Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının idarəetmə sistemində informasiya-kommunikasiya texnologiyalarının rolu, problemlər və hədəflər


“Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı,    Bakı, 24 may 2016-cı il



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#39900
1   2   3   4   5
“Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı,    Bakı, 24 may 2016-cı il 

_________________________________________________________________________________________ 

 

275 



 

işlərin  görülməsi  zəruridir.  Həmin  şəxslərin  İT  sahəsinə 

yönləndirilməsi  onların  inkişafında  xüsusi  rol  oynaya  bilər. 

Məlum olduğu kimi, İT sferasında çalışmaq üçün yüksək təhsil 

almaq  vacib  deyil.  Bu  həqiqəti  Bill  Gates,  Steve  Jobs,  Mark 

Zuckerberg,  Michael  Dell  və  s.  kimi  adamlar  sübut  etmişlər. 

İnsanlarda  bu  sahəyə  olan  xüsusi  maraq  onların  inkişafının 

başlıca  amilidir.  Bu  baxımdan  İT  sahəsinə  marağı  olan  fiziki 

məhdudiyyətli  şəxslər  bu  sferada  özlərinə  daha  yaxşı  iş 

imkanları  tapa  və  karyeralarını  inkişaf  etdirə  bilərlər.  İnternet 

əlillər üçün yalnız hər hansı bir məlumat əldə etmək, başqaları 

ilə əlaqə saxlamaq, öyrənmək deyil, habelə müxtəlif sahələrdə 

uzaqdan  iş  rejimi  ilə  çalışma  imkanları  açır.  Fiziki 

məhdudiyyətli  insanların  aşağıdakı  peşələrə  yiyələnməsi 

onların  əmək  bazarına  çıxışını  asanlaşdıra  bilər:  tərcüməçi, 

kompüter  proqramçısı  və  operatoru,  səs  operatoru,  telefon 

rabitəsi operatoru, veb-dizayner, sayt administratoru, kompüter 

qrafikası rəssamı və s. [15]. 

İKT  vasitəsilə  fiziki  məhdudiyyətli  bu  insanların  əmək 

fəaliyyətinə  cəlb  edilməsinin  müxtəlif  yolları  mövcuddur. 

Məsələn,  Hindistanda  əlil  insanların  özlərinə  daha  rahat  iş 

tapmasına  imkan  verən    saytlar  hazırlanmışdır.  Bu  saytlarda 

qeydiyyatdan  keçən  şirkətlər,  əgər  əlil  işçi  götürməyə 

maraqlıdırsa, onda asanlıqla axtarılan işçiləri tapa bilirlər. Belə 

saytlardan  birində  fiziki  məhdudiyyətli,  amma  xüsusi 

qabiliyyətlərə malik olan insanlar üçün iş imkanları təklif edilir 

[16].  Digər  bir  saytda  sadəcə  eşitmə  qüsurları  olan  insanlar 

üçün  xüsusi  bir  sistem  hazırlanmışdır  [17].  Bu  tip  saytların 

birində isə hər cür məhdudiyyəti olan insanlar diqqətə alınaraq, 

hər kəsin iş axtara biləcəyi daha qlobal bir mühit yaradılmışdır 

[18] . 


D.  Fiziki məhdudiyyətli insanların öyrənmə prosesi 

Hazırkı  dövrdə  informasiya  və  biliyin  rolu  əvəzolunmaz 

dərəcədə  önəmlidir.  Bununla  əlaqədar  olaraq  informasiya 

günü-gündən daha əlçatan olmuşdur. Nəticədə: 

 

öyrənmək  və  öyrətmək  insanın,  fiziki  məkandan  asılı 



olmasıdır; 

 



öyrənmək üçün lazım olan resursların bir sinifdən asıllığı 

olduqca azalmışdır; 

 

öyrənmək  anlayışı  “hər  yerdə  və  hər  zaman”  anlayışına 



çevrilmişdir. 

Yuxarıda  qeyd  olunan  imkanların  İKT  texnologiyaları 

vasitəsilə yaradılması bu texnologiyanın öyrənmə prosesindəki 

əvəzolunmaz  rolunu  bir  daha  əks  etdirir.  Bu  imkanlar  əlilliyi 

olan  insanların  inkişafında  xüsusi  əhəmiyyətə  malikdirlər. 

Məlum  olduğu  kimi,  əlilliyi  olan  insanların  əlillik  səbəbləri 

çox  fərqlidir.  Elə  bu  səbəbdən  də  onların  İKT-dən  istifadəsi 

müəyyən qruplar altında araşdırılmalıdır[19, 20]:  

1) kompensasiya təyinatlı istifadədə yeni texnologiyalardan 

köməkçi  vasitələr  kimi  istifadə  edilir  və  həmin  şəxslərin  həm 

cəmiyyətə 

inteqrasiyası,  həm  də  onlarla  ünsiyyətin 

formalaşmasına  kömək  edir.  Buna  misal  olaraq  hərəkətsiz  və 

görmə  problemi  olan  insanlar  üçün    həm  yazmaq,  həm  də 

oxumaq   imkanının yaradılmasını göstərmək olar.  

2) didaktik  təyinatlı  istifadədə  İKT  proqram  tətbiqlərindən 

istifadə edərək öyrətmə və qiymətləndirmə prosesinə köməklik 

edilir. 


3) kommunikasiya  təyinatlı  istifadə  ünsiyyət  problemi  olan 

insanlar  üçün  nəzərdə  tutulmuşdur.  Bu  tətbiqlər  vasitəsilə 

əlilliyi olan insanlar məsafədən təhsil almaq imkanlarına malik 

olurlar.  

Göründüyü  kimi?  İKT  texnologiyaları  vasitəsilə  müəyyən 

fiziki  qüsurları  olan  insanlar  təhsil  ala  bilirlər.  Bu  bir  daha 

İKT-nin  əlillərə  yardım  konsepsiyasındakı  rolunu  özündə  əks 

etdirir. 



E.  Fiziki məhdudiyyətli insanların sosiallaşması  

Bu  istiqamətdə  müasir  yanaşma,  əlillərin  sosial  statusunun 

bərpa  olunması,  onların  maliyyə  müstəqilliyinə  və  sosial 

adaptasiyasına  nail  olmaq  məqsədi  güdən  yanaşma  hesab 

olunur.  Adətən  fiziki  məhdudiyyətli  insanların  sosial-məişət 

xidmətlərindən (market, restoran, kinoteatr, poçt, məktəb və s.) 

istifadəsi  sağlam  insanlarla  müqayisədə  çox  çətin  olur. 

Nəqliyyat,  icarə,  əmlak,  bank  və  s.  xidmətlərdən  və 

infrastrukturlardan  istifadə,  istirahət  və  sosial  fəaliyyətləri 

həyata  keçirmək  də  əlillər  üçün  problemdir.  Bu  insanların 

qarşılaşdığı baryerləri aşağıdakı kimi qruplaşdırmaq olar: fiziki 

izolyasiya;  əmək  izolyasiyası;  sosial-əmək  məhdudiyyətləri 

nəticəsində  yaranan  aztəminatlıq;  mühit    baryeri;  informasiya 

baryeri; emosional baryer; kommunikasiya baryeri. 

 İnternet  bu  baryerləri  aşmaqda  əlillərin  köməyinə  gəlir. 

İnternet–mağazadan  istədiyi  malların  alınması  və  evə 

gətizdirilməsi,  İnternet–bank  vasitəsilə  kommunal  xidmətlərin 

haqqının  ödənilməsi,  İnternet–kitabxana  vasitəsilə  qəzet  və 

jurnalların,  kitabların  mütaliəsi  və  s.  belə  insanların    sosial-

laşmasına  şərait  yaradır.  İnternetin  köməyi  ilə  dünyada  baş 

verən  hadisələr  haqqında  məlumat  almaq  və  digər  yolla 

(məsələn,  dünyanın  müxtəlif  şəhərlərinə  virtual  tur  və  ya 

muzeylərə virtual ekskursiyalar etmək) mümkündür. [21]. 

F.  Süni intellekt texnologiyaları 

Son  dövrlərin  ən  çox  inkişaf  edən  sahələrindən  biri  məhz 

süni  intellektlə  bağlı  olan  sahələrdir.  Təbii  ki,  fiziki 

məhdudiyyətləri  olan  insanların  qarşılaşdıqları  problemlər  bu 

sahənin əhatə dairəsindən kənarda qala bilməz.  

İKT-də  fiziki  məhdudiyyətləri  olan  insanlara  kömək 

sahəsində istifadə olunan proqramlardan biri də Mind Machine 

Interface (MMI) və ya Brain-Computer Interface (BCI)–dır. Bu 

proqram  insanların  fikirləri  ilə  robotları  idarə  etməyə  dəstək 

olur.  Beləliklə,  fiziki  problemləri  olan  insanlar  robotlar 

vasitəsilə öz fikirlərini həyata keçirə bilirlər. 

14 


Aprel 

2016-cı 


ildə  Massaçusets  Texnologiya 

Universitetində  (ing.  Massachusetts  Institute  of  Technology

aparılan  araşdırmalarda  eşitmə  problemi  olan  insanların  öz 

fikirlərini  digər  insanlara  çatdıra  bilmələri  üçün  yeni  bir  kəşf 

olmuşdur.  Belə  ki,  eşitmə  problemi  olan  şəxs  əlinə  bluetooth 

vasitəsilə  məlumat  ötürə  bilən  əlcəkləri  geyinir.  Sonra  cihaz 

həmin  şəxsin  əl  hərəkətlərini ona bağlı olan  kompüterə ötürür. 

Kompüter  isə  öz  növbəsində  bu  məlumatları  səsə  çevirərək 

insanların  bu  şəxsi  daha  yaxşı  anlamağına  kömək  edir. 

Göründüyü  kimi,  gələcəkdə  bu  ixtira  eşitmə  qüsurları  olan 

insanların  cəmiyyətə  inteqrasiyası  prosesində  çox  önəmli  rol 

oynayacaqdır  [22] . 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  da  bu  istiqamətdə  

müəyyən  işlər  görülür.  Məsələn,  Rabitə  və  İnformasiya 





Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin