• sanitar-gigiyenik qaydalara ciddi riayət edilməlidir (dır-naqların kəsilməsi, əllərin isti su və sabunla tez-tez yuyulnası, alt paltarlarının hər gün dəyişdirilməsi, isti ütü ilə ütülənməsi).
• Helmizol (albendazol, albendol, andazol, zentel) 7,5-15 mq/kq dozada peros təyin edilir. Kombantrin (pirantel, kontil, helmintoks) 10 mq/kq dozada gündə bir dəfə təyin edilir. Mebendazol (mebendol, elmetin) gündə bir dəfə 1 həb təyin edilir.
• təmizləyici imalə - natrium-xloridlə aparılır
Trixosefalyoz
Trixosefallar yoğun bağırsaqda yerləşir və 5 ilə qədər orada yaşaya bilər. Parazitin baş hissəsi tük kimi nazik və uzundur. O, bu hissəsi ilə selikli qişaya yapışır, quyruq hissəsi ilə isə bağırsaqların divarına keçir. Qanla qidalandığı üçün rəngi qırmızıdır. Uzunluğu 3-5 sm–dir. Kor bağırsaqda yaşayır, yumurtalarını bağırsaq boşluğuna ifraz edir.
Klinikası
Klinik olaraq iştahasızlıq, ürəkbulanma, qarında ağrının olması ilə yanaşı, başgicəllənmə, dərinin avazıması, hipoxrom anemiya, ürək tonlarının karlaşması, huşun itməsi, epileptik qıcolma, ağır hallarda isə xoralı kolitə oxşar əlamətlərdə müşahidə edilə bilər
Müalicəsi
• naftamon (alkopar) 3-5 gün ərzində yeməkdən 2 saat əvvəl təyin olunur. 5 yaşa qədər 2-2,5 qr, 6-8 yaşda 3 qr, 9-10 yaşda 4 qr, 10 yaşdan yuxarı isə 5 qr dozada təyin olunur. Difezil 5 gün müddətində gündə 3 dəfə 2-5 yaşda 2-3 qr, 6-10 yaşda 3,5-4 qr, 11-15 yaşda 5 qr dozada verilir.
• enteroseptol 7 yaşa qədər 1,25 qr, 7 yaşdan yuxarı 0,5 qr-dan 10 gün ərzində gündə 3 dəfə təyin edilir
• təmizləyici imalə
• qarın nahiyəsinə 10 seans diatermiya.
Teniozlar
Parazitin uzunluğu 10 mm-ə çatır, çoxlu buğumlardan ibarətdir. Yumurtaları quyruq hissədəki buğumlarda yerləşir. Buğumlar vaxtaşırı qırılıb, nəcislə xaric olur. İnsan bu parazitə yaxşı bişirilməmiş əti yedikdə yoluxur.
Klinikası
Xəstədə tez yorulma, iştahasızlıq, qusma, mədə nahiyəsində ağrı, başağrısı, qıcolma, oyanıqlığın artması müşahidə edilir.
Müalicəsi
Teniozların müalicəsi stasionar şəraitdə aparılır:
• Fenasal 5 yaşa qədər 3-5 qr, 5-15 yaşda 5-7 qr təyin olunur.