25 iyun 2014-ъц ил
http://www.amu.edu.az
7
D
övlət-buraxılış imtahanları ar-
tıq sona çatıb. İmtahanların
gedişatında obyektivlik və şəffaflıq
gözlənilmiş, hər bir tələbənin hazır-
laşıb sərbəst cavab verməsi üçün
əlverişli şərait yaradılmışdır.
İmtahanların nəticələri ilə daha yaxın-
dan tanış olmaq, builki məzunlar haq-
qında statistik məlumatlar almaq üçün I
müalicə işi fakültəsinin dekanı, professor
Abuzər Qazıyev, II müalicə işi fakültəsinin
dekanı, dosent Taryel İsmayılov, pediat-
riya fakültəsinin dekanı, dosent Nəriman
Nağıyev, tibbi-profilaktika və tibbi-biolo-
giya fakültəsinin dekanı, dosent Aydın
Məmmədov, stomatologiya fakültəsinin
dekanı, professor Zöhrab Qarayev, hərbi
tibb fakültəsinin rəisi, tibb xidməti pol-
kovnik-leytenantı Fəxrəddin Ağayev və
əczaçılıq fakültəsinin dekanı, professor
Tahir Süleymanovla əlaqə saxladıq.
Məlum oldu ki, I müalicə işi fakültəsini
bu il 254 nəfər bitirir. Bunlardan 216-sı
Azərbaycan, 22-si rus, 16-sı isə ingilis dili
bölmələrinin məzunlarıdır. Bu məzunların
sırasında 8-i Prezident təqaüdçüsü ol-
maqla 24 tələbə fərqlənmə diplomuna la-
yiq görülmüşdür.
II müalicə işi fakültəsini bu il 267 nəfər
bitirir. Bunlardan 231-i Azərbaycan,
36-sı rus bölməsinin məzunudur. Bu
məzunların sırasında 3-ü Prezident
təqaüdçüsü olmaqla 28 tələbə fərqlənmə
diplomuna layiq görülmüşdür.
Hər iki fakültənin tələbələri cərrahi
xəstəliklər, daxili xəstəliklər, mamalıq və
ginekologiya fənlərindən dövlət imtahan-
ları vermişlər.
Pediatriya fakültəsini bu il 186 nəfər
bitirir. Bunlardan 161-i Azərbaycan,
25-i isə rus bölməsinin məzunudur. Bu
məzunların sırasında 14 nəfər fərqlənmə
diplomuna layiq görülmüşdür.
Tələbələr uşaq xəstəlikləri və uşaq
cərrahlığı fənlərindən dövlət imtahanları
vermişlər.
Stomatologiya fakültəsini 200 nəfər
tələbə başa vurur. Onlardan 98 nəfəri
Azərbaycan vətəndaşı, 102 nəfəri isə
əcnəbidir. Builki məzunlar dörd fəndən se-
mestr imtahanı, üç fəndən isə-terapevtik
stomatologiya, ortopedik stomatologiya
və ağız, üz-çənə cərraihyəsi fənlərindən
yekun dövlət imtahanı veriblər. İmtahan-
lar iki mərhələdə - bacarıqlar və nəzəri
biliklər hissəsindən ibarət olmuşdur.
Tibbi profilaktika və tibbi biologiya
fakültəsini tibbi profilaktika ixtisası üzrə
bitirməli olan 44 tələbə, eyni zamanda
keçən il dövlət imtahanlarına buraxılmış
5 nəfər son kurs tələbəsi 2013-2014-cü
tədris ilində akademik borclarını təkrar
dinləmələr vasitəsilə ləğv etdikləri və
müvafiq tədris kreditlərini topladıqları
üçün dövlət imtahanlarına buraxılmışlar.
Beləliklə, dövlət imtahanlarına buraxılan
49 nəfər tələbə imtahanları uğurla verərək
həkim adına layiq görülmüşlər.
Tibbi biologiya ixtisası üzrə təhsil alan
məzunlar artıq 3-cü ildir ki, kredit siste-
minin tələblərinə uyğun olaraq dövlət im-
tahanlarını iki mərhələdə verirlər. İxtisas
üzrə son kursda təhsil alan 30 tələbədən 3
nəfəri təhsil proqramını yerinə yetirmədiyi
üçün dövlət imtahanlarına buraxılmamış-
dır. Eyni zamanda keçən il dövlət imta-
hanlarına buraxılmış 3 nəfər son kurs
tələbəsi 2013-2014-cü tədris ilində akade-
mik borclarını təkrar dinləmələr vasitəsilə
ləğv etdikləri və müvafiq tədris kreditlərini
topladıqları üçün dövlət imtahanlarına bu-
raxılmışlar. Dövlət imtahanlarından uğur-
la keçən 27 nəfər tələbəyə həkim-bioloq
adı verilmişdir.
Əczaçılıq fakültəsini 64 tələbə biti-
rir. Onların 16 nəfəri əcnəbi tələbədir.
Məzunlar toksikoloji kimya, əczaçılıq kim-
yası, farmakoqnoziya, əczaçılığın təşkili
və əczaçılıq texnologiyası fənlərindən
diplom müdafiəsi etmişlər.
Qeyd edək ki, şəffaflıq və tələbkarlıq
şəraitində keçirilmiş imtahanlarda heç bir
münaqişə halı yaranmamışdır. Xırda na-
razılıqlar operativ olaraq Dövlət Attesta-
siya Komissiyası tərəfindən yerindəcə də
həll edilmişdir.
ATU-nun rektoru, millət vəkili, akademik
Əhliman Əmiraslanov dövlət-buraxılış im-
tahanlarının gedişini daim nəzarətdə sax-
lamışdır.
* * *
Yay-semestr imtahanlarına gəldikdə
isə “Virtual Test Mərkəzi”nin məlumatına
əsasən,
imtahanlarda
5000-ə
ya-
xın tələbə 130 adda fəndən imtahan
verəcək. Əvvəlki illərə nisbətən imtahan
verən tələbələrin sayı çoxalıb, testə sa-
lınan sualların sayı artıb və bir qədər də
mürəkkəbləşdirilib. Həmçinin müəyyən
fənlər üzrə test bankı yaradılıb. Bir sözlə,
bu sistemin özündə yenilik olmasa da,
müsbətə doğru xeyli dəyişikliklər var.
İmtahanlar başlayan gündən hörmətli
rektorumuz, millət vəkili, akademik
Əhliman Əmiraslanov dəfələrlə “Virtual
Test Mərkəzi”nə gələrək tələbələrlə gö-
rüşüb, onların imtahanla bağlı fikirlərini
dinləyib, problemləri ilə yaxından ma-
raqlanıb. Rektorla tələbələrin bütün
görüşlərində klassik imtahanla yeni virtu-
al test imtahanlarının fərqli cəhətlərindən
söhbət açılıb. Tələbələrin böyük əksəriy-
yəti bu sistemin daha ədalətli və obyek-
tiv olduğunu dönə-dönə vurğulayıblar.
Mərkəzdən bildirilib ki, yay-semestr
imtahanları rektorun müvafiq əmrinə
əsasən iyul ayının 3-də başa çatacaq.
Qabil ABDUllAYEv
Dövlət imtahanları başa çatdi, nəticələr qənaətbəxşdir
İyunun 7-də Bakıda şahmat oyunu
üzrə kişilər arasında Azərbaycan
çempionatı başa çatdı.
Azərbaycan Tibb Universitetinin əczaçılıq
fakültəsinin 802-ci qrup tələbəsi, Beynəlxalq
qrossmeyster Ülvü Bacarani bu yarışlarda
uğurla cıxış etdi və Azərbaycanın mütləq
çempionu fəxri adını qazandı.
Sonuncu turda Beynəlxalq qrossmeyster
Zaur Məmmədova qalib gəlməklə mümkün
olan 7 xaldan 5 xal yığdı və gızıl medala
sahib oldu.
Yarışlarda iştirak edən 8 idmançının 5 nəfəri Beynəlxal qrossmeyster və 3
nəfəri Beynəlxalq idman ustası idi.
Ülvü Bacarani bu qələbəsi ilə öz reytinq cədvəlinə 14,8 xal əlavə elədi.
Bu ilin sentyabr ayında Bilbao şəhərində (İspaniya) şahmat üzrə Avropa
Kuboku keçiriləcək. Həmin yarışlarda Azərbaycanın “Odlar Yurdu” yığma
komandasının tərkibində yer alan tələbəmiz Ülvü Bacarani də öz gücünü
sınayacaq.
Gələcək yarışlarda Ülvü Bacaraniyə müvəffəqiyyətlər arzulayırıq!
S.İSAYEvA,
İdman klubunun sədri
Universitetimizin tələbəsi şahmat üzrə Azərbaycan
Çempionatının qalibi oldu
A
zərbaycan Tibb Universitetində Türkiyəli alimlərin iştirakı ilə canlı telekonfrans keçirilib.
Bağlantıya ATU professorları ilə yanaşı, Türkiyənin Bilim Universiteti, Şişli “FlORENCE
NİGHTİNGAlE” Araşdırma və Uyğulama xəstəxanasının mütəxəssisləri qatılıblar.
ATU-nun Tədris Tera-
pevtik Klinikasında baş tu-
tan canlı telekonfrans za-
manı Metabolik xəstəliklər
zamanı qaraciyər trans-
plantasiyası mövzusunda
çıxışlar olub. Bu mövzuda
professor Dr. Yaman To-
kat, Yıldıray Yüzey, Ahmet
Aydın və Tülay Erkan da-
nışıblar. Həmçinin, depo
xəstəlikləri,
aminturşu
metobolizm pozğunluqları,
üzvi asimediyalar mövzu-
sunda məruzələr səslənib.
Canlı bağlantının sonunda xəstəlik faktlarına dair müzakirələr aparılıb. Konfrans zamanı Azərbaycan
Tibb Universitetində aparılan müayinə və müalicələr, əməliyyatlar barədə videofaktlar açıqlanıb. Öz
növbəsində, türkiyəli mütəxəssislər də müzakirə olunan xəstəliklərə dair həyata keçirilən uğurlu
müalicələr haqqında məlumatları, foto və video çarxları nümayiş etdiriblər.
ATU-nun mətbuat xidməti
ATU-da Türkiyə tibb mərkəzləri ilə telekonfrans keçirilib
http://www.amu.edu.az
25 iyun 2014-ъц ил
ADR parlementi
1919-cu ilin sentyabr
ayının 1-də Bakı
Dövlət Universitetinin
təsis edilməsi haqda
qərar qəbul etmişdir.
Universitetin ən
böyük fakültələrindən
biri tibb fakültəsi
olmuşdur.
* * *
1920-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb
fakültəsinin heyətində 12 professor, 2 dosent və 27 assistent
çalışmışdır.
* * *
Universitetdə tədris işlərinə ilk azərbaycanlı kadrlar
M.Topçubaşov və M.Mirqasımov dəvət edilmişlər.
* * *
1922-ci ildə universitetin ilk buraxılışında 30 nəfər həkim
diplomu almışdır. Onlardan yalnız 3 nəfəri azərbaycanlı
olmuşdur.
* * *
Azərbaycan Tibb İnstitutunda uzun müddət kafedra müdiri
işləyən Adilə xanım Şaxtaxtinskaya (1894-1951) elmlər
doktoru adını alan ilk azərbaycanlı mama-ginekoloq qadındır.
* * *
Azərbaycanın ilk qadın elmlər doktoru da tibb mütəxəssisi
olmuşdur. Bu, 1929-ci ildə oftalmologiya sahəsində elmlər
doktoru adını almış Sona xanım Əlixanovadır.
* * *
BDU-nun tibb fakültəsində 10 il ərzində 1407 həkim
hazırlanmışdır.
* * *
Azərbaycan Dövlət Tibb İnstitutu Azərbaycan SSR Xalq
Komissarları Sovetinin 19 iyun 1930-cu il tarixli qərarı ilə
yaradılmışdır.
* * *
Fəaliyyətdə olduğu 10 il ərzində ADTİ-yə (1930-1940) 4733
tələbə qəbul olunmuşdur.
* * *
ATDİ-yə tələbə qəbulu artırılaraq 1970-1980-ci illərdə 1300
nəfərə çatmışdır.
* * *
1980-ci ilin 22 avqusunda yaradılmasının 50 illiyi
münasibətilə ADTİ SSRİ Ali Sovetinin fərmanı ilə «Qırmızı
Əmək Bayrağı Ordeni» ilə təltif edilmişdir.
* * *
Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1991-ci ildə
ADTİ Azərbaycan Dövlət Tibb Universiteti statusunu almışdır.
* * *
Öz fəaliyyəti dövründə Tibb Universitetində 60 minə yaxın
həkim və provizor hazırlanmışdır. ATU ali təhsil sahəsində
Avropa İttifaqı, Mərkəzi və Şərqi Avropa ölkələri ilə Şərqi
Asiya Ölkələri arasında əməkdaşlıq Tempus Tasis proqramına
görə Transavropa əməkdaşlığının üzvüdür.
* * *
Universitet 1996-cı ildə dünya ali təhsil müəssisələrinin
Beynəlxalq Reyestrinə daxil edilmişdir.
* * *
2000- ci ildə ulu öndər Heydər Əliyevin dəstəyi ilə ATU-nun
həyatında strateji əhəmiyyət kəsb edən hərbi tibb fakültəsi
yaradılmışdır.
* * *
2002-ci ildə ATU Avropa Universitetlər Assosiasiyasına
tam hüquqlu üzv qəbul edilmişdir.
* * *
Prezident İlham Əliyev 2010- cu il 28 aprel tarixində
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi
haqqında sərəncam imzalamışdır.
Hərbi tibb fakültəsinin III kurs, 1132
b
qrup tələbəsi Fərzəliyev Fuad Asif
oğlunun adına verilmiş qiymət kitabçası və tələbə bileti itdiyi üçün etibarsız
sayılır.
II müalicə-profilaktika fakültəsinin II kurs, 304
a
qrup tələbəsi Sabirzadə
Samir Azər oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.
Áàø ðåäàêòîð
ÅËÄÀÐ ÈÑÌÀÉÛË
Ìüÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí
ìþâãåéè üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.
ßëéàçìàëàð ýåðè ãàéòàðûëìûð.
Qəzet “Òÿáèá” ãÿze òè íèí
êîìïyuòåð ìÿð êÿ zèíäÿ éûğûëûð,
ñÿùè ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ
÷àï îëóíóð
.
Ц Н В А Н Ы М Ы З:
Мярданов гардашлары - 100
2-ъи мяртябя,
тел.: 595-24-97
tabibqazeti@gmail.com
Ëèñåíçèéà Н - 022633
Èíäåêñ -0269
Ñàéû 4000
Ñèôàðèø: 160
Dövlətimizin apardığı
ardıcıl islahatlar bütün
sahələrdə olduğu kimi
elm və təhsildə də özü-
nü göstərir. Son illər
ölkə rəhbərinin diqqət
və qayğısı nəticəsində
Azərbaycan Tibb Uni-
versitetinin mad-
di-texniki
bazası-
nın yaxşılaşdırılması
istiqamətində bir sıra
əhəmiyyətli tədbirlər
həyata
keçirilmiş,
res publikamızda
ali
təhsilli tibbi kadrların
yüksək səviyyədə ha-
zırlanması məqsədilə
bir sıra tədris klinika-
ları tikilib istifadəyə
verilmişdir.
Vaxtilə Azərbaycan Tibb Uni-
versitetinin klinik fənləri tədris
edən bir çox kafedralarının
paytaxtımızın müxtəlif rayon-
larının ərazisində yerləşməsi
səbəbindən tədris prosesinin
təşkilinə və nəzəri fənlərin
praktik təcrübə ilə daha sıx
əlaqələndirilməsinə
mənfi
təsir göstərirdi.
1998-ci il sentyabrın 28-də
ATU- nun 11 mərtəbəli tədris
binasının və 2000-ci il iyun
ayının 19–da ümummilli lide-
rimiz Heydər
Əliyevin iştirakı
ilə Azərbaycan
Tibb Universi-
tetinin 70 illik
təntənəli yubi-
ley tədbirində
isə böyük akt
zalının açılışı
olmuşdur. Hər
iki mərasimdə
ulu
öndər
Heydər Əliyevin proqram xa-
rakterli geniş tarixi nitqləri
toplantı içtirakçıları tərəfindən
gurultulu alqışlarla qarşılan-
mışdır.
2002- ci ildə ümummilli lider
Heydər Əliyevin diqqət və qay-
ğısı sayəsində Azərbaycan
Tibb Universitetinin ilk klinika-
sı olan Stomatoloji, 2006- cı
ildə isə ölkə prezidenti cənab
İlham
Əliyevin
yaxından
köməkliyi ilə Onkoloji Klini-
kanın yaradılması haqqında
hökumət strukturunda qərar
qəbul edildi.
2007-ci ilin avqust ayın-
da Azərbaycan Tibb Uni-
versitetinin
rektoru,
millət vəkili, akademik
Əhliman Əmiraslanov
çoxprofilli terapevtik
klinikaya olan ehti-
yacın zəruriliyi haq-
qında ölkə rəhbəri
cənab Ilham Əliyevə
müraciət etmiş və
möhtərəm prezident
bu müraciətə dərhal
cavab verərək elə
həmin ilin 11 sentyab-
rında ATU-nun Tədris
Terapevtik Klinikasının yara-
dılması haqqında sərəncam
imzalamışdır.
Az sonra 2007-ci il sent-
yabrın 18-də Azərbaycan
Tibb Universitetinin çoxprofilli
Tədris Terapevtik Klinikasının
təməli qoyulmuş və 2010-cu
il oktyabrın 1-də 14 mərtəbəli
bu möhtəşəm klinikanın açılış
mərasimi olmuşdur.
2008-ci il martın 13-də
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev
Azərbaycan Tibb Universi-
tetinin daha bir yeni Tədris
Cərrahiyyə Klinikasının yara-
dılması haqqında sərəncam
imzalayır. Çox keçmir ki,
2013-cu il oktyabrın 12-də
ümumi ərazisi 45 min kvadrat-
metr olan bu cərrahiyönümlü
klinika bütün müasir avadan-
lıqlarla təchiz edilərək ATU-
nun müəllim və tələbələrinin
ixtiyarına verilir .
Hər iki unikal klinikanın açılış
mərasimlərində ölkə başçısı,
möhtərəm Prezidentimiz İlham
Əliyev və Heydər Əliyev Fon-
dunun Prezidentı, YUNESKO
və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva işti-
rak etmişlər.
Beləliklə, yuxarıda qeyd edil-
diyi kimi müxtəlif ərazilərdə
yerləşən kafedraların vahid bir
məkanda mərkəzləşdirilməsi
Azərbaycan Tibb Universi-
tetinin bu istiqamətdə tədris
prosesinin təşkilinin yaxşılaş-
dırılması və həmçinin elmi-
tədqiqat işlərinin aparılması
üçün böyük imkanlar yarat-
mışdır.
M.ƏlƏKBƏRlI
ATU rəqəmlərin dili ilə
ATU rəqəmlərin dili ilə
Azərbaycan Tibb Universitetinə
Dövlət qayğısı