirlər.  Bu  isə,  öz  növbəsində,  göstəricilərin  həqiqətdə 

olduğundan  fərqli  görünməsinə  gətirib  çıxarır.    1995-ci  ildə 

qəbul  olunmuş  “Əlilliyi  olan  şəxslər  (bərabər  imkanlar, 

hüquqların  müdafiəsi  və  tam  iştirak)”  beynəlxalq  aktına  [8] 

əsasən əlillik aşağıdakı kateqoriyalara bölünür: 

 



görmə qabiliyyətini itirənlər; 

 



görmə qabiliyyəti zəif olanlar

  hiss etmə qabiliyyətini itirənlər;  



 

eşitmə qabiliyyətini itirənlər; 





Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin