Azərbaycan Tibb Universiteti



Yüklə 60,81 Kb.
səhifə5/20
tarix19.12.2023
ölçüsü60,81 Kb.
#187058
1   2   3   4   5   6   7   8   9   ...   20
Patfiz.İltihab.Qızdırma-1

Müəyyən olunmuşdur ki, siklooksigenazaların iki forması var: siklooksigenaza 1 və siklooksigenaza 2. Mədənin selikli qişasında yalnız siklooksigenaza 1 mövcuddur. Onun iştirakı ilə sintez olunan prostaqlandinlər mədənin selikli qişasını xlorid turşusunun təsirindən qoruyur. Siklooksigenaza 2-nin iştirakı ilə əmələ gələn PGF2g və PGA1 isə iltihab reaksiyalarını zəiflədir və yaraların sağalmasına səbəb olur.

  • Müəyyən olunmuşdur ki, siklooksigenazaların iki forması var: siklooksigenaza 1 və siklooksigenaza 2. Mədənin selikli qişasında yalnız siklooksigenaza 1 mövcuddur. Onun iştirakı ilə sintez olunan prostaqlandinlər mədənin selikli qişasını xlorid turşusunun təsirindən qoruyur. Siklooksigenaza 2-nin iştirakı ilə əmələ gələn PGF2g və PGA1 isə iltihab reaksiyalarını zəiflədir və yaraların sağalmasına səbəb olur.
  • Tromboksan A2 (TxA2) arteriolları daraldır, bronxospazm, trombositlərin adheziyasını və aqreqasiyasını törədir.
  • Prostasiklin (PGI2) tromboksanın antaqonistidir, yəni arteriolları və bronxları genişləndirir, trombositlərin aqreqasiyasını ləngidir, heparinin antikoaqulyant təsirini gücləndirir.

2. Lipooksigenaza yolu.

2. Lipooksigenaza yolu.

  • Leykotrienlər əsasən leykositlərdə, eləcə də trombositlərdə və ağciyərlərdə sintez olunur. LTC4, LTD4, LTE4 ləng təsirli anafilaksiya maddəsi adı altında da birləşdirilir. LTB4 güclü xemotaksis amilidir və neytrofillərin aqreqasiyasını törədir, LTC4, LTD4, LTE4 isə vazokonstriksiya, bronxospazm və damar divarının keçiriciliyini artırmaq kimi təsirlərə malikdir. Onların bronxospazm effekti histamindən fərqli olaraq ləng inkişaf etsə də, uzun müddət davam edir.
  • Lipoksinlər (LXA4, LXB4) də araxidon turşusunun metabolitləridir. Lipoksinlərin funksiyaları: antileykotrien təsir göstərir; neytrofillərin xemotaksisini, adheziyasını inhibə edir; vazodilatatordur (LXA4).

Trombositləri fəallaşdıran amil (PAF) – fosfolipaza A2 fermentinin təsiri altında membran fosfolipidlərindən əmələ gəlir. Əsas təsir effektlərinə aiddir:


Yüklə 60,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin