Biogen aminlər (histamin və serotonin) tosqun huceyrələrin deqranulyasiya məhsulları olub, kəskin iltihab ocağında ilkin mikrusirkulyator pozulmaların va damar keciriciliyinin artmasının əsas mediatorlanı hesab edilir. İltihab zamanı toxuma bazofillərinin deqranulyasiyasını torədən amillərə aiddir:
tosqun hüceyrələrə floqogen amilin bilavasitə təsiri;
antigen-anticisim kompleksi (I tip allergik reaksiyalar);
fəal proteazalar, xüsusilə lizosomal proteazalar:
komplementin aktivləşmamahsulları (C3a, C5a);
bəzi sitokinlər (IL-1 və IL-8).
Lizosomal fermenlər iltihab ocağında qranulositlərdən, monositlərdən və makrofaqlardan azad olur.
İkincili alterasiya törədir.
Turş proteazalar faqolizosomda bakteriyaları və onların hissəciklərini parçalayır (turşmühitdə)
neytral proteazalar (kollagenaza, elastaza, katepsin və s.) ekstrasellülar matriksdə fəallaşır,elastin, kollagen və digər zülalları parçalayaraq, destruktiv zədələnmələrə səbəb olur,iltihab ocağında fiziki-kimyəvi və metabolik dəyişikliklər törədir, maddələrin hidrolitikparçalanmasını fəallaşdırır,
digər iltihab mediatorlarının əmələ gəlməsində iştirak edir, məs.: komplement, kallikreinkinin sistemlərini fəallaşdırır, toxuma bazofillərinin deqranulyasiyasını stimulə edir və s
Lizosomal fermentlərin yuxarıda qeyd edilən effektləri serum və ekstrasellülar matriksdə olan birsra atiproazalar tərəfindən tənzimlənir. Bunlara a-antitripsin, a-makroqlobulin və s. aiddir. Buinhibitorların çatışmazlığı leykosit proteazalarının aktivləşməsinə və ağciyər emfizemasının inkişafına səbəb ola bilər.
Eykozanoidlər
Fosfolipaza A2 fermenti intrasellülar kalsium ionlarının artıq miqdarı ilə fəallaşaraq, hüceyrə membranının fosfolipidlərindən araxidon turşusunu azad edir. Araxidon turşusunun sonrakı çevrilmələri eykozanoidlərin yaranmasına səbəb olur. Araxidon turşusu metabolizminin 2 yolu mövcuddur: