ATU-nun xarici
tələbələri ilaxır
çərşənbəsini qeyd etdi
Yaz yağışı zirvələrə ələnir,
Dağ– dərələr çən- dumana bələnir.
Aşıqların döşündə saz dillənir,
Deyir: bahar ömrümüzə nur bəzə,
Xoş gəldin Novruzum, xoş gəldin bizə.
Yolunu gözləyir şən ellərimiz,
Məzarda uyuyan şəhidlərimiz.
Qədəm qoy azalsın ələmlərimiz,
Həmdəm ol, məlhəm et kədərimizə,
Xoş gəldin Novruzum, xoş gəldin bizə.
Müjdən olsun xəfif əsən küləklər,
Xonça tutsun, şam yandırsın mələklər.
Niyyət etsin, kama yetsin diləklər,
Sevinc, fərəh bağışla qəlbimizə,
Xoş gəldin Novruzum, xoş gəldin bizə.
Qapı pusaq, kömək olsun Yaradan,
Süfrə açaq noğul, şəkərburadan.
Pay götürüb Qarabağdan, Şərurdan
Adın anıb, qonaq gedək Təbrizə,
Xoş gəldin Novruzum, xoş gəldin bizə.
Bu bir ildə küsən varsa barışsın,
Tonqal çatıb dövrəsində yarışsın.
Zurna- qaval bir- birinə qarışsın,
Qol qaldırıb kosa versin şux məzə,
Xoş gəldin Novruzum, xoş gəldin bizə.
Mənsur
1991-ci il.
Xoş gəldin Novruzum!