ATU-nun mətbuat xidməti
Tarixdə çox döyüşlər,
müharibələr olmuşdur. Bu
müharibələrin törədilməsinin
başlıca səbəbləri əsasən hər
hansı bir dövlətin başqa bir
dövlətə torpaq iddiası, var-
dövlət hərisliyi, dünya ağa-
lığı xülyası və s. olub. Bu
müharibələrdən ən dəhşətlisi
isə hər hansı bir millətin,
xalqın kökünü kəsmək, Yer
üzündən silmək məqsədini
güdən müharibələrdir. Ən
pisi də odur ki, soyqırımları
törədənin özü ustalıqla mas-
kalanır, öz əməlini, vəhşiliyini
ört-basdır edir. Dünya
ictimaiyyətini çaş-baş salır,
əsrlərlə öz məkrli siyasətlərini
yürüdür, nəsilləri bu ruhda
tərbiyə edir. Məqam gələndə
cildini dəyişə bilir, haqlını “gü-
nahkar” kimi qələmə verməyə
çalışır, özünə tərəfdarlar tapır.
1917-ci il oktyabr çevrilişi və
hakimiyyətə kom munistlərin gəlməsi
zamanı
yaranmış
vəziyyətdən
istifadə edən erməni millətçiləri və
onların cəmləşdiyi “Daşnaksütyun”
partiyası Bakıda və respublikamızın
digər yerlərində azərbaycanlılara
qarşı mitinqlər keçirməyə başladı-
lar. Ermənilər bütün Azərbaycanı
işğal etməyə cəhd göstərirdilər.
Onlar bu dəfə Qarabağda yaşayan
ermənilərlə birləşib Gəncəyə hü-
cuma hazırlaşırdılar. Lakin 1918-
ci ilin mayında Azərbaycan Xalq
Cümhuriyyətinin
yaradılması,
Azərbaycanın ərazi bütövlüyü uğ-
runda ölüm-dirim mübarizəsinin
başlanması işğalçıların bütün plan-
larını pozdu.
A.Mikoyanın başçılığı ilə yara-
dılmış “İnqilabı müdafiə” adı ilə çı-
xış edən bu quldur dəstələri Bakının
ən gözəl memarlıq abidələrindən
olan “İsmailiyyə”ni yandırmış, “Açıq
söz”, “Kaspi”, “Baku”, qəzetləri re-
daksiyalarını dağıtmış, “Təzə pir”
məscidinin minarələrini isə top atəşi
ilə dəlik-deşik etmişdilər.
Təpədən dırnağa qədər silahlan-
mış erməni əsgərləri müsəlmanların
evlərinə basqınlar edərək onla-
rı vəhşicəsinə öldürür, körpələrə və
qocalara aman vermirdilər. Qadınlar
daha ağır şəkildə öldürülürdü. Arxiv
materiallarına əsasən qulaqları, bu-
runları kəsilən, orqanları parça-par-
ça edilən 37 qadının meyiti tapılmış-
dı. N.Nərimanov erməni vəhşilərinin
törətdikləri haqqında belə bəhs edir:
“Bolşevik olan bir müsəlmana belə
aman verilmədi. Müsəlmanlara hər cür
cinayəti etdilər. Nəinki kişilər, hətta
hamilə qadınlar da daşnaqlardan can-
larını qurtara bilmədilər”.
Mart hadisələri əslində bolşe-
viklərin
daşnaqlarla
birlikdə
həyata keçirdikləri milli qırğın idi.
Bu qırğının əsas təşkilatçısı olan
S.Şaumyan özü də 1918-ci il ap-
relin 13-də RSFSR XKS-ə yazdığı
məktubunda etiraf etmişdi: “Biz
süvari dəstəmizə birinci silah-
lı hücum cəhdindən bəhanə kimi
istifadə etdik və bütün cəbhə boyu
hücuma keçdik... Bizim altı min
nəfərə yaxın silahlı qüvvələrimiz
var idi... “Daşnaksüytun”un da üç-
dörd min nəfərlik milli hissələri
var idi ki, bunlar da bizim ixtiya-
rımızda idi. Milli hissələrin inkişa-
fı vətəndaş müharibəsinə qismən
milli qırğın xarakteri vermişdi, la-
kin buna yol verməmək mümkün
deyildir. Biz bilərəkdən buna yol
verdik”.
1918-ci ilin mart-aprel ayla-
rında Bakı, Şamaxı, Quba, Lənkəran
və digər ərazilərdə erməni faşistləri
50 min azərbaycanlını qətlə ye-
tirmiş, 10 minlərlə insanı öz torpaq-
larından qovmuşlar. Həmin hadisə
xalqımızın tarixinə qara hərflərlə ya-
zılmışdır.
Ulu öndər ümummilli lider
Heydər Əliyevin 26 mart 1998-ci il
tarixli fərmanından sonra hər il mart
ayının 31-i Mart soyqırımı anım günü
kimi qeyd olunur.
31 Mart-azərbaycanlıların soyqırımı günüdür...
Martın 28-də
Azərbaycan Tibb Uni-
versitetinin Tədris
Cərrahiyyə Klinikasında
“Azərbaycan-Türkiyə
II bariatrik və meta-
bolik cərrahiyyə günü”
keçirilib. Tədbirdə
bariatrik cərrahiyyə
sahəsində hər iki
ölkənin mütəxəssisləri
ilə yanaşı, gənc alimlər,
rezidentlər və tələbələr
də iştirak ediblər.
“Azərbaycan-Türkiyə II ba-
ri atrik və metabolik cər ra-
hiyyə günü”ndə açılış nitqi
ilə çıxış edən ATU-nun rek-
tor əvəzi, tədris işləri üzrə
prorektor, professor Sabir
Əliyev qonaqları salamla-
dıqdan sonra hazırda bü-
tün dünyada başbəlası kimi
qiymətləndirilən piylənmə və
bunun səbəbləri haqqında
məlumat verdi. S.Əliyev qeyd
etdi ki, hərəkətsizlik və texno-
logiyanın gətirdiyi tənbəllik,
digər tərəfdən ekologiya-
nın çirklənməsi orqanizmdə
maddələr mübadiləsinin po-
zulmasına gətirib çıxarır ki,
bu da xəstəliklə nəticələnir:
“Əgər bu xəstəliyin üzərinə
vaxtında düşülərsə, qarşısını
almaq olar”.
Türkiyəli professoru, La-
poraskopik Dərnəyinin pre-
zidenti Cavid Avcı Azər-
bay canda
olduğundan
məm nunluq hissi duyduğunu
vurğuladı: “Biz iki dövlət ol-
saq da, bir millətik. Eyni isti
duyğuları burada da hiss edi-
rik. Bizim özümüzdən başqa
dostumuz yoxdur. Həm bilik,
həm mədəni, həm də sosial
yöndə bir-birimizə dəstək ol-
maqda davam edəcəyik”.
Sözünə davam edən pro-
fessor dünyada endoskopik və
bariatrik cərrahiyyənin möv-
cud vəziyyəti haqqında danı-
şaraq qeyd etdi ki, köklüyün
əməliyyatla müalicəsi yeni bir
üsul deyil: “Lakin bu sahəyə
1990-cı illərdən etibarən
daha çox diqqət ayırmağa
başlanılıb. Səbəb laparosko-
pik üsulla əməliyyatların geniş
yayılmasıdır. Bu da çox kök
insanların
əməliyyatlarının
daha asan və ağrısız olması-
na kömək edir. Bədən kütlə
indeksi 40 və daha çox olan
insanlara köklük əməliyyatı
məsləhət görülür”.
Tədris Cərrahiyyə Klinika-
sının direktoru, professor
Nuru Bayramov diqqətə çat-
dırdı ki, konfransın məqsədi
köklük, diabet və digər me-
tabolik xəstəliklərlə bağlı
bilikləri paylaşmaq, cərrahi
yeniliklər, minimal inva-
ziv müdaxilələrlə bağlı əldə
olunan son məlumatları
mütəxəssislərdən dinləmək
və bütün bunlarla bərabər,
cərrahiyyənin alternativ üsul-
larını müzakirə etməkdir.
Eyni
zamanda,
konf-
rans gənc cərrahlarımızın
təcrübəli
mütəxəssislərlə
münasibət qurmaq, bilikləri
təkmilləşdirmək baxımından
faydalı olacaq. Konfransın
digər hədəfi köklük və me-
tabolik xəs təliklərin müali-
cəsində və izlənil mə sin də
cərrahların sıx əlaqədə olduğu
endokrinoloqlar, dietoloqlar,
psixoloqlar, anestezioloqlar,
terapevtlər,
qastroentero-
loqlar və tibb bacıları ilə ko-
manda şəklində çalışmasının
önəmini göstərəcək atmosfer
yaratmaqdır.
Sonda İstanbul Universiteti
Cərrahpaşa Tıbb Fakültəsinin
professoru Mustafa Taş-
kın tərəfindən 124 kiloqram
çəkidə olan xəstə üzərində
icra olunan “Mini Gastrik-
Bypass” əməliyyatı konfrans
zalında canlı olaraq yayım-
landı. Əməliyyat konfrans iş-
tirakçıları tərəfindən maraqla
qarşılandı.
Bu əməliyyat ATU-nun
nəzdində təşkil olunmuş
Azərbaycan Bariatrik və Me-
tabolik Cərrahlar Assosiasi-
yasının həyata keçirdiyi ikin-
ci canlı əməliyyat idi. Qeyd
edək ki, bu xəstənin çəkisi
1 il öncə Bariatrik-Metabolik
Cərrahiyyə bölməsinin rəhbəri
Tariyel Ömərov tərəfindən
186 kiloqramdan “Sleeve
Gastrektomi” əməliyyatı ilə
124 kiloqrama çatdırılmışdı.
Onu da diqqətə çatdıraq ki,
konfransdan öncə Türkiyədən
gələn nümayəndə heyəti ilə
ATU-nun rəhbərliyi görüş ke-
çirib. Görüşdə ATU-nun rek-
tor əvəzi, professor Sabir
Əliyev, Tədris Cərrahiyyə
Klinikasının
direktoru,
professor Nuru Bayramov
və baş həkim Asiman
Həsənov iştirak ediblər.
Söhbət əsnasında ölkə-
lərimiz arasında sə hiyyə,
elm, təhsil sa hə sindəki
əlaqələr dən və təcrübə
mübadiləsindən söz açı-
lıb. Müzakirələr zamanı
azərbaycanlı gənc həkim
və mütəxəssislərin Tür-
ki
yə də
ixtisasartırma
kurs larında iştirakı, ey-
ni zamanda Türkiyənin
bu sahədə olan təcrübəli
mütəxəssislərinin ölkəmizdə
əməliyyatların icrasına dair il-
kin razılıq əldə olunub.
Klinikanın baş həkimi Asi-
man Həsənov qeyd edib ki,
Azərbaycan və Türkiyə ara-
sında tibb təhsili sahəsində
əlaqələr son illər daha da
intensivləşib: “Artıq son
illərdə həm Azərbaycan, həm
də Türkiyə həkimləri bir-
birləri ilə birgə əməkdaşlığa
başlayıb və bundan son-
ra da bu əlaqələr daha da
genişlənəcək”.
Dostları ilə paylaş: |