Normal fiziologiya kafedrasının
əməkdaşları
ABŞ virusoloqları təsadüfən her-
pesin müalicəsi üçün çox təsirli
dərman kəşf ediblər: sən demə,
ürəklə bağlı problemlər yaranan-
da istifadə olunan “spirolakton”
preparatı herpesin müalicəsində
də səmərəlidir. Məlum olub ki,
artıq əlli ilə yaxın tibbi praktika-
da istifadə olunan bu preparatın
öyrənilməmiş xüsusiyyətləri var.
AZƏRTAC “planet-today.ru” saytı-
na istinadla xəbər verir ki, Yuta Uni-
versitetinin (Solt-Leyk-Siti) əməkdaşı
Sankara Svaminatanın rəhbərliyi ilə bir
qrup alim herpes viruslarına qarşı yeni
səmərəli vasitələrin axtarışı ilə məşğul
olublar. Təcrübələr göstərib ki, “spiro-
lakton” yoluxmuş hüceyrənin içindəki
virus hissəciklərinin toplanmasının
son fazasını pozur. Bu da virusun in-
kişafının və başqa hüceyrələrin yolux-
masının qarşısını alır.
Sankar Svaminatan deyib: “Spi-
rolakton” Epşteyn-Barra virusunu,
habelə başqa herpes viruslarını, o
cümlədən insanların dodaqlarında
əmələ gələn sadə herpesi çoxalmağa
qoymur. Qəribədir ki, yaxşı öyrənildiyi
düşünülən bu preparatın belə
xüsusiyyətləri var”.
Təyinatı başqa olduğu üçün çox-
saylı əlavə təsirləri olan “spirolakton”
hələlik herpesin müalicəsinə yararlı
deyil, amma mütəxəssislər bu dərman
əsasında heç bir əlavə təsiri olma-
yan yeni dərman hazırlamağa ümid
bəsləyirlər.
Ürək preparatı herpesin
müalicəsində də effektlidir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı il aprelin 3-də
2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında
həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul im-
tahanının I mərhələsini keçirəcək.
TQDK-nın mətbuat xid mətindən verilən mə lumata görə, namizədlər mar-
tın 29-dan etibarən öz elektron ərizələrinə daxil olaraq “Namizədin imtaha-
na buraxılış vərəqiəsi”ni çap edə bilərlər. Məlumat üçün bildiririk ki, imta-
handa iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2016-cı il martın
1-dən 10-dək aparılıb və 1239 nəfər namizəd elektron ərizə doldurub və
təsdiq edib. Onlardan 853 nəfəri qız, 386 nəfəri isə oğlandır. 1085 namizəd
Azərbaycan bölməsinin, 154 namizəd isə rus bölməsinin məzunudur.
TQDK-dan rezidentura
imtahanı barədə açıqlama
Dostları ilə paylaş: |