Azərbaycan Tibb Universiteti


parenxima hüceyrələrinin proliferasiyası



Yüklə 60,81 Kb.
səhifə17/20
tarix19.12.2023
ölçüsü60,81 Kb.
#187058
1   ...   12   13   14   15   16   17   18   19   20
Patfiz.İltihab.Qızdırma-1

1. parenxima hüceyrələrinin proliferasiyası;

2. birləşdirici toxuma hüceyrələrinin miqrasiyası və proliferasiyası;

3. hüceyrədənkənar matriks zülallarının sintezi.

Kəskin iltihabın nəticəsi


struktur və funksiyanın tam bərpası
çapıq toxumanın əmələ gəlməsi.
kəskin iltihabın xronik hala keçməsi.

Xronik iltihab

  • Xronik iltihab uzun müddət (həftələr, aylar, illərlə) davam edərək, mononuklear hüceyrə infiltrasiyası, qranulemanın əmələ gəlməsi, fibroz kapsulun yaranması və iltihab ocağının mərkəzində nekrozun inkişafı ilə səciyyələnir.
  • Birincili xronik iltihabın inkişaf səbəblərinə aiddir:bəzi infeksiyalar ; zərərli (ekzogen və endogen) amillərin uzun müddət təsiri; autoimmun xəstəliklər.
  • Xronik iltihabın patogenezinin əsasını natamam faqositoz təşkil edir. Bu zaman floqogen amil orqanizmdən kənarlaşdırıla bilmir. Xronik iltihabın əsas hüceyrələri makrofaqlar, limfositlər, plazmatik hüceyrələr və eozinofillərdir.
  • Qranulema – xronik iltihabın morfoloji əsası olub, fibroz kapsula malik və limfositlərlə əhatə olunmuş makrofaqlar toplusudur. IFN-γ-nın təsiri altında dəyişilmiş makrofaqlar epitel hüceyrələrinə bənzədiyinə görə bəzən epitelioid histiositlər adlanır.

İltihabın yerli əlamətləri


Qızartı (rubor)
Şişkinlik (tumor)
Ağrı (dolor)
Temperaturun yüksəlməsi (calor)
Funksiyaların pozulması (functio laese)

İltihabın ümumi əlamətləri


Qızdırma
Leykositoz
Qanda “kəskin faza zülalları”nın qatılığının artması
İntoksikasiya
EÇS-in artması.

Qızdırma

  • Qızdırma tipik patoloji proses olub, ali homoyoterm orqanizmlərin müxtəlif amillərin təsirinə qarşı daxili mühit temperaturunun yüksəlməsi ilə cavab verdiyi mühafizə-uyğunlaşma reaksiyasıdır.
  • Qızdırmanın etiologiyası. Digər tipik patoloji proseslər kimi, qızdırma da polietiolojidir. Qızdırma əmələ gətirən maddələr pirogen (yunanca “pyr” – “pyretos”və ya “pyros” – alov, od – istilik daşıyan) adlanır.

Yüklə 60,81 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin