Mikrofloraya təsiri – bağırsağa düşmüş parazitlər onun biosinozunu dəyişdirir ki, bu da bağırsaqlarda yerləşən patogen və şərti-patogen mikrofloranın çoxalmasına şərait yaradır.
• Mübadilə proseslərinin pozulması – helmintlər orqanizmdə artıb-çoxalmaqları üçün metabolizm məhsullarını (zülal, yağ, karbohidratları, mikroelementləri) sərf edirlər. Bu baxımdan helmintlər maddələr mübadiləsində (zülalların, lipidlərin) iştirak edən bir sıra fermenrlərin aktivliyini aşağı salaraq, maddələr mübadiləsinin neyrohumoral tənzimlənməsinə təsir edir. Bunun nəticəsində intensiv invaziya zamanı hipovitaminoz, anemiya və s. kimi xəstəliklərin yaranması baş verir.