Azərbaycan-Türkiyə II bariatrik və metabolik cərrahiyyə günü



Yüklə 287,88 Kb.
səhifə9/19
tarix28.12.2021
ölçüsü287,88 Kb.
#12156
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
V

ərəm

–vərəm çöpləri tərə-

fin 

dən törədilən xronik 

yo luxucu 

xəstə lik dir. 

Vərəm xəstəliyi ən çox tənəffüs 

orqanlarında, ağciyərlərdə rast 

gəlsə də orqanizmin bütün orqan 

sistemlərinin vərəm mənşəli 

zədələnməsi mümkündür və 

praktik olaraq rast gəlinir.

Belə  ki,  sümük-oynaq  sisteminin, 

limfa  düyünlərinin,  ginekoloji  or-

qanların,  qarın  boşluğu  orqanları-

nın, dərinin, gözün və s. orqanların 

vərəm xəstəliyi təcrübədə müşahidə 

edilən  patologiyalardandır.  Vərəm 

haqqında  olan  tarixi  məlumatların 

araşdırılması  bu  xəstəliyin  yaşının 

bəşəriyyətin,  canlıların  yaşı  ilə  eyni 

olması  qənaətinə  gəlməyə  əsas  ve-

rir. Vərəmin törədicisinin, yəni vərəm 

çöplərinin  125  ilə  yaxın,  ona  qarşı 

istifadə  edilən  ilk  dərman  prepara-

tı  olan  “streptomisin”in  isə  70  ildən 

artıq  müddətdir  kəşf  olunmasına 

baxmayaraq, bu xəstəlik tarix boyu 

epidemiya  halını  alaraq  çoxsay-

lı  insan  tələfatına  səbəb  olmuş  və 

hal-hazırda  da  bu  xəstəliyin  epi-

demioloji  göstəriciləri  yüksək  ola-

raq  qalmaqdadır.  Tarix  boyu  vərəm 

xəstəliyindən  ölənlərin  sayı  hətta 

böyük  müharibələrdə  ölənlərin  sa-

yından çox olmuşdur. Belə ki, birinci 

dünya  müharibəsi  dövründə  (1914-

1918-ci  illər)  hərb çilər  arasında 

ölənlərin sayı 1,7 milyon təşkil etdiyi 

halda, Rusiyanın özündə vərəmdən 2 

milyon adam dünyasını dəyişmişdir. 

Hal-hazırda da bütün dünyada vərəm 

xəstəliyi qlobal problem olaraq qa-

lır. Ümumdünya Səhiyyə Təşkilatının 

verdiyi  məlumata  görə,  dünya  əha-

lisi nin təxminən 1/3-i vərəm çöpləri 

ilə  yoluxub  və  dünyada  hər  il  10 

milyon  insan  vərəmlə  xəstələnir  ki, 

onların  da  3  milyonu,  yəni  hər  10 

saniyədə  bir  nəfər    bu  xəstəlikdən 

ölür.  Son  illər  dünyada  xüsusilə, 

dərmanlara dözümlü vərəmlə yolux-

ma, xəstələnmə və ölüm göstəriciləri 

artmaqda  davam  edir.  Dərmanlara 

dözümlü  vərəm  çöpləri  ilə  yoluxma 

nəticəsində inkişaf edən birincili dö-

zümlü vərəmin rast gəlmə tezliyinin 

artması epidemioloji vəziyyətin daha 

da gərginləşməsinə səbəb olur. Buna 

görə  də  vərəm  xəstəliyi  vaxtında, 

erkən aşkar edilməli və müalicə qay-

dalarına əməl edilməklə tam, komp-

leks müalicə olunmalıdır.

    Vərəm  əsasən  aerogen,  yəni 

tənəffüs  yolu  vasitəsilə  yoluxur. 

Xəstəliyin  əsas  yoluxma  mənbəyi 

vərəm  çöpü  ifraz  edən  ağciyər 

vərəmi olan xəstələrdir. Bu xəstələrin 

öskürməsi  və  asqırması  nəticəsində 

(hava-damcı  yolu)  və  yaxud  onla-

rın  bəlğəmi  ilə  çirklənmiş  torpaq-

dan hava-toz yolu ilə yoluxma daha 

çox  müşahidə  edilir.  Bundan  başqa 

vərəmə  qida,  təmas  və  s.  yollarla 

da  yoluxmaq  mümkündür.  Vərəm 

çöpləri ilə yoluxma xəstələnmə üçün 

vacib  olsa  da,  başlıca  faktor  de-

yil. Çünki, vərəm çöpləri yoluxduğu 

orqanizmdə latent (“yatmış”) forma-

da  qalaraq  xəstəlik  törətməyə  bilər 

və yaxud  immunitetin zəiflədiyi za-

manda aktiv formaya keçərək xəstəlik 

törədə  bilər.  Vərəmin  lokalizasiya-

sından  asılı  olmayaraq  bu  xəsətəlik 

üçün xas olan əlamətlər - axşamlar 

zəif subfebril hərarətin (37,2-37,4C

0



olması,  gecələr  səhərə  yaxın  bo-

yun,  ənsə  və  kürək  nahiyyəsinin 

tərləməsi, arıqlama, ümimi halsızlıq, 

zəiflik əlamətlərinin qabarıq  büruzə 

verməsidir. Ən çox tənəffüs orqanla-

rının, ağciyərlərin vərəmi rast gəldiyi 

üçün qeyd etmək lazımdır ki, ağciyər 

vərəminin  müxtəlif  formalarında  ən 

çox  müşahidə  edilən  əlamətlər  -  3 

həftədən  çox  davam  edən  öskürək, 

bəlğəm  ifrazı,  döş  qəfəsində  ağrı, 

təngnəfəslik  və  qanhayxırmanın  ol-

masıdır.  Təbii  ki,  bu  əlamətlərin  bir 

və  ya  bir  neçəsinin  olması  heç  də 

həmin  insanın  vərəmlə  xəstə  olma-

sını sübut etmir. Ancaq bu əlamətlər 

vərəmə  şübhə  yaradır  və  müşahidə 

edildikdə həkim-mütəxəssisə müra-

ciət  etmək  məsləhətdir.  Çünki, 

xəstəliyin diaqnozu aparılan komp-

leks  müayinələrin  əsasında  müm-

kündür. 


Qeyd  etmək  lazımdır  ki,  vərəm 

xəstəliyi  nə  qədər  tez  aşkar  edi-

lib  düzgün  müalicəyə  başlanılarsa 

nəticəsi  bir  o  qədər  daha  effekt-

li  olar.  Bir  şeyi  unutmaq  olmaz  ki, 

vərəmin  müalicəsi  uzunmüddətlidir, 

yəni  vərəmin  ən  məhdud  forması 

olan xəstə minimum 6-8 ay fasiləsiz 

müalicə edilməlidir. Bir çox hallarda 

vərəm erkən aşkar edilib tam komp-

leks müalicə olunduqdan sonra pa-

toloji  proses  tam  sorulur  və  həmin 

şəxsin  nə  vaxtsa  vərəmlə  xəstə  ol-

masını təyin etmək mümkün olmur.

  Cəmiyyətdə vərəm xəstəliyinə və 

vərəmlə xəstələnənlərə münasibətin 

pis olması, insanlarda bu xəstəlik və 

onun  müalicə  edilərək  tam  sağala 

bilməsi  haqqında  yetərli  məlumatın 

olmaması  səbəbindən  bəzən  vərə-

min diaqnostikası çox gecikir, ya da 

xəstələr  qeydiyyata  düşməkdən  və  

müalicədən  yayınır.  Ancaq  bilmək 

lazımdır ki, vərəmlə hər bir kəs öm-

rünün  istənilən  dövründə  xəstələnə 

bilər.  Əbəs  yerə  deyilməyibdir  ki, 

vərəm elə xəstəlikdir ki, əvvəlcədən 

öz vizit kartını heç kəsə göndərmir. 

Döğrudur  vərəmlə  xəstələnməyə 

görə  risk  qruplarından  olan,  yəni, 

şəkərli  diabet  olan,  hormonal  pre-

paratlar  qəbul  edənlər,  qidalanma-

sı,  yaşayış  şəraiti  yaxşı  olmayan-

lar  və  s.  şəxslər  bu  xəstəliyə  daha 

çox  tutulur.  Ona  görə  də  bu  qrup-

dan  olan  insanlar  vərəmin  heç  bir 

əlaməti  müşahidə  edilməsə  də  ildə 

1-2  dəfə  bu  xəstəliyə  görə  profi-

laktik  müayinədən  keçməlidirlər.  

Amma  hər  kəs  vərəmlə  xəstələnə 

bilər. 

Vərəmlə 


xəstələnməmək 

üçün  normal  qidalanmaq,  düzgün 

gün  rejiminə  əməl  etmək,  idmanla 

məşğul olmaq, immuniteti zəiflədən 

faktorlardan  və  zərərli  vərdişlərdən  

uzaq olmaq lazımdır.




Yüklə 287,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin