Floqogen amilin zərərsizləşdirilməsindən sonra iltihab zonasının məhdudlaşmasına və onun yeni, sağlam toxuma ilə əvəz olunmasına doğru yönələn proseslər baş verir. Müxtəlif hüceyrələrin diferensiasiyası zamanı yetkin fibroblastlar, fibrositlər, tosqun, plazmatik hüceyrələr və yeni kapillyarlar əmələ gəlir.
Proliferasiya stimulyatorlarıtoxumalara qan plazmasından keçir və ya onlar iltihab ocağında yerləşən hüceyrələrdən azad olur. Bunlara epidermisin böyümə amilini (EGF), fibroblastların böyümə amilini (FGF), TNF, İGF-1 və s. göstərmək olar. Bu stimulyatorların təsiri hüceyrədaxili proteinkinazaların (proteinkinaza C və tirozin proteinkinaza) fəallaşması ilə reallaşır.
Proliferasiya inhibitorlarına TGF-β, IL-10 və s. aiddir. Əvvəllər proliferasiya inhibitoru olan böyümə amilləri keylonlar adlandırılırdı. İltihab ocağında hüceyrələrin zədələnməsi və məhvi zamanı toxumalarda keylonların qatılığı azalır, nəticədə keylonların kambial hüceyrələrə ləngidici təsiri zəifləyir.
İltihabın başa çatmasında fibroblastlar və endoteliositlər mühüm rol oynayır. İltihab zonasınıın fibroblastlarla əhatə olunması və neoangiogenez prosesi bu mərhələdə başa çatır. Fibroblastların miqrasiyası kollagenin parçalanma məhsulları, interleykin-1, fibronektin və s. maddələr vasitəsilə baş verir.
İltihabın başa çatmasında fibroblastlar və endoteliositlər mühüm rol oynayır. İltihab zonasınıın fibroblastlarla əhatə olunması və neoangiogenez prosesi bu mərhələdə başa çatır. Fibroblastların miqrasiyası kollagenin parçalanma məhsulları, interleykin-1, fibronektin və s. maddələr vasitəsilə baş verir.
İltihab ocağı ətrafındakı zədələnməmiş kapillyarlardan iltihab zonasına miqrasiya edən endoteliositlər isə angiogenez prosesinə başlanğıc verir. Belə ki, zədələnməmiş damarın bazal membranı proteolitik deqradasiyaya uğrayır, endotel hüceyrələr buradan angiogen stimulun (makrofaqlardan sintez olunan VEGF, FGF-β) təsiri ilə oksigen qradientinin az olduğu tərəfə miqrasiya edir. Miqrasiya etmiş endoteliositlər proliferasiya və diferensiasiya edərək, damar mənfəzini formalaşdırır. Damarın bazal membranı isə birləşdirici toxuma hüceyrələri tərəfindən sintez olunur.
Beləliklə, toxumaların reparasiyası aşağıdakı proseslər hesabına baş verir: