• biohelmintlər (sestodlar, trematodlar) - onların inkişaf etməsi üçün ara sahibin olması lazımdır. Gigiyenik qaydalara riayət etmədikdə, peroral və ya dəri vasitəsilə (ayaqyalın gəzdikdə, tarlada işlədikdə) yoluxma müşahidə olunur. Onlar insan orqanizminə inkişaf etmiş dövrdə düşürlər.
• təmas helmintləri – yoluxma insan orqanizmi üçün yoluxucu olan yetişmiş yumurtalarla təmas zamanı baş verir. Uşaqlara əşyalardan, çirkli əllərdən ötürülə bilər. Bu helmintlərə misal olaraq enterobiozları göstərmək olar.
Patogenez
Helmintlərin patogenezi polimorf xarakter daşıyır və aşağıdakı mexanizmləri özündə əks etdirir:
• Mexaniki təsir – orqanizmə daxil olmuş (peroral, dəri vasitəsi ilə) qurd yumurtaları müxtəlif orqanlara miqrasiya edərək çoxalırlar. Miqrasiya edən helmintlər orqan və toxumaları zədələməklə iltihabi reaksiyaların əmələ gəlməsinə səbəb olurlar.
• Allergik reaksiyaların stimulyasiyası – bu mexanizm bütün helmintlər üçün səciyyəvidir. Allergik reaksiya helmintlərin toksinlərinə qarşı orqanizmin sensibilizasiya olunması nəticəsində meydana çıxır. Bu toksinlər antigen rolunu oynayırlar. Həmin antigenlərin orqanizmə təkrardaxil olması ləng gedişli allergik reaksiyaların (övrə, ekzema və s.) və eozinofil infiltrasiyasının yaranmasına səbəb olur.