Əfəndiyeva Günel Mustafa qızı
Bakı şəhərində ana-
dan olub. 2008-ci ildə
Nizami rayonundakı
N.Həmzəyev adına
238 saylı orta məktəbi
bitirərək 610 balla
ATU-nun I Müalicə-
profilaktika fakültəsinə
daxil olub. Orta
məktəbdə oxuduğu
zaman bir sıra olim-
piadalarda iştirak edərək müvəffəqiyyət qaza-
nıb. 2013-cü ildə Fransada Hematologiya üzrə
keçirilən konfransda iştirak edib və sertifikatla
təltif olunub. Universitetdə oxuduğu illərdə ATU-
nun Tələbə Elmi Cəmiyyətinin üzvü olub. Patoloji
fiziologiya kafedrasından “Şəkərli diabet və onun
qara ciyərə təsiri”, Daxili xəstəliklərin propedevti-
kası kafedrasından “Miokard infarktı” mövzusun-
da elmi işlər işləyib və diplomlarla təltif olunub.
ATU tələbə birliyinin hazırladığı “5 gün rezident
ol” layihəsində onkologiya üzrə rezident işləyib
və ATU-nun rektoru, akademik Ə.Əmiraslanov
tərəfindən sertifikatla təltif olunub.
Arzusu ATU-nu bitirdikdən sonra seçdiyi ixtisas
üzrə xalqına və vətəninə layiqli oftalmoloq-həkim
kimi xidmət etməkdir.
İbrahimli Ülkər İsaq qızı
Cəlilabad rayonunda ana-
dan olub. Nizami rayonundakı
214 saylı orta məktəbi 2008-ci
ildə bitirərək 630 balla ATU-
nun I MPF-nə daxil olub. Orta
məktəbdə kimya, xarici dil və
tarix fənni üzrə olimpiadaların
rayon və şəhər turlarında iştirak
edərək I və II yerə layiq görülüb.
2012-ci ildə Türkiyə Respubli-
kasında kardiologiya üzrə konfransda iştirak edib.
2012-ci ilin avqust ayında İstanbul Universitetinin
Tibb fakültəsində iş təcrübəsi keçib.
Universitetdə oxuduğu illərdə TEC-in üzvü
olub. ATU-nun tələbə birliyinin hazırladığı “5
gün rezident ol” layihəsində onkologiya üzrə
rezident işləyib və ATU-nun rektoru, akademik
Ə.Əmiraslanov tərəfindən sertifikata layiq görülüb.
Məqsədi ATU-nu bitirdikdən sonra təhsilini Alma-
niyada davam etdirmək, bacarıqlı mütəxəssis kimi
yetişməkdir.
Ahu Müjgan Onk
1990-cı ildə ziyalı
ailəsində anadan olub.
1997-2008-ci illərdə
T.İsmayılov adına 6
saylı məktəb-liseyi əla
qiymətlərlə başa vurub.
2008-ci ildə 580 balla
Azərbaycan Tibb Uni-
versitetinin Pediatriya
fakültəsinə daxil olub.
2008-ci ildə “Respub-
lika Olimpiadası”nda
biologiya fənni üzrə I yerə çıxıb.
Uşaqları sevdiyindən uşaq ixtisasını seçən
Müjgan ATU-da oxuduğu illərdə dərsdən
kənar bir çox ictimai fəaliyyətlərlə məşğul olub.
Məqsədi Tələbə Qəbulu üzrə Dövlət Komissi-
yasının keçirtdiyi rezidentura pilləsində keçirilən
imtahanları uğurla keçməkdir.
Qaçaylı leyla Nofəl qızı
1
991-ci il dekabrın 26-da
Bakı şəhərində anadan
olub. 1998-ci ildə Bakı
şəhərindəki 176 saylı orta
məktəbin I sinfinə gedib.
2000-ci ildə isə II sinfi
bitirdikdən sonra imtahan
verərək birbaşa IV sinfə
keçib. Məktəbdə oxuyarkən
dəfələrlə fənn olimpiadala-
rında iştirak edib, riyaziyyat
fənni üzrə I yeri qazanıb-
dır. 2008-ci ildə Heydər Əliyevin 85 illiyinə həsr
olunmuş məktəblərarası olimpiadada I yeri tutub.
2008-ci ildə 685 balla ATU-nun I MPF-nə daxil olub
və Prezident təqaüdünə layiq görülüb.
Arzusu təhsilini davam etdirmək, savadlı həkim
olmaqdır.
Nağızadə Bilqeyis Elmir qızı
2008-ci ildə
Gəncə şəhərindəki
M.Mehdizadə adına
4 saylı orta məktəbi
bitirərək 590 balla
ATU-nun II Müalicə işi
fakültəsinə daxil olub.
Məktəbdə oxuduğu
illərdə olimpiadalarda
iştirak edib. Ingilis dili
üzrə keçirilən FLEX
müsabiqəsində və III kursda TEC-in konfran-
sında iştirak edib.
Bilqeyis rus, ingilis, türk dillərində sərbəst
danışır. Arzusu rezidenturaya qəbul olduqdan
sonra insanların sağlamlığı keşiyində dayan-
maqdır.
Àzəðáàéúàí Òèáá Óíèâåðñèòåòèíè əëà
Àzəðáàéúàí Òèáá Óíèâåðñèòåòèíè əëà
25 iyun 2014-ъц ил
http://www.amu.edu.az
5
Əhmədli Nərmin İslam qızı
1991-ci ildə Şəki şəhərində
anadan olub. 1997-ci ildə
Şəki şəhərindəki 5 saylı orta
məktəbə gedib. 2008-ci ildə
Şəki şəhər fizika-riyaziyyat
və humanitar təmayüllü
liseyi bitirib. Həmin ildə 695
balla ATU-nun I Müalicə-
profilaktika fakültəsinə daxil
olub. 2014-cü ildə universiteti
bitirərək fərqlənmə diplomu alıb.
İsmayılov Surəddin Sədrəddin oğlu
1997-ci ildə
Bakı şəhəri Xətai
rayonundakı
M.Hacıyev adına 116
saylı orta məktəbin
1-ci sinfinə gedib. Orta
təhsil müddətində
dəfələrlə məktəb
olimpiadalarında iştirak
edib, rayon, şəhər
turnirlərinin qalibi
olub. 2003-cü ildə Beynəlxalq Qırmızı Xaç
Komitəsinin təşkil etdiyi “Humanitar Prinsiplər
və Beynəlxalq Humanitar Hüququn əsasları”
üzrə bilik müsabiqəsinin birinci turunun qalibi
olub və qurumun Azərbaycan bölməsinin
rəhbəri Floran Korna tərəfindən sertifikatla
mükafatlandırılıb. 2008-ci ildə həmin məktəbi
əla qiymətlərlə bitirərək yüksək balla
Azərbaycan Tibb Universitetinin pediatriya
fakültəsinə daxil olub. Aşağı kurslardan
Universitetin elmi-ictimai həyatında aktiv
iştirak edib, müxtəlif tədbirlərin təşkilində rol
oynayıb. III kursdan pediatriya fakültəsinin
Tələbə Elmi Cəmiyyətinin üzvü, daha sonra
bölmə sədri olub. V kursdan universiteti
bitirənə kimi həmin cəmiyyətin sədri
vəzifəsində çalışıb. Bu müddətdə müxtəlif
ölkədaxili və ölkəxarici elmi konfranslarda
istər iştirakçı, istərsə də təşkilatçı kimi iştirak
edib, diplom və sertifikatlara layiq görülüb.
2014-cü ilin may ayında tələbələr və gənc
həkimlər üçün keçirilən I Beynəlxalq Tibb
Konqresinin koordinatoru olub.
Başlıca məqsədi təhsilini xaricdə davam
etdirmək, Vətənə döndükdən sonra qazandığı
bilik və bacarıqlardan xalqın sağlamlığı
naminə istifadə etməkdir.
Hüseynova Mehriban Rafael qızı
2008-ci ildə Gəncə
şəhərində yerləşən 4
saylı orta məktəbi əla
qiymətlərlə başa vura-
raq 630 balla ATU-nun
II Müalicə işi fakültəsinə
qəbul olub. Orta
məktəbdə oxuduğu illərdə
kimya və biologiya üzrə
keçirilən rayon olimpia-
dalarının qalibi olub. III
kursdan TEC-nin fəal üzvü
kimi fəaliyyət göstərib.
O, 2013-cü ildə TEC-in
yekun elmi konfransında diploma layiq görülüb.
Mehriban ingilis, türk və rus dillərində sərbəst
danışır. Arzusu rezidenturaya qəbul olmaq,
gələcəkdə yüksək səviyyəli mütəxəssis kimi
yetişməkdir.
Quluzadə lalə Çingiz qızı
1997-ci ildə Suraxa-
nı rayonunda yerləşən
xarici dillər təmayüllü
gimnaziyasının I sinfinə
daxil olub. Gimnaziya-
da oxuduğu müddətdə
nümunəvi davranış və
dərs müvəffəqiyyətinə
görə fəxri fərmanlarla
təltif olunub. 9-cu sinfi
qırmızı şəhadətnamə
ilə bitirərək Qubadlı 1 saylı tam orta məktəbinə
daxil olub. 2008-ci ildə orta məktəbi bitirərək 647
balla Azərbaycan Tibb Universitetinin Müalicə işi
fakültəsinə daxil olub.
2010-cu ilin aprelində Tələbə elmi Cəmiyyətinin
keçirdiyi konfransda fəal iştirakına görə diplomla təltif
olunub.
2011-ci il iyulun 11-dən avqustun 8-ə dək
Türkiyənin Qazi Universitetində istehsalat təcrübəsi
keçərək bir sıra konfransların sertifikatları ilə təltif
olunub.
Bayramova Nigar Qalib qızı
1991-ci ildə Gəncə
şəhərində anadan olub.
2008-ci ildə orta məktəbi
əla qiymətlərlə bitirb. Elə
həmin ildə ATU-nun MPF-
nə daxil olub, fərqlənmə
diplomu ilə universiteti
bitirib. Orta məktəbdə oxu-
duğu dövrdə bir neçə dəfə
olimpiadalarda iştirak edib
və diploma layiq görülüb.
Həyatda qazandığı nailiyyətlərə görə Allaha və
anasına borclu olduğunu bildirir. Kariyerasını davam
etdirmək arzusundadır.
Əhədova Tahirə Ceyhun qızı
2008-ci ildə 289
saylı “Zəngi” liseyini
bitirdikdən sonra yüksək
balla Azərbaycan Tibb
Universitetinin müalicə-
profilaktika fakültəsinə
daxil olub. Orta məktəb
illərində keçirilən bir
neçə olimpida və
müsabiqələrin qalibi
olub. Oxuduğu müddətdə
Prezident təqaüdü alıb.
2014-cü il martın 30-da keçirilən rezidenturaya qəbul
imtahanının I mərhələsində 75 bal toplayıb.
Abduləlimova Xatirə Rəfail qızı
1991-ci ildə Bakıda anadan
olub. 1997-ci ildə Bakı şəhəri,
Biləcəri qəsəbəsi 2 saylı orta
məktəbin I sinfinə gedib. 2004-
cü ildə oradan Respublika
İncəsənət Gimnaziyasına keçib.
2008-ci ildə gimnaziyanın
Fortepiano şöbəsini və tam orta
məktəbi əla qiymətlərlə bitirib.
Yüksək balla ATU-nun I Müalicə
işi fakültəsinə daxil olub. Universitetin III kursunda
Tələbə Elmi Cəmiyyətinin fəal iştirakçısı kimi “Pa-
tofiziologiya” kafedrasında işlədiyi elmi işinə görə
universitet üzrə II yerə layiq görülüb. Universitetin
“Daxili xəstəliklərin propedevtikası” kafedrasında
işlədiyi elmi işinə görə II yeri, eləcə də VI kursda
universitetin “Ginekologiya” kafedrasında “Biyan
kökünün ginekoloji xəstəliklərin müalicəsində rolu”
mövzusunda çıxış etdiyi elmi işinə görə I yeri qaza-
nıb. Rus və ingilis dillərini bilir. Bütün fənlərdən əla
qiymət alaraq universiteti əlaçı kimi bitirir.
Arzusu həkim-kardioloq olmaqdır.
Rüstəmov Rizvan vilyam oğlu
1991-ci ildə Bakıda mühəndis
ailəsində anadan olub. 1997-ci ildə
Sabunçu rayonundakı 192 saylı
orta məktəbin I sinfinə gedib. Orta
məktəbdə oxuduğu illərdə bir sıra
olimpiadalarda iştirak edib. 2006-
ci ildə kimya olimpiadasında şəhər
turunun qalibi olub. 2008-ci ildə 81
sayli orta məktəbi əla qiymətlərlə
bitirib. Elə həmin ildə Azərbaycan
Tibb Universitetinin pediatriya
fakültəsinə daxil olub. Aşağı kurs-
lardan etibarən universitetin elmi-ictimai fəaliyyətində
aktivlik göstərib. Dəfələrlə universitetdaxili və universi-
tetxarici (İMESCON 2012, Samsun/Türkiyə) konfrans-
larda iştirak edib, sertifikatlara layiq görülüb. 2013-cü
ildə Tələbə Gənclər Təşkilatının təşkil etdiyi Məntiq
olimpiadasında fəxri fərmana layiq gorülüb. Eləcə də
universitetdaxili müxtəlif tədbirlərin təşkilində fəaliyyət
göstərib. Habelə 2-3 May 2014-cü ildə keçirilən tələbə
və gənc həkimlər üçün I Beynəlxalq Tibb Konqresi-
nin Təşkilat Komitəsində Elmi İşlər üzrə kordinator
vəzifəsində çalışıb. 2014-cu ildə Azərbaycan Tibb Uni-
versitetini fərqlənmə diploma ilə bitirir.
Gələcək planı təhsilini xaricdə davam etdirmək,
elmi-praktik vərdişlərə dərindən yiyələndikdən sonra
Azərbaycan Səhiyyəsinin inkişafında üzərinə düşən
vəzifəni layiqincə yerinə yetirmək və xalqa xidmət
etməkdir.
Şirinova Səmra Mabud qızı
Ağdaş rayonunda doğulub. 2008-
ci ildə Yasamal rayonu 199 saylı orta
məktəbi bitirərək yüksək balla ATU-
nun II MPF fakültəsinə daxil olub.
681 bal topladığı üçün Prezident
təqaüdü alıb. Məktəbdə oxuduğu
illərdə biologiya, kimya fənləri üzrə
olimpadalarda iştirak edib və I yer
tutub. Universitetdə oxuyarkən Da-
xili xəstəliklər kafedrasında “Şəkərli
diabet” üzrə elmi iş götürərək mövzu ilə əlaqəli çıxış
edib. Arzusu gələcəkdə Almaniyada yüksək ixtisaslı
xəstəxanalardan birində rezidentura təhsili keçməkdir.
Abasov Camal Naib oğlu
1991-ci il mayın 18-də Cəlilabad rayonunda anadan olub.
1997-ci ildə Bakı şəhərindəki 164 saylı orta məktəbin I
sinfinə gedib. 2008-ci ildə həmin məktəbi bitirərək ATU-
nun Hərbi Tibb Fakültəsinə daxil olub. Universitet TEC-nin
konfranslarında fəal iştirakına görə diplom və sertifikatlarla
təltif olunub. Hazırda universiteti əla qiymətlərlə və tibb
xidməti leytenantı hərbi rütbəsi ilə bitirir.
ãèéìəòëəðëə áàşà âóðàí ìəzóíëàðûìûz
ãèéìəòëəðëə áàşà âóðàí ìəzóíëàðûìûz
http://www.amu.edu.az
25 iyun 2014-ъц ил
6
Azərbaycan Tibb Universitetinin Hərbi
Tibb Fakültəsi Respublika Preziden-
ti Ali Baş Komandan Heydər Əlirza oğlu
Əliyevin 25 may 425 saylı 2000-ci il tarixli
Fərmanına uyğun olaraq hərbi tibb kadrla-
rının hazırlığı məqsədi ilə təsis edilmişdir.
Hərbi tibb fakültəsinin rəisi tibb xidməti
polkovnik-leytenantı Fəxrəddin Ağayevdir.
Fəaliyyət göstərdiyi 14 il ərzində Hərbi
Tibb Fakültəsində hərbi təbabətin müxtəlif
sahələri üzrə onlarla mütəxəssis yetişdiril-
mişdir.
Hərbi Tibb fakültəsinin zabit-müəllim
heyəti Qarabağ müharibəsində böyük
təcrübə toplamış, döyüş əməliyyatlarının
qızğın vaxtında müalicə-təxliyyə, sanita-
riya-epidemioloji, tibbi təchizat və digər
tədbirləri uğurla həyata keçirmişlər.
Hərbi Tibb Fakültəsinin tədris və maddi-
texniki bazasına Silahlı Qüvvələrin hərbi
tibb müəssisələri və Azərbaycan Tibb Uni-
versitetinin hərbi həkimlər və feldşerlərin
ümumi ixtisas hazırlığı üçün zəruri olan
klinikaları (poliklinikaları), tədris labora-
toriyaları və tədris planının tam həcmdə
keçirilməsini, elmi-tədqiqat işlərinin aparıl-
masını təmin edən digər obyektlər daxildir.
Hərbi
həkimlərin
hazırlanmasında
beynəlxalq təcrübəyə əsaslanan fakültə
Azərbaycan Silahlı Qüvvələrinin bütün
güc strukturları üçün yüksək səviyyəli
hərbi tibb kadrları hazırlayır və fəaliyyətini
Avropanın, Türki yənin, digər inkişaf et-
miş ölkələrin hərbi tibb müəssiləri ilə sıx
əməkdaşlıq çərçivəsində qurur.
Azərbaycanda ali əczaçılıq
təhsilinin
tarixi
1938-ci
ildən başlanır. Həmin ildə
Bakıda Azərbaycan Dövlət
Əczaçılıq
İnstitutu
təşkil
edilmişdir. İnstitutun rektoru
vəzifəsini bacarıqlı təşkilatçı
və siyasi dövlət xadimi prof.
Əziz Məmmədkərim oğlu
Əliyev, prorektoru vəzifəsini
prof. Əbdüləhəd Səftər oğlu
Həsənov, dekan vəzifəsini isə əczaçılıq magistri İ.K.Qolberq yerinə
yetirmişdir. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi başladıqdan
sonra institut əməkdaşlarının bir hissəsi ordu sıralarına cəlb edildiyinə
görə tədris prosesində ciddi çətinliklər yaranmışdı. Bunu əsas tutaraq
1942-ci lidə Əczaçılıq İnstitutu ləğv edilmiş, onun bazası və tələbələri
Azərbaycan Dövlət Tibb İnstitutunda təşkil edilən əczaçılıq fakültəsinə
verilmişdir. Son illərdə ölkəmizdə ali təhsil sahəsində aparılan
islahatlar əczaçılıq fakültəsinin fəaliyyətində də öz əksini tapmışdır. Bu
islahatlarla əlaqədar, fakültədə çoxpilləli təhsil sisteminə keçilmişdir.
Hal-hazırda fakültədə tələbələr müvafiq olaraq Azərbaycan, rus və
ingilis dillərində bakalavr və magistr pilləsində təhsil alırlar. Əczaçılıq
fakültəsinin dekanı vəzifəsini professor Tahir Süleymanov icra edir.
Fakültənin nəzdində 9 kafedra fəaliyyət göstərir.
Hazırda Tibb Universitetində hüquq və vəzifələri
eyni olan 2 müalicə-profilaktika fakültəsi (birinci
və ikinci) vardır. Bu fakültələr 1974-cü ildə vahid
müalicə-profilaktika fakültəsinin 2 yerə bölünməsi
yolu ilə yaradılmışdır. Müalicə-profilaktika fakültəsi
Azərbay can Tibb Universitetinin bütün 84 illik tarixi
ərzində, həmçinin də 1919-cu ildə yaradılmış Bakı
Dövlət Universitetinin «tibb fakültəsi» nəzdində
elə bu ad altında fəaliyyət göstərmişdir. On ildən
artıq bir müddətdə (1919-1930) BDU-nun tərkibində
fəaliyyət göstərən müalicə - profilaktika fakültəsi
maddi - texniki bazasını, kadr potensialını və tələbə
qəbulunu genişləndirərək böyük bir fakültəyə
çevrilmişdi. Müalicə-profilaktika fakültəsinin bazası
əsasında 2 fakültənin yaradılması zərurəti bununla
əlaqədar olmuşdur ki, 1956-cı ildən etibarən bu
fakültədə tələbələrin sayı ilbəil artırılmış və 1973-cü
ildə 4500 nəfərə çatdırılmışdır.
İnstitutun o vaxtkı rektoru professor Z.Quliyevanın
5 may 1974-cü il tarixli 89 N-li əmri ilə II müalicə-
profilaktika fakültəsi təşkil edilmişdir. Həmin
əmrə əsasən I müalicə-profilaktika fakültəsinin
dekanı vəzifəsinə professor S.Kərimov, II müalicə-
profilaktika fakültəsinin dekanı vəzifəsinə isə
professor R.Yusibov təyin edilmişdi.
Fakültəyə hal-hazırda professor Abuzər Qaziyev rəhbərlik edir.
I MPF-də 299 nəfər professor-müəllim he yə ti çalışır ki, onlardan 1
nəfəri AMEA-nın həqiqi, 2 nəfər müxbir üzvü, 30 nəfər professor,
86 nəfər dosentdir.
I MPF-nin on ko lo gi ya kafedrası 2007-ci ilin iyun ayında fəaliyyətə
başlayan ATU-nun onkoloji klinikası bazasında, nəzəri kafedralar
(insan anatomiyası, tibbi biologiya və genetika, fəlsəfə) onlara
məxsus tədris binalarında fəaliyyət göstərirlər. Kliniki kafedralar
Səhiyyə Nazirliyinin müxtəlif bazalarında fəaliyyət göstərirdi.
Artıq terapiya yönümlü kafedralar Tədris Terapevtik Klinikada,
cərrahiyyə yönümlü kafedralar isə Tədris Cərrahiyyə klinikasında
yerləşdirilmişdir. Fakültədə 15 kafedra və 1 kurs fəaliyyət göstərir.
Pediatriya fakültəsinin ya-
ranmasına qədər pediatr kadr-
ları Bakı Universitetinin tibb
fakültəsinin məzunlarının ixti-
sas kursu keçməsi yolu ilə ha-
zırlanırdı. Bu kurslar 1925-ci
ildə yaradılmış Elmi- Tədqiqat
Pediatriya İnstitutunda keçiri-
lirdi. Azərbaycanda o dövrdə
uşaq səhiyyəsi sahəsində ça-
lışan həkimlərin az olması,
xəstəliklərin geniş yayılması və
uşaq ölümü hallarının həddən
artıq yüksək olması həkim-
pediatr kadrlarının hazırlanması
məsələsinin vacibliyini meydana
çıxarmışdı. Bu zərurətdən 1936-
cı ildə Azərbaycan Xalq Səhiyyə
Komissarlığının
qərarı ilə ləğv
edilmiş
sanita-
r i y a - g i g i y e n a
fakültəsinin baza-
sı əsasında pe-
diatriya fakültəsi
y a r a d ı l m ı ş d ı r.
Əslində indiki pe-
diatriya fakültəsi
1932-ci ilin fevral
ayında təşkil edilmiş «Ana və
uşaq mühafizəsi» fakültəsinin va-
risi hesab edilir. Fakültədə 13 ka-
fedra və 1 kurs fəaliyyət göstərir.
Fakültənin ilk dekanı göz
xəstəlikləri kafedrasının müdi-
ri professor A.Trubin olmuşdur.
Hazırda həmin fakültəyə do-
sent Nəriman Nağıyev rəhbərlik
edir.
Fakültənin
fəaliyyəti
illərində minlərlə yüksək ixtisaslı
mütəxəssislər hazırlanmış, onun
məzunları içərisindən görkəmli
alimlər və səhiyyə təşkilatçıları
yetişmişdir.
A
zərbaycan
Dövlət
Tibb
İnstitutu
1930-cu
ildə
təşkil
edilərkən,
onun
fakültələrindən
biri
sanitariya-
profilaktika
fakültəsi
olmuşdur.
1932-ci ildə institutda tropik təbabət
fakültəsi təşkil edilmiş və 1933-cü ildə
həmin fakültə sanitariya-profilaktika
fakültəsi
ilə
birləşdirilmişdir.
Birləşmiş fakültə sanitariya-gigiyena
fakültəsi adlandırılmışdır. 1936-cı
ildə bu fakültə dövrün tələbi nəzərə
alınmadan,
yuxarı
təşkilatların
sərəncamı ilə bağlanmışdır. Lakin
bu qərarın məqsədəuyğun olmadığı
tezliklə özünü göstərmiş və 1938-ci
ildən etibarən fakültənin fəaliyyəti bərpa
edilmişdir. Fakültəyə 1991-ci ildən
etibarən «tibbi-profilaktika fakültəsi» adı
verilmişdir. 1996-cı ildə bu fakültə «tibbi-
biologiya» fakültəsi ilə birləşdirilmiş və
bundan sonra ona «tibbi-profilaktika və
tibbi-biologiya» fakültəsi adı verilmişdir.
Sanitariya-profilaktika
fakültəsinin
ilk
dekanlarından
biri
professor
C.Hüseynov olmuşdur. 1985-1992-
ci illərdə dosent fakültəyə rəhbərlik
edən Aydın Məmmədov 1995-ci ildən
yenidən fakültənin dekanı vəzifəsinə
seçilmişdir və həmin ildən indiyə kimi
bu vəzifəni yerinə yetirir. Tibbi-biologiya
fakültəsinə yarandığı vaxtdan (1991-ci il)
sonra professor N.Quliyev (1991-1994)
və dosent M.Əminova (1994-1995)
rəhbərlik etmişlər. Birləşmədən sonrakı
illər ərzində (1996-cı ildən etibarən)
tibbi-profilaktika
və
tibbi-biologiya
fakültəsinə
dosent
A.Məmmədov
rəhbərlik edir. Hazırda tibbi-profilaktika
və tibbi-biologiya fakültəsində 383
tələbə təhsil alır. Bunlardan 327 nəfəri
tibbi-profilaktika, 56 nəfəri isə tibbi-
biologiya
bölməsinin
tələbələridir.
Fakültədə 9 kafedra fəaliyyət göstərir.
Ali təhsil sahəsində Respublikamızın
«Boloniya» prosesinə qoşulması ilə
əlaqədar olaraq, 2006-cı ildən tibbi-
biologiya ixtisası, 2008-ci ildən isə
tibbi-profilaktika ixtisası üzrə tədris
Avropa Kredit Sistemi əsasında təşkil
edilmişdir.
2005-ci ildə fakültənin dekanı vəzifəsinə do sent
Tariyel Mus tafa oğlu İsmayılov se çil mişdir və o, indiyə
qədər bu vəzifədə çalışır. Hazırda fakültədə 1809 tələbə
təhsil alır. Onlardan 1541 nəfəri Azərbaycan, 184 nəfəri
rus, 84 nəfəri isə təhsillərini ingilis dili bölməsində alır.
Diplomaqədərki dövrdə təhsildə fərqlənən tələbələr bir
sıra xarici ölkələrin (Türkiyə, Almaniya, ABŞ, Bolqarıstan,
Rumıniya və s.) qabaqcıl Universitetlərində təcrübə
keçmək imkanına malikdirlər. Hazırda məzunların
diplomdansonrakı mütəxəssis hazırlığı 2009-cu ildə
qəbul edilmiş «Təhsil qanunu»na uyğun olaraq aparılır.
Fakültənin nəzdində 15 kafedra və 3 (2 sərbəst və 1
müştərək) kurs fəaliyyət göstərir.
Dostları ilə paylaş: |