“Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı, Bakı, 24 may 2016-cı il
_________________________________________________________________________________________
274
hərəkət edə bilməyənlər;
əqli inkişafdan geri qalanlar;
ruhi xəstələr.
Göründüyü kimi, qeyd olunan kateqoriyalar heç də bütün
əlillik tiplərini əks etdirmir. Bunun nəticəsində cəmiyyətdə olan
bəzi insanlar, məcazi mənada desək, digərləri tərəfindən
görünmür və onların problemləri öz həllini tapmır.
Bu tip halların yaşanmaması üçün hər bir ölkə əlillik
kateqoriyalarını ölkə reallığına əsasən müəyyənləşdirməlidir.
Onu da qeyd etmək lazımdır ki, məsələn, Afrika kimi ölkələrdə
əlillik hesab edilən xəstəliklər dünyanın digər yerində
aşkarlanmır. Daha öncə də qeyd etdiyimiz kimi, İKT vasitəsilə
problemlər
həll
olunmazdan
əvvəl
onların
tipləri
dəqiqləşdirilməlidir ki, daha effektiv həll yolları tapıla bilsin.
III.
ƏL
İ
LL
İ
K PROBLEM
İ
N
İ
N ARADAN QALDIRILMASINDA
İ
KT
-
NIN ROLU
İKT informasiyanın əldə olunması, saxlanılması, emalı,
təkrar istifadəsi və eyni zamanda qorunması ilə bağlı geniş
texnologiyaları əhatə edən bir sahədir. Mobil cihazlar, peyklər
və ya internet infrastrukturları hər kəsə açıq olan xidmətlərin
istifadəsində çox vacibdir. Biz hamımız bu texnologiyaların
həyatımızda nə qədər önəmli rol oynadıqlarını bilirik, amma bu
texnologiyalar sağlamlıq imkanları məhdud insanlar üçün
müstəqil bir şəkildə yaşamaq, sağlam insanlarla eyni
informasiyaya çata bilmək imkanı və cəmiyyətdə bir fərd ola
bilmək baxımından daha da önəmlidir.
A. Sosial şəbəkələr
İKT fiziki məhdudiyyəti olan insanların üzvü olduqları
cəmiyyətə və iqtisadi mühitə inteqrasiyasını asanlaşdırır.
Məsələn, Kanada Nitq Patologiyaları və Audioloqistlər
Assosiasiyası (ing. The Canadian Association of Speech
Language Pathologists and Audiologists) [4] həm öz
professional üzvləri ilə, həm də ünsiyyət qurarkən çətinlik
yaşayan insanlar, onların qohumları və ya uşaqları ilə sosial
media üzərindən əlaqə saxlayır, Facebook və Twitter kimi
sosial şəbəkələr vasitəsilə şirkətlərinə məxsus hadisələri və
xəbərləri öz izləyiciləri ilə bölüşürlər. Bu kiçik bir addım olsa
da, fiziki qüsurlu insanlar üçün böyük bir dəyərə sahibdir.
B. Mobil cihazlar
Mobil
cihazların
cəmiyyətdəki
rolu
günü-gündən
artmaqdadır. Xüsusilə də son dövrlərdə hər kəs artıq ağıllı
telefonlardan istifadə etməyə başlamışdır. 2015-ci ildə mobil
cihazlardan istifadə edən insanların sayının 4 milyard olduğu
müəyyən olunmuşdur. Bu göstəricinin 2019-cu ildə 5 milyard
olacağı gözlənilir [9]. Bu cihazlardan istifadənin bu qədər
artdığı müasir dövrdə əlillər üçün müəyyən köməkçi
funksiyaların yaradılması çox önəmlidir.
iPhone, Samsung, Nexus və başqa texnoloji cihazlar
vasitəsilə artıq çoxlu sayda proqramlardan istifadə etmək olur.
Bu proqramlar əlilliyi olan insanlara cihazdan istifadə etməkdə
kömək edir. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:
VoiceOver. Bu proqram vasitəsilə iPhone-u görmə
qabiliyyəti olmayan insanlar da istifadə edə bilir. İstifadəçi əli
ilə telefondakı hər hansı bir yerə toxunduğu zaman avtomatik
olaraq proqramın adı səslənir. Həmçinin mesaj yazılırsa,
yazılan mesajlardakı hərflər təkrar edilir. Bununla da istifadəçi
görməsə belə telefondan istifadə edə bilir [10].
Zoom. Bu proqram vasitəsilə ekrandakı hər hansı bir
obyekti böyütmək olur. Bununla da görmə qabiliyyəti zəif olan
insanlar telefondakı imkanlardan istifadə edə bilirlər [11].
Siri. Bu proqram vasitəsilə telefon istifadəçinin səsi ilə idarə
edilə bilir [12].
Voice Access. Bu proqram da Android platformasında səslə
cihazın idarə olunmasına kömək edir [13].
Large Text. Ekrandakı bütün yazı məlumatlarını böyüdərək
yazıların daha aydın görünməsinə imkan verir [14].
Bunlardan əlavə, EzTasker adlı proqram vasitəsilə
alzheimer xəstələrinə köməklik göstərilir. Proqram xəstələrin
etməli olduqları işləri onlara xatırlatmaqdan əlavə, həm də
onların bu işləri necə görməli olduqları barədə göstəriş verir.
İKT-nin əlillərə kömək prosesinə misal ola biləcək ən yaxşı
proqramlardan biri də LocalEyes adlı proqram təminatıdır. Bu
proqram GoogleMaps və GPS vasitəsilə istifadəçinin ətrafında
nələr olduğu barədə məlumat verir, onlara lazımlı istiqamətin
tapılmasında köməklik edir. Heç bir bahalı cihaz almağa
ehtiyac qalmadan Android platformalı bir telefonda hansı
mövcud mağazalar, restoranlar və s. haqqında məlumatları
asanlıqla öyrənmək olur. Virciniyada insanlar hətta əlillərin
qarşılaşa biləcəyi bütün maneələri də proqramın bazasında qeyd
ediblər. Bununla da əlillər hər hansı bir maneəyə yaxınlaşanda
proqram bu barədə məlumat verir və onlara “sağa dön”, “sola
dön” kimi göstərişlər verir. Bu kimi proqramlar İKT-nin bu
problemlərin həllindəki böyük rolunu bir daha sübut edir.
C. Fiziki məhdudiyyəti olan insanların işə cəlb olunması
Araşdırmalar göstərmişdir ki, fiziki məhdudiyyəti olan
şəxslərin maddi gəlirləri digər şəxslərə görə daha azdır. Bu
insanlar üçün dövlət orqanları tərəfindən lazımlı iş şəraitinin
yaradılmasına çalışılsa da, adətən əlillərin potensialı tələb
olunmayan, məşğulluqları isə özünü doğrultmayan olur. Onlara
təklif edilən işlər çox sadə işlər olur və nəticədə də onların
maddi gəlirlərində güclü dəyişikliklər müşahidə olunmur.
Bəzən bu kimi sadə işlərlə məşğul olan insanların gizli zəkaları
aşkara çıxmır. Buna baxmayaraq, əlil insanların öz peşə və
ixtisaslarına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq imkanları
yarandıqda, onların bir çoxu qiymətli işçilər və müvəffəqiyyətli
iş adamları olduqlarını və işləmək qabiliyyətinin olmadığı
haqqında təsəvvürlərin yanlış olduğunu sübut edirlər .
Müşahidələr göstərir ki, qismən əmək qabiliyyəti olan əlil
şəxslərin müəyyən hissəsi əmək fəaliyyəti ilə məşğul olmağa
həvəslidir. Ona görə də əlillərin peşə qabiliyyətinin
qaytarılması, zəifləmiş və yaxud itirilmiş funksiyalarının
reabilitasiyası və həyat səviyyəsinin yaxşılaşdırılması, onların
fiziki imkanlarına
və
peşə xüsusiyyətlərinə uyğun
məşğulluqlarının təmin edilməsi, başqa sözlə əlilliyi olan
şəxslərin
sosial
adaptasiyası
və
sosial
statusunun
yüksəldilməsinə şərait yaradılması sahəsində məqsədyönlü
|